Ağcaqanadlar vasitəsilə keçən infeksiya. İqlimin istiləşməsi nəticəsində atmosfer yağıntılarının miqdarı
arta bilər, bununla əlaqədar bataqlıq sahələri genişlənər və yaşayış məntəqələri su altında qala bilər. Artıq
hazırda şimal rayonlarında, o cümlədən Transsibir dəmir yolu magistralı keçən rayonda bataqlaşma və subasma
prosesləri qeydə alınır. Bununla əlaqədar ağcaqanad sürfələri məskunlaşan sahə daim artmaqda davam edir və
bu hal artıq 70% su hövzələrinə sirayət etmişdir. Bu isə «bataqlıq» xəstəliyi sayılan malyariyanın artması
təhlükəsi yaradır.
ÜST ekspertlərinin fikrinə görə temperaturun 2-3
0
C yüksəlməsi malyariyaya tutulan adamların sayını 3-5%
artıra bilər, bu zaman xəstəliyin davamiyyəti də uzana bilər. Rusiyada son 10 il ərzində malyariya hadisəsinin
yaranması 6 dəfə artmışdır, bu hal yalnız «gətirilmə» deyil, eyni zamanda «yerli yoluxan üçgünlük malya-
riya»ya aiddir.
1996-cı ildə Rumıniyada Qərbi Nilin lixoradka (qızdırma, isitmə) virusu ilə əmələ gələn meningit
xəstəliyinin böyük «partayışı» oldu və 400 adam xəstələndi. 2000-2001-ci illərdə bu epidemiya İsraildə baş ver-
di, yüzlərlə xəstə xəstəxanalara yerləşdirildi. Bu səbəbdən ölüm hadisəsi 10%-dən artıq oldu. 1999-cu ildə Qərbi
Nilin lixoradka virusu ilk dəfə cənub yarımkürəsinə gətirildi və Nyu-Yorkda 60 meningit-ensefalit hadisəsi
aşkar edildi. Bu virus ABŞ ərazisində sürətlə yayılır: 2002-ci ildə o, 45 ştatda aşkar olunub, 3389 adam
xəstəxanaya yerləşdirilib, onlardan 201-i ölmüşdür. Qərbi Nilin lixoradka virusunun tropikadan kənar zonada
aktivləşməsinin iqlimin istiləşməsi ilə bağlı olması istisna edilmir. Məlumdur ki, temperaturun yüksəlməsi ilə
ağcaqanadlarla virusun çoxalma sürəti də artır.
Dostları ilə paylaş: |