İqlimin istiləşməsi yoluxucu xəstəliklərin inkişfında risk faktoru hesab olunur.
Məlum olduğu kimi, yoluxucu xəstəliklər üç əsas qrupa bölünür: əksər hallarda su resursları vasitəsilə,
qida məhsulları ilə, ağcaqanad və gənələrlə.
Əhalinin bağırsaq yoluxucu xəstəliklərinin səviyyəsi suyun keyfiyyətindən (həm su təchizatı
mənbələrindən, həm də su kəmərindən), həm də qida məhsullarının yoluxma dərəcəsindən çox asılıdır.
Avropanın müxtəlif ölkələrində iqlim şəraiti ilə salmonelloz xəstəlikləri hadisələrinin təhlili əsasında bu iki
faktor arasında əlaqə olması aşkar edilmişdir. Temperaturun yüksək olması salmonelloz xəstəliklərinin
inkişafının risk faktoru kimi 30%-ni təşkil edir (R.S.Kovats et al., 2003). Bu xəstəlik Rusiyada geniş
yayılmışdır. Burada 1992-2001-ci illər ərzində 53-dən 119 min salmonelloz xəstəliyi hadisəsi qeydə alınmışdır.
Bəzi şimal ərazilərdə ətraf mühitdə temperaturun yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərə çarpması ilə
əlaqədar A – virus hepatiti xəstəliyi xeyli çoxalmışdır.
Məlum olduğu kimi, qarın yatalağı bakteriyaları orqanizmə yoluxdurucu su və qida məhsulları ilə daxil
olur. Onun törədiciləri torpaqda və suda təxminən 1-5 ay qala bilir. Bu xəstəliyin «partlayışı», dövri olaraq
müxtəlif regionlarda baş verir və çox vaxt sü kəməri – kanalizasiya qurğularında yaranan qəzalar zamanı olur.
Şimal rayonlarında belə qəzalar iqlimin istiləşməsi ilə bağlı ola bilər.
XXI əsrdə şimalda geniş ərazilər daimi donuşluğun deqradasiyası altındadır. Geoloqların hesablamalarına
görə XXI əsrin ortalarına daimi donuşluğun sahəsi 12-15% azalacaq və onun sərhədi 160-200 km şimali-şərqə
doğru yerini dəyişəcəkdir. Moskva Dövlət Universitetinin mühəndis geoloji kafedrasının mütəxəssislərinin
məlumatına görə Yakutsk, Vorkuta və Tiksidə standart beşmərtəbəli yaşayış binalarının dörddə biri yaxın
onilliklərdə istismar üçün yararsız hala düşə bilər. Daimi donuşluğun deqradasiyasının ən yüksək riski Mur-
mansk, qismən Arxangelsk vilayəti, Komi Respublikası, Krasnoyarsk ölkəsi və Tümen vilayətinin şimalında
proqnozlaşdırılır. Bu o deməkdir ki, mühəndis kommunikasiyası, o cümlədən su kəməri – kanalizasiya qurğuları
suda «üzə» bilər. Qəza hadisələri isə əhalinin yoluxucu xəstəliklərə tutulmasına səbəb olar. Bu artıq indiki
dövrdə müşahidə olunur, belə ki, 2001-ci ildə Yakutiyada erkən yazda baş verən daşqın zamanı qarın yatalağı
«partlayışı» baş verdi.
Çirklənmiş sudan istifadə edilməsi bağırsaq infeksiyasının yaranması ilə yanaşı, hətta ərazi üçün xas ol-
mayan xəstəliklərin peyda olmasına səbəb olur. Buna törədici ibtidailər sayılan kriptosporidioz xəstəliyi misal
ola bilər.
Dostları ilə paylaş: |