2000 6,1….. 6,2 25 ….. 28
0,8 …. 2,6
241
Beləliklə, XXI əsrdə kənd təsərrüfatı fəaliyyəti təbii mühitin və iqlimin kifayət dərəcədə tez dəyişilməsi
şəraitində keçəcəkdir. Bu isə öz növbəsində aqroiqlim rayonlaşdırılmasını və kənd təsərrüfatı bitkilərinin
istiliklə və rütubətlə təmin olunması göstəricilərinin hesablanmasını, ümumi bioloji potensiala yeni yanaşmalar
və metodların işlənib hazırlanmasını tələb edir.
16.6.6. Qlobal istiləşmənin aqroiqlim resurslarına və kənd təsərrüfatı istehsalının məhsuldarlığına
təsiri
Ümumrusiya elmi-tədqiqat kənd təsərrüfatı meteorologiyası institutunun (ÜETKTM) alimləri yaxın
onilliklərdə Rusiyanın ərzaq təhlükəsizliyinin, iqlimin qlobal istiləşmə prosesinin sürətindən və istiqamətindən
asılı olmasını göstərir. 1970-ci ildən 1990-cı il daxil olmaqla Rusiyanın Avropa hissəsində iyulda torpağın bir
metrlik qatında məhsuldar rütubətliyinin ehtiyatı orta hesabla 26% artmışdır. Bu isti dövrdə yağıntıların 20%
çoxalması və buxarlanmanın 4% azalması hesabına olmuşdur. Bunun nəticəsində 20 illik dövr ərzində taxılın
iqlimlə şərtlənən məhsuldarlığı 14% artmışdır (Sirotenko, Abaşina, 1994).
ÜETKTM-in alimləri qlobal istilik (parnik) effektinin kənd təsərrüfatı istehsalına təsirinin nəticələri
problemini tədqiq edərək, belə qənaətə gəldilər ki, təmiz iqlim parametrlərinin təsirindən başqa, həm də fotosintez
prosesinə təsir göstərən atmosferdə CO
2
-nin konsentrasiyasının artması, həmçinin torpağın yüksəlməkdə olan
antropogen deqradasiyası və s. nəzərə alınmalıdır. Bir sıra aqrokimya işlərində göstərilir ki, Rusiyada şum qatında
humusun ehtiyatı hər il ümumi ehtiyatdan 0,3 …. 0,7% azalır.
Yuxarıda göstərilən üç ssenari üzrə (GFDL, CCC, EMİ) hesablamalara görə, Rusiyada iqlim resursları
2030-cu ilə kimi xeyli dəyişəcəkdir. İsti dövrün davamiyyəti (
>5
0
C-dən yüksək) ölkənin müxtəlif regionlarında
orta hesabla 15-38 gün artacaqdır; buxarlanma isə 10-25% yüksələcəkdir.
İstənilən ssenari üzrə istiliyin artması kənd təsərrüfatı bitkilərinin istiliklə təmin olunmasının çoxalması ilə
müşayiət olunacaqdır; 5
0
C-dən yuxarı temperatur cəmi həmin dövr ərzində 450 …..550
0
C yüksələcəkdir.
İqlimin quraqlıq (aridlik) dərəcəsinin mühüm indikatoru torpağın şum qatında olan məhsuldar rütubətliyin
miqdarıdır. Belə ki, arid ssenarilərində (GFDL və CCC) yazdan başlayaraq vegetasiya dövrünün sonuna qədər
torpağın metrlik qatında rütubətlik ehtiyatının hər yerdə azalması gözlənilir. Hesablamalara görə maksimum
quruma iyul ayına təsadüf edir, bu zaman torpağın nəmliyi indiki səviyyəyə nisbətən 20 … 23% azalacaqdır,
belə azalma xüsusilə mühüm kənd təsərrüfatı regionu hesab edilən Şimali Qafqazda olacaqdır, burada torpağın
nəmliyi 40% azalacaqdır (Qrinqof, 2004).
Dostları ilə paylaş: