Temperatur artımı ilə tufanların gücü birbaşa bir-birilə bağlıdır. Okean səthinin temperaturu, xüsusilə tropik
və subtropiklərdə artdıqda istilik şüalanması atmosferə daxil olaraq dağıdıcı fırtınaların baş verməsinə səbəb
olur. Daha yüksək temperaturda su səthindən daha çox rütubət buxarlanır. Yuxarı qalxan su yenidən Yerə
qayıtmalıdır, lakin onun harada tökülməsi məlum deyil.
Qasırğa və ya tayfun qurşaqları ölkələrində hava kataklizmləri, xüsusilə təşviş doğurur. Çin, Yaponiya,
Filippin, Hindistan, Banqladeş, həmçinin ABŞ-ın Atlantik okeanı sahilləri, Mərkəzi Amerika və Qəribi hövzəsi
238
ölkələri fırtına intensivliyinin atrmasından əzab-əziyyət çəkirlər.
«Muich Re» son 50 ildə bütün yer kürəsində təbii kataklizmlərin (əsasən fırtına, tufan, daşqın və zəlzələ)
dəqiq uçotunu aparır. Bu kompaniya hadisəni «böyük təbii fəlakət» adlandırır və zərər çəkən region bu
hadisənin öhdəsindən sərbəst gələ bilmir, odur ki, kömək üçün dünya birliyinə müraciət etmək
məcburiyyətindədir. 1960-cı illərdə irimiqyaslı belə fəlakətlərdən iqtisadi itki 69 mlrd. dollar təşkil etdiyi halda,
1990-cı illərdə bu rəqəm 936 mlrd. dollara çatmışdır, bu isə təxminən səkkiz dəfə çox deməkdir.
Son illər bir sıra qeyri-adi dağıdıcı gücə malik olan tropik fırtınalar baş vermişdir. Onların arasında
«Endryu» qasırğası 1992-ci ildə Floridada tuğyan etmişdir. Fırtınanın olacağı qabaqcadan xəbərdarlıq
edildiyindən o vaxt cəmi 65 adam həlak olmuşdur. Lakin «Endryu» qasırğası 60000 evi və digər tikintiləri
dağıtmış, təxminən 30 mlrd. dollar ziyan vermişdir.
Altı ildən sonra (1996-cı il) küləyin gücü saatda 200 mil sürətilə olan «Corc» qasırğası yüksək təzyiq
sisteminin köməyilə şimal istiqamətində getməyin qarşısını almaqla Mərkəzi Amerikanın sahillərində
dayandırıldı. Qasırğa Salvador və Nikaraqauada 4000 adamın həyatına son qoyaraq, 10 mlrd. dollar ziyan
vurdu. Bunun nəticəsində bu ölkələrin iqtisadiyyatı bir neçə on illər geriyə düşdü. 1999-cu il dekabrın
ortalarında baş verən fırtına Venesuelada nəhəng daşqına və sürüşmələrə səbəb olaraq, 20000 insanın həyatına
son qoydu, iqtisadi ziyanın dəyəri 15 mlrd. dollar müəyyən edildi.
1999-cu ilin sentyabrında «Barf»
tayfunu Yaponiyanın sıx əhalisi olan Kyusyu adasında üz verdi, bunun nəticəsində 26 adam həlak oldu, ölkəyə
5 mlrd. dollar ziyan dəydi. Çin, Yaponiya və Fillipin, xüsusilə bu baxımdan təhlükəli regionda yerləşmişdir.
Sakit okeanın tropika rayonlarında yetişən və güc toplayan fırtına və qasırğaların bütün gücü bu regionlara
düşür.
Şimal yarımkürəsində qış fırtınaları da olduqca dağıdıcı gücə malik olur. Stiven Lambert «Yournal of
Geophysical Research» yurnalında dərc etdiyi məqalədə XX əsrdə bu yarımkürədə güclü qış fırtınalarının baş
vermə tezliyini təhlil etmişdir. 1920-ci ildən 1970-ci ilə qədər olan dövrdə 40-a qədər fırtına baş vermişdir.
Sonralar temperaturun artması ilə fırtınaların tezliyi də artmışdır. 1985-ci ildən başlayaraq şimal yarımkürəsində
fırtınaların baş vermə tezliyi iki dəfə artaraq ildə 80-ə yaxın olmuşdur. Son onilliklərdə Qərbi Avropada çoxlu
saylı qeyri adi, misli görünməmiş, dağıdıcı gücə malik olan fırtınalar üz vermişdir. 1987-ci ildə Böyük Britaniya
və Fransaya qış fırtınası basqın edərək 17 insanı özü ilə aparmış, 3,7 mlrd. dollar maddi ziyan vermişdir. 1999-
cu ilin qışında Qərbi Avropaya «Anatol», «Martin» və «Lotar» adlı üç qeyri adi güclü fırtına üz vermişdir. On-
lar 150 adamın həyatına son qoymuş və 10,3 mlrd. dollar maddi ziyan vermişdir. «Lotar» fırtınası 26 dekabrda
(1999) baş verərək Fransa, Almaniya və İsveçrəyə 7,5 mlrd. dollar maddi ziyan vurmuşdur.
Əhalinin sıxlığı, böyük yaşayış binalarının sayı çoxaldıqca fırtınalardan, qasırğalardan dəyən ziyanın da
miqdarı artır. Deməli, həm qasırğaların sayı, həm də onların vurduğu ziyanlar getdikcə artır. Fırtınalar nə qədər
güclü olarsa, onların vurduğu zərər də çox olar.
Bu gün XXI əsrdə hadisələrin nə dərəcədə genişlənməsini dəqiq heç kim bilmir. Lakin biz təsərrüfatçılığı
əvvəlki üsullarla davam etdirsək, CO
2
-nin səviyyəsi də getdikcə yüksələcək və fəlakətlərin bugünkü dağıdıcı
gücü yaxın keçmişdəki gücündən çox olduğu kimi, gələcəkdə də bugünkünü xeyli ötüb keçəcəkdir.
Dostları ilə paylaş: