qalxmışdır. Hidrometeoroloji rol aparıcı olmaqla bu göstərilən üç faktorun nəticəsidir. İqlimin dəyişməsi üzrə
Dövlətlərarası Komissiyanın (İntergovernmental Panel on Climate Change - İPCC) 2001-ci ildəki məlumatına
əsasən, XXI əsr ərzində dənizin səviyyəsi 1 m qalxacaqdır.
Dənizin (okeanın) səviyyəsinin qalxması bir sıra neqativ nəticələrə gətirib çıxaracaqdır. Onlardan ən çox
bəlli olanı daşqınlar sayılır, belə ki, okean kontinentin hesabına genişlənir. Digər nəticə – duzlu suyun sahili
basmasıdır. Dənizin səviyyəsi qalxdıqda duzlu su sahilyanı şirinsulu horizontlara keçir. Bu haldan İsrail, Pakis-
tan, Hindistan və Çin ziyan çəkə bilər. Üçüncü neqativ hal sahil eroziyasıdır, dalğalar quruya doğru basılarkən,
onlar sahilin torpaqlarını yuyur.
Merilend ştatı Universitetinin ətraf mühiti öyrənmək üzrə Mərkəzindən Donald Beşin verdiyi qiymətə görə,
dənizin səviyyəsi 1 mm qalxarsa, sahil xətti quruya doğru orta hesabla 1,5 m geri çəkilir. Deməli, dənizin
səviyyəsi 1 m qalxdıqda sahil xətti 1500 m geri çəkiləcəkdir.
Qeyd etmək lazımdır ki, sahilyanı zonada bəşəriyyətin yarıdan çoxu yaşayır. Odur ki, iqlimin dəyişməsilə
baş verən təzadlar, nəticələr bu zonada insanlar üçün faciəli problemlərlə qarşılaşa bilər. Dəniz və okeanların
səviyyəsinin sonrakı qalxması suyun hündür olmayan əraziləri basmasına, orada olan qurğuların, yaşayış
məntəqələrinin dağılması və bir sıra başqa təzadlı nəticələr baş verəcəkdir. Bu zaman ən çox aşağı səviyyədə
yerləşən adaları və alçaq sahillərdə yerləşən iri şəhərləri su basacaq, burada yaşayan əhalinin miqrasiyasına və
onunla əlaqədar ciddi iqtisadi və siyasi nəticələrə gətirib çıxaracaqdır.
Okeanın səviyyəsi bir neçə metr qalxarsa, Nyu-York, London, Sankt-Peterburq, Amsterdam, Şanxay, Tokio
və sıx əhali yaşayan sahilyanı ərazi su altında qalacaqdır. Hazırda burada Yer kürəsi əhalisinin 30…….50%-ə
qədəri yaşayır (Xotunsev, 2003, səh. 160).
Dənizin səviyyəsi 1 m qalxdıqda Şanxayın ərazisinin üçdə bir hissəsi su altında qalacaqdır. Çində 70 mln.-
dan artıq əhali su basılmasından zərər çəkəcəkdir. Asiya çaylarının deltasındakı çəltik tarlalarına daha böyük
ziyan dəyəcəkdir. Ümumdünya bankının apardığı təhlilə əsasən ən böyük zərbə Banqladeşə dəyəcəkdir (şəkil
16.10). Banqladeş dəniz səviyyəsindən 7 m hündürlükdə yerləşir. Burada dənizin səviyyəsi 1 m qalxarsa
ərazinin 17,5%-ni su basaraq, 70 milyon əhalinin yaşadıqdarı ərazi su altında qalacaqdır. Su basmasından
Banqladeş əhalisi çəltik məhsulunun yarısından məhrum olacaqdır. Bu isə 140 mln. əhalinin əsas qida məhsulu
hesab olunur. Hazırkı qiymətə görə bu itki ölkəyə 3,2 mlrd. dollara başa gələcəkdir. Asiya çaylarının vadilərində
sıx yaşayan əhali onsuz da sıx əhalisi olan daxili rayonlara keçməyə məcbur olacaqdır. Dənizin qalxması mi-
lyonlarla «iqlim» qaçqınlarının Banqladeş, Çin, Hindistan, İndoneziya, Filippin və Vyetnamda
məskunlaşmasına səbəb olacaqdır.
|