16.6.8. Atmosfer havasının yüksək temperaturunun əhalinin
sağlamlığına təsiri
Ekstremal isti hava şəraiti ürək-damar sistemi və ya tənəffüs orqanlarının xroniki xəstəlikləri olan yaşlı
adamların ölümünə səbəb olur. Belə ki, 2003-cü ildə Avropada uzun sürən çox isti hava şəraiti bir sıra ölüm
hadisələrinə səbəb oldu. Bu vaxt ərzində hərarətin təsirindən əlavə ölənlərin sayı ÜST-nin məlumatına görə
Fransada 14 min, İtaliyada 4 min, İspaniyada 6 min, Portuqaliyada 1 min nəfərdən artıq olmuşdur.
Rusiyanın şimal və cənub regionlarında iqlimin istiləşməsinin əhalinin sağlamlığına təsirinin nəticələri
müxtəlif ola bilər. ABŞ-ın və Kanadanın iki şəhərində, SSRİ-nin Asiya respublikaları en dairəsində yerləşən
cənubi Dallasda və Rusiyanın Stavropol, Krasnodar, Soçi, Tuapse, Mineralnıye Vodı şəhərlərinin cənubi analo-
qu ola bilən şimali Morealda baş verən ölüm hadisələrinin müqayisəsi bunu təsdiq edir. Monrealda əhalinin
ölüm hadisələri 29
0
C-dən, Dallasda isə 39
0
C-ni keçdikdən sonra başladı. London və Budapeşt kimi Avropa
şəhərlərində əhalinin ölüm hadisələrinin artması 20-23
0
C-ni keçdikdə başladı.
Ölüm hadisələrinin əsas səbəbləri ürəyin işemiyası (yerli qanazlığı), diabet, tənəffüs yolları orqanlarının
xəstəlikləri, özünə qəsd etmə, xəstəxanaya yerləşdirmənin səbəbləri – ürək-damar sistemi, tənəffüs yolları,
böyrək, sinir sistemi, epilepsiya xəstəlikləri hesab olunur. Bu onu göstərir ki, hərəkətli hava yalnız ürək-damar
sisteminin pozulmasına deyil, həm də insanın psixoloji vəziyyətinə təsir göstərir.
2002-ci ilin yayında Moskvada olan vəziyyətin təhlilinə əsaslanaraq, S.M.Novikov tərəfindən çox isti hava
və havanın çirklənmə səviyyəsi ilə əhalidə yüksək ölüm hadisəsi arasındakı əlaqə təsdiqini tapmışdır. Anomal
(normadan yüksək) yüksək temperatura meşə yanğınları və torfluğun yanması səbəb olmuşdur. Bunun
nəticəsində şəhərdə tipik smoq vəziyyəti və artmosfer havasının yüksək səviyyədə çirklənməsi baş vermişdir.
Tüstü ilə əlaqədar yollarda görünmə dərəcəsi aşağı olmuş, müvəqqəti olaraq şəhərin şərq hissəsində aeroportlar
işləməmiş. havada yanıq hiss olunmuş, yerli sakinlər gözlərində qıcıqlanma, tənəffüsün çətinləşməsi, baş
ağrılarından şikayət etmişlər. Hərəkətli çirklənmiş hava dövrü ərzində azot-2-oksidin təsirindən ümumi ölüm
hadisəsinə əlavə ölüm 104, ürək-damar xəstəliyindən 44, kəskin infarkdan 22 hadisə müəyyən edilmişdir. Dəm
qazından əlavə ölüm hadisəsi 107, miokard infarktından 20 hadisə müəyyən edilmişdir. Xırda dispers asılı
hissəciklərin (PM
2,5
) təsirindən əlavə ölüm hadisəsi 196 (asılı hissəciklərin konsentrasiyası 1,0-1,5 mq/m
3
təşkil
etmişdir) təyin edilmişdir. 2002-ci il 27 iyuldan 18 sentyabr daxil olmaqla ozonun təsirindən əlavə ölümün sayı
34, ürək-damar xəstəliklərindən isə 18 müəyyən edilmişdir.
Yüksək hərarət şəhərlilər üçün xüsusilə təhlükəlidir. Hətta «istilik adası» effekti qeydə alınmışdır, bu, bir
qayda olaraq meqapolisin mərkəzində yüksək inzibati binalar yerləşən, praktiki olaraq hər yeri asfalt örtülü, az
yaşıllığı olan ərazidə yerləşir. Beləliklə, yüksək hərarət yalnız əhalinin daha zəif qrupu (yaşlı adamlar,
aztəminatlılar, kiçik yaşlı uşaqlar) üçün, həm də şəhərin mərkəzində işləyən dövlət adamları üçün də risk fakto-
ru sayılır. Çox isti havada evdə kondisioneri olmayan yaşlı adamlar və yay dövründə şəhərdən kənara çıxa
bilməyən imkansız, şikəst adamlar son dərəcə risk faktoruna məruz qala bilirlər. Epidemioloji tədqiqatlar
göstərir ki, yüksək hərarət ən çox yaşı 80-i ötən şəxslər və kiçik yaşlı uşaqlar üçün daha qorxuludur. Uşaqlarda
hərarət ishal, yuxarı nəfəs yollarının xəstəlikləri, əsəb pozuntuları əmələ gətirə bilər.
|