Cədvəl 17.1
Su kütləsinin Yerin hidrosferində paylanması
Hidrosfer Suyun
həcmi, min km
3
Suyun ümumi həcmində
payı, %
1 2
3
Dünya okeanı 1370000
94,1
Yeraltı sular
60000
4,1
Buzlaqlar 24000
1,7
Göllər 280
0,02
Torpaqdakı su
80
0,01
Atmosfer buxarı 14
0,001
Çaylar 1,2
0,0001
Qurunun suları. Bura çaylarla gətirilən materik suları, göllərdə, bataqlıqlarda, buzlaqlarda, qar örtüyündə
toplanan sular daxildir. Qurudakı suyun əsas kütləsi Antarktida, Qrenlandiya, qütb adaları və dağlarda olan
ümumi su ehtiyatının 1,86%-ni, şirin suyun isə 70,3%-ni təşkil edərək yüksək əks etdirmə qabiliyyəti ilə
(albedo) Yer üzərində atmosferin qlobal istilik balansının formalaşmasına böyük təsir göstərir.
Yeraltı suları (yeraltı hidrosfer). Bura Yer qabığının müxtəlif dərinliklərində yerləşən şirin, duzlu və
geotermal (temperaturu 30
0
-dən yüksək) sular aiddir. Yeraltı şirin suların həcmi göl, çay, bataqlıq və s.-nin şirin
sularından təxminən 100 dəfə artıqdır. yeraltı suların ümumi həcmi hidrosferin 1,68%-ni təşkil edir, onların
təxminən yarısı şirin sulardır.
Atmosferdəki su. Əsasən su buxarından və onun kondensatından ibartədir; su buxarının demək olar ki,
hamısı (90%) troposferdə yerləşir. Atmosfer havası müəyyən temperaturda yalnız müəyyən miqdarda su buxarı
saxlayır. Bu miqdara çatdıqda su buxarı kondensasiya olunub dumana və buluda çevrilir. Havanın temperaturu
yüksək olduqca özündə daha çox su buxarı saxlayır. Yağışlar atmosfer havasının təbii təmizləyicisi sayılır, lakin
litosferi çirkləndirən səbəb də ola bilər (turşulu yağışlar). Atmosferdəki bütün rütubətlik kondensasiya olunub
Yerə düşərsə, Yer səthində 25 m qalınlığında su qatı yaranardı.
Bioloji su. Canlı maddələri təşkil edən su olub canlıların orta hesabla 80%-nə bərabərdir. Bioloji suyun
ümumi həcmi təxminən 1000 km
3
təşkil edir. Orqanizm üçün suyun zəruriliyi çox böyükdür. Məsələn, insan il
248
ərzində 10 ton su tələb edir, 1 kq bioloji kütlənin yaranması üçün isə 500 kq-a qədər su sərf edilir.
Dünya okeanı, buzlaqlar və yeraltı sular hidrosfer suyunun 99,94%-ni təşkil edir. Çaylar hidrosferin əsas
komponenti olub dünyada onların suyunun həcmi ümumi su ehtiyatının yalnız 0,0001-0,0002%-i, şirin su
ehtiyatının isə 0,006%-i qədərdir.
Dostları ilə paylaş: |