XVII FƏSİL
HİDROSFERİN ÇİRKLƏNMƏSİ VƏ
İNSAN SAĞLAMLIĞI
Akademik V.İ.Vernadski yazmışdır: «Su planetimizin tarixində xüsusi yer tutur, elə bir təbii cisim
yoxdur ki, əsas möhtəşəm problemlərə su qədər təsir göstərə bilsin». Su – Yer üzrində canlı
orqanizmlərin mövcudluğunu (yaşayışını) təmin edən özünəməxsus mineraldır.
Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı sərvətdir. Su nəinki mineral xammal və kənd
təsərrüfatının inkişafı üçün vasitədir. O həm də mədəniyyətin həqiqi göstəricisi, həyatsız yerə dirilik
gətirən «canlı qandır»».
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola
bilməz. Su da çörək kimi hamıya, hər şeyə həmişə lazımdır».
Hidrosfer Yerin su örtüyü olub planetin bütün su obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər,
bataqlıqlar, buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmusudur.
Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq suyu və canlı orqanizmlərdə olan sular daxildir.
Təbiətdə su 3 faza vəziyyətində mövcuddur: maye, bərk (buz, qar) və qaz (buxar).
Dünya okeanı. Dünya okeanının ümumi sahəsi qurunun sahəsindən 2,5 dəfə artıqdır. Qurunun əsas sahəsi
Şimal yarımkürəsində, suyun əsas sahəsi isə Cənub yarımkürəsindədir. Okean və dənizlər Yerin ümumi
sahəsinin 71%-ni tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları, bataqlıqlar və b.) birlikdə Yerin
su ilə örtülmə dərəcəsini təşkil edir. Dünya okeanı hidrosferin həcminin 96,4%-i qədərdir.
Dostları ilə paylaş: |