Cədvəl 16.5
1971-1997-ci illərdə Azərbaycanın fiziki-coğrafi zonaları üzrə havanın temperaturunun (
0
C) dəyişməsi
(Səfərov s., 2005)
Fiziki-coğrafi zonalar
Qış Yaz Yay Payız
İl
Lənkəran vilayəti
1,5
-01
0,4
0,4
05
Kür-Araz ovalığı
1,8
-03
0,6
06
06
Abşeron yarımadası 0,9
-05
-0,2
03
01
Respublikanın qərb hissəsi
1,6
-01
0,5
06
04
Böyük Qafqazın cənub yamacı
1,5
-02
0,2
03
04
Böyük Qafqazın
şimal-şərq
yamacı
1,2 -02 03 04 04
Kiçik Qafqaz
1,8
-04
-02
-02
01
Naxçıvan MR
2,3
-06
-0,4
-0,1
02
Tədqiqatların nəticələri göstərdi ki, ən çox hiss olunan dəyişikliklər respublikanın düzən və dağətəyi
hissələrində, zəif dəyişikliklər isə Xəzər dənizinin sahil zonasında qeydə alınmışdır.
Yaz mövsümündə əksəriyyət stansiyalarda (1881-1997) temperaturun yüksəlməsi müşahidə edilmişdir. Ən
güclü dəyişikliklər Gəncə, Cəfərxan, Zaqatala, Quba və Naxçıvanda, temperaturun zəif artması isə Bakıda
müşahidə olunmuşdur. Soyuqlaşma yalnız Lənkəranda olmuşdur (cədvəl 16.5). 1971-1997-ci illər ərzində isə,
yaz fəsli bütün Azərbaycan ərazisində soyuq keçmişdir. Soyuqlaşma ən çox Bakıda (-08
0
C) və Naxçıvanda
müşahidə edilmişdir.
Bakı, Quba və Naxçıvan istisna olmaqla, 1971-1997-ci illərin yay mövsümündə respublikanın hər yerində
temperaturun yüksəlməsi qeydə alınmışdır.
Payız mövsümündə güclü istiləşmə Quba (2,0
0
C), Cəfərxan (1,3
0
C) və Gəncədə (1,2
0
C) olmuşdur. Bakı və
Lənkəranda isə zəif istiləşmə qeydə alınmışdır.
Bütövlüklə il ərzində Lənkəranda zəif soyuqlaşma (-02
0
C) müşahidə edilmişdir. İstiləşmə ən çox Gəncə,
Cəfərxan, Böyük Qafqaz və Naxçıvanda, zəif istiləşmə isə Bakıda olmuşdur. Düzən və dağətəyi zonalarda
müşahidə edilən istiləşmə (0,7-1,3
0
C/100 il) öz üstünlüyünə görə, Yer kürəsi və Şimal yarımkürəsində baş verən
istiləşmə qiymətini keçir. Fiziki-coğrafi zonalar üzrə dəqiqləşdirilmiş məlumatlar göstərir ki, Abşeron və
Naxçıvan MR-da da illik temperaturun dəyişmə tendensiyası müsbət istiqamətində gedir (Səfərov S., 2005).
Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Rio-de-Jeneyro (Braziliya) şəhərində keçirilən «Ətraf
mühit və inkişaf» konfransında «İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası»nı imzalamış, 1995-ci ildə Milli
Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu Konvensiyanın həyata keçirmə mexanizmini təyin edən
Kioto (Yaponiya) Protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün
1997-ci ildə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konvensiyanın tələblərinə uyğun olaraq
246
1998-99-cu illərdə «İqlim dəyişmələri üzrə birinci Milli məlumatlar» layihəsinin I mərhələsi, 2000-ci ildə II
mərhələsi yerinə yetirilmişdir. Layihənin I mərhələsi çərçivəsində respublika ərazisində müasir iqlim
dəiyşmələrinin tendensiyası müəyyən edilmiş, gözlənilən iqlim dəyişmələrinin ssenarisi (5 ssenari) hazırlanmış,
iqlim dəyişmələrinin neqativ təsirləri nəticəsində baş verə biləcək itkilərin azaldılması üçün Milli adaptasiya
planı, qlobal istiləşməyə səbəb olan parnik qazlarının Milli kadastrı, parnik qazlarının tullantılarının
azaldılmasına dair Milli fəaliyyət planı hazırlanmışdır. Layihənin II mərhəsində Azərbaycan Respublikasında
parnik qazlarının azaldılması üçün texnologiyalara Milli tələbat müəyyənləşdirilmiş, iqlim üzərində sistematik
müşahidələrin hazırkı vəziyyəti və potensialı qiymətləndirilmişdir.
Hazırda Azərbaycan iqlim dəyişmələri üzrə Şərqi Avropa və keçmiş SSRİ dövlətləri (12 ölkə) ilə birlikdə
parnik qazlarının inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün Milli potensialın yaradılması
üzrə regional layihənin ilkin mərhələsində iştirak edir.
|