QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə480/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   476   477   478   479   480   481   482   483   ...   706
Patogenlərlə yoluxma – mədə-bağırsaq xəstəliklərindən yüksək dərəcədə xəstəlik və ölümün çox mühüm 

faktorudur. Bu əhalinin sıxlığından və onun sosial-iqtisadi inkişafından bilavasitə asılıdır, odur ki, inkişaf 

etməkdə olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə içməli su təchizatı sistemində su emal olunur, 

lakin inkişaf etməkdə olan ölkələrdə içməli su kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir.  

Hindistanda 1980-ci ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 şəhərdən yalnız 8-də aparılmışdır, 

217  şəhərdə isə  təmizlənmə natamam (qismən) yerinə yetirilmişdir. Nyu-Dehli şəhərindən axan Yamuna çayı 

sutka ərzində 0,2 mon. kub. m təmizlənməmiş çirkab su qəbul edir. Bunun nəticəsində şəhər daxilində suyun pato-

gen çirklənmə indeksi 3200 dəfə artaraq 100 ml suda koli bakteriyaların sayı 24 mln.-a çatır. Qanqa çayında da 

patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır.  

Patogenlə yoluxma ilə üzvi maddələrlə çirklənmə qarşılıqlı əlaqədardır. Üzvi maddələr çirkləndiricilərin, ən 

böyük qrupu sayılır. Onlar suya kanalizasiya çirkabları  və ya nizamlanmamış  məişət axıntıları vasitəsilə  həll 

olunmuş, yaxud asılı  şəkildə daxil olur. Bəzi yerlərdə sellüloz – kağız və yeyinti sənayesi də suyu xeyli 

çirkləndirir. Üzvi maddələrlə çirklənmənin coğrafi yayılması patogen yoluxmanın yayılmas ilə tam uyğun gəlir.  

İnkişaf etməkdə olan ölkələrdə  məişət axıntılarının həcminin artması, çirkab sularının təmizləyici 

qurğularının aşağı keyfiyyətdə olması  və ya olmaması  nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və 

patogenlərə yoluxması artır.  İnkişaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər  əhalisi üçün kanalizasiyanın 

mühəndis sistemi tikilməlidir.  

Təbii sularda və su təchizatı mənbəlrində nitratların əsas mənbəyi kənd təsərrüfatı sayılır. Nitratlar yüksək 




 

251


həll olmaları ilə  fərqlənir. Odur ki, çox hissəsi su obyektlərinə, öncə isə yeraltı sulara daxil olur. Kənd 

təsərrüfatının intensivliyi artdıqca və gübrələrdən istifadənin tarixi uzun müddətlidirsə, nitratlarla çirklənmə bir 

o qədər çox olur. Qərbi Avropanın bir çox ölkələrində (Almaniya, Çexoslovakiya, Danimarka, Fransa və b.) 

quyu sularında nitratların yüksək dərəcədə olması ilə əlaqədar istifadə üçün yararsızdır. İçməli suda nitratların 

izafi qatılıqda olması insanın sağlamlığında problemlər, xüsusilə uşaqlarda qan xəstəliyi, böyüklərdə isə xərçəng 

təhlükəsi yarada bilər.  

Beynəlxalq Səhiyyə  Təşkilatı  tərəfindn təyin edilmişdir ki, içməli suda nitratların norma miqdarı NO

2

 



şəklində 11 mq/l-ə qədər azot olmalıdır. Ətraf mühitdə nitrat və nitritlərin yayılması və insan orqanizminə təsiri 

XVIII    fəsildə geniş şərh olunmuşdur.  

Hazırda istehsalatda və istifadə olunan 100000-ə qədər kimyəvi, əksəriyyət halda üzvi maddələr mövcud-

dur. Bu maddələrin kiçik qatılıqda  ətraf mühitə düşməməsi praktiki olaraq mümkün deyil. Üzvi 

mikroçirkləndiricilərlə suyun keyfiyyətinin pisləşməsi sintetik maddələr (əşya) və pestisidlər istehsalı, qara me-

tallurgiya, neftayırma, sellüloz-kağız və toxuculuq sənayesi sektorları, daş kömür çıxarma və b. sahələrlə 

əlaqədardır.  

Təbii sularda üzvi maddələrin qatılığı adətən 1 litrdə 1000 nanoqram-dan az, yəni milyardın bir hissəsi 

qədər olur. Bu maddələrin suda olduqca kiçik qatılığının ölçülməsi yüksək, çox vaxt mümkün olmayan dəqiqlik 

tələb edir. Bununla belə  kəskin zəhərli olan bu polyutantların ölçülməsi vacibdir. 1 qram polixlorlu bifenillər 

(PXB) (dioksin və b.), 1 mln. kub. m suyu həyat üçün yararsız hala salır. Məlum olduğu kimi DDT (dust) də bu 

qəbil çirkləndiricilərdəndir.  

17.2 saylı  cədvəldə müxtəlif kimyəvi qarışıqların insanın sağlamlığına təsiri verilir. Bu məlumatlar suya 

müxtəlif çirkləndiricilərin məhdudluğunun mümkünlüyünü təyin etmək üçün xüsusi tədbirlərin hazırlanmasına 

əsas verir. Bura su mənbələrinin sanitar mühafizəsi də daxildir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   476   477   478   479   480   481   482   483   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin