QəRİb məMMƏdov, mahmud xəLİlov


Araz və Kür çaylarının ekoloji vəziyyəti



Yüklə 4,26 Mb.
səhifə483/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   479   480   481   482   483   484   485   486   ...   706
 

17.3.1. Araz və Kür çaylarının ekoloji vəziyyəti 

Son yarım əsrə qədər müddətdə aparılan tədqiqatlar (M.Salmanov, 2002) göstərdi ki, Kür, Araz çayları və 

onların  əsas qolları respublikamızdan kənarda – Gürcüstan və Ermənistan  ərazilərində çirklənir. Belə ki, 

Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi, Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min km

2

 

sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür çayına 188 min km



2

, Araza isə 103 min km

2

 ərazidən sənaye, kənd 



təsərrüfatı və məişət çirkabı, müxtəlif tullantılar atılır.  

Kür çayına  əvvəlcə Gürcüstanın Borjom, Axalbaba, Xaşuri, Qori, Karelii, Kaspi şəhərlərinin və çayın 

sahilində yerləşən başqa yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal-məişət tullantıları hesabına 

sutkada 3 mln. m

3

-ə qədər çirkab suları buraxılır (Ş.Xəlilov, 2000). Daha sonra 40 km məsafədə Tiflis şəhərini 



kəsib keçən Kür çayı daha kəskin çirklənməyə məruz qalır.  

Gürcüstan Respublikası su müfəttişliyinin məlumatına  əsasən (1989) Tiflis şəhəri daxilində çay suyunda 

olan zərərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən (QSH) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 

330 dəfə, xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə-bağırsaq basilləri 238 dəfə, 

saprofit bakteriyaları 300 dəfə artıqdır (Ş.Xəlilov, 2000).  

Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln. m

3

 çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən 



sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə  məruz qalır və sutka ərzində yüz min m

3

-lə  sənaye və 



kommunal – məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. Nətitcədə Kürə il ərzində orta hesabla 700 

min ton üzvi maddələr, 30 min ton azot-fosfor duzları, 12 min ton müxtəlif duzlar və qələvilər, 16 min ton süni 

səthi fəal maddələr və s. axıdılır. Nəticədə Kür çayı respublikamıza son dərəcədə çirklənmiş, insan və su 

orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. İki respublikanın sərhədi boyu axan Kürün sağ qolu olan 

Xramçayı Kürə çoxlu çirkab suları  gətirir. Gürcüstan ərazisində Xram çayına Ermənistanın  ən çirkli çayı – 

Debedçayı qovuşur. Ermənistanın  əlvan metallurgiya, kimya və yüngül sənaye mərkəzləri olan Kirovakan, 

Alaverdi və Stepanavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu şəhərlərin sənaye və  məişət tullantıları 

təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya kombinatlarından və Axtala 

filizsaflaşdırma fabrikindən çirkab sularının axıdıldığı Debedi çayı çirklənmə  dərəcəsinə görə Razdan və 

Oxçuçaydan sonra Ermənistanın üçüncü çayı sayılır.  

Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən 

başlayaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət 

və  sənaye çirkablarını  qəbul edir. Bununla yanaşı, düşmən  ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, 

Axuryan çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi 

pH 2,4-ə enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv olur.  

Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə, 

ağır metalların duzları 36-44 dəfə (mis, molibden və s.) azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft 

mənşəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir (Salmanov, 2003).  

Araz çayının sol qolu Razdan suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yeri tutur. Razdan, 

Gürensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları  və çayın sahilində yerləşən 




 

253


başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. 1980-ci illərdə Razdana buraxılan çirkab sularının 

orta illik miqdarı 210 milyon m

3

 olmuşdur. Yay aylarında Arazda suyun səviyyəsi aşağı düşdüyü dövrdə 



Razdanın çirkab sularının sərfi azalmır. Nəticədə «Araz» su qovşağı su anbarında çox təhlükəli vəziyyət yaranır. 

İsti hava şəraitində suyun «çirklənməsi» baş verir və balıqların kütləvi qırılmasına səbəb olur.  

Arazı  ən çox çirkləndirən çaylardan biri də Oxçuçaydır. Megri, Qaçaran, Qafan və  Dəstəkert dağ-mədən 

(metalsaflaşdırma) kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları  və başqa tullantıları 

Oxçuçayı hədsiz dərəcədə çirkləndirir. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı BHK-dan 25-50 dəfə, 

fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Alüminium, sink, manqan, titan və 

bismut çirkləndirici elementlərə Oxçuçayda daim rast gəlinir.  

Ermənistan AES-nin fəaliyyəti bilavasitə Araz çayı ilə əlaqədardır, hər sutka ərzində Araza 12-16 min m

3

 

çirkab axıdılır, onun gələcəkdə Araz və onun qolları üçün fəlakətlər törətməsi ehtimalı böyükdür.  



Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Əli Bayramlı, Salyan, Neftçala və b. yaşayış  məntəqələri 

Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu sahələrdə Kür sularında sanitar-gigiyena normalardan on min 

dəfədən yüksək koliform qrupuna aid bakteriyalar aşkar edilmişdir (Salmanov, 2003). Öz ərazisində Kür, Araz 

və onların yüzlərlə qolları amansız çirklənir. Hövzədə yerləşən yaşayış  məntəqələrinin heç birində müasir 

bioloji təmizləmə qurğusu yoxdur.  

Antropogen amillərin təsirinin güclənməsi ilə  əlaqədar olaraq Kür və Araz çayları  və onların qollarının 

suyunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı 

suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mql olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı 

məntəqəsində suyun minerallaşması 400 mql-dən 1300 mql-ə qədər artmışdır (Ş.Xəlilov, 2000). 

Əvvəllər çayların suyu hidrokarbonat sinfinə  və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-

natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin  əsas səbəbi Kür-Araz ovalığında 

suvarılan sahələrdən qayıdan suların və kollektor drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.  

Son zamanlar Kür-Araz hövzələri ilə  əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da 

(Böyük Qafqazın şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.  

Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay, 

Lənkəran bölgəsində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış  məntəqələri və aqrar-sənaye 

təsərrüfatları tərəfindən aramsız çirklənməyə məruz qalır.                

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   479   480   481   482   483   484   485   486   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin