QəRİb məMMƏdov, mahmud xəLİlov


 Quru sularının çirklənməsi və insan sağlamlığı



Yüklə 4,26 Mb.
səhifə479/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   475   476   477   478   479   480   481   482   ...   706
17.2. Quru sularının çirklənməsi və insan sağlamlığı  

Şirin (içməli) sular Yer üzərində olduqca qeyri-bərabər paylanmışdır. Belə ki, dünyanın 70% əhalisi 

yaşayan Avropa və Asiyada dünya çay sularının yalnız 39%-i cəmləşir. Təbii çay suları mürəkkəb maye olub 

adətən tərkibində çoxlu kimyəvi maddələr olur. Çay sularında həll olan maddələrin qatılığı 1 q/l-dən artıq ol-

mur. Təbii çay suları adətən istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də 

təbəb olunmur.  

Lakin müasir texnologiya, kənd təsərrüfatı və tikintinin təsirilə çayların və göllərin suları sənaye və məişət 

tullantıları ilə çirklənməyə  məruz qalır. Yalnız sənaye hər il çaylara 160 km

3

  təmizlənməmiş  və ya kifayət 



dərəcədə  təmizlənməmiş sular axıdır. Onlar 4 min km

3

-dan çox, yəni ümumi çay axınlarının 10%-ə  qədərini 



çirkləndirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30%-ə çatır. Nəticədə Avropanın,  Şimali 

Amerikanın və digər kontinentlərin  əksəriyyət çayları  məcralarında  əhalini yararlı su ilə  təchiz edən  şirin su 

deyil,  şəhərlərin, sənaye müəssisələrinin, heyvandarlıq fermalarının və s. qarışdırdıqları sular axır, çaylarda 

təmiz su əvəzinə tərkibində zərərli kimyəvi maddələr və bakteriyalar olan su axır. Vaxtilə dolu təmiz sulu çaylar 

və göllər hər yerdə dayazlaşır, bu sularda göy-yaşıl yosunlar inkişaf edir və su içmək üçün, həm də balıqlar və 

digər canlı orqanizmlər üçün yararsız hala düşür.  

Şirin sularda çirkləndiricilərin sayı 2500-ə çatır. Beynəlxalq Səhiyyə  Təşkilatının məlumatına görə bütün 

xəstəliklərin 80%-i əhalinin çirkli su qəbul etməsinin nəticəsidir. Planetin 2,5 mlrd. sakininin dizenteriya, hepa-

tit, diarey və digər xəstəliklərə tutulmsı məhz çirkli sulardan istifadə ilə bağlıdır.  

Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və  dərəcəsindən asılıdır. Qeyd 

edildiyi kimi, dünyada xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf 

etməkdə olan ölkələrdə içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 

mln. insan ölür. İshal (diareya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 1990-cı ilə dünyada 1 

milyarddan artıq adam təmiz içməli su ilə və 1,7 milyard adam kanalizasiya ilə təmin olunmayıb.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   475   476   477   478   479   480   481   482   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin