QəRİb məMMƏdov, mahmud xəLİlov


 İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri



Yüklə 4,26 Mb.
səhifə470/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   466   467   468   469   470   471   472   473   ...   706
 

16.7. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri  

Bu istiqamətdə yerli dövlət tədbirləri beynəlxalq tədbirlərlə birgə həyata keçirilməlidir. Hər iki səviyyədə 

keçirilən tədbirlər sistemində aşağıdakılar nəzərə alınmalıdır: 

1) mütərəqqi, qabaqcıl texnologiyadan istifadə;  

2) enerjiyə qənaət olunması;  

3) kompleks iqtisadi, hüquqi və tərbiyəvi tədbirlərin həyata keçirilməsi. Bu tədbirlərin həyata keçirilməsində 

əsas məqsəd atmosferə buraxılan parnik qazlarının miqdarının, ilk növbədə CO

2

-nin azaldılması sayılır.  



Son zamanlar istehsalın müxtəlif sahələrində karbon qazından istifadə olunması üzrə yeni texnologiyalar 

hazırlanır. Yalnız ABŞ-da 60-a qədər belə layihələr hazırlanmışdır. Bu layihələr içərisində artıq işi 

dayandırılmış quyulardan yenidən neft istehsalında CO

2

-dən istifadə olunması texnologiyası layihələrinə xüsusi 



qiymət verilir. Bu texnologiyaya əsasən CO

quyuya daxil olunaraq neftdə  həll edilir. Onun həcmini 



genişləndirərək özlülüyünü, suvaşqanlığını azaldır və bununla da neftin yuxarı qalxmasını təmin edir. Hesabla-

malar göstərir ki, bu metod quyuda qalan neftin 10-15%-ni çıxarmağa imkan verir.  

Bir sıra beynəlxalq sənədlərdə CO

2

-nin atmosferdə azaldılması göstərilmişdir: 



1) Alternativ energetikanın inkişafı və İES-dən çıxan tüstü qazlarını və CO

2

-ni tutub saxlamaq;  



2) Enerjiyə qənaət edilməsi. Əgər bütün sənaye ölkələri öz istehsalı və məişətində enerji həcmini Yaponiya 

səviyyəsinə qədər endirsə, enerjinin dünya tələbatı 36%-ə qədər aşağı düşər;  

3) Meşələrin qırılmasının və meşə yanğınlarının qarşısını almaq və yeni meşəliklərin salınması.  

Göstərilən tədbirlərlə yanaşı, tullantıların azaldılması haqqında beynəlxalq razılaşmalar da böyük 

əhəmiyyət daşıyır. Belə öhdəliklər 1988-ci ildə Toronto (Kanada) şəhərində keçirilmiş Beynəlxalq konfransda 

irəli sürülərək 2005-ci ilədək 1988-ci ilə nisbətən atmosferə buraxılan CO

2

-nin təxminən 20% azaldılması 



nəzərdə tutulur.  

Bu zaman Avstraliya, Danimarka, Fransa, Yeni Zenlandiya, İsveçrə (dünya tullantılarının 4,1%-ni təşkil 

edir) 2005-ci ilə qədər CO

2

-ni 20% azaltmağı, Belçika, Kanada, Finlandiya, İrlandiya, İtaliya, Yaponiya, Nider-



land, Norveç, İsveç (10,8%), Böyük Britaniya (2,8%); 2005-ci ilə  qədər SO

2

-nin miqdarını sabitləşdirməyə, 



Almaniya isə (3,2%) – 2005-ci ilə qədər onu 30% azaltmağı öhdəyə götürmüşlər. ABŞ (22,0%) və keçmiş SSRİ 

tərkibində olan ölkələr (18,4%) heç bir qərar qəbul etməmişdir.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin