QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə503/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   499   500   501   502   503   504   505   506   ...   706
Statik yük – dağ süxurlarına təsirin ən geniş yayılan növü hesab olunur. Bina və qurğuların 2 MPa və daha çox 

statik gücünün təsiri ilə dağ süxurlarında 70-100 m dərinliyə qədər aktiv dəyişilmə zonası əmələ gəlir. Bu zaman ən 

çox dəyişilmələr daim donuşluq ərazisində və güclü sıxıla bilən süxurlarda (məsələn, torflu və gilli) müşahidə olunur. 

Daimi donmuş buzlu süxurlarda çox vaxt ərimə, qabarma və s. proseslər müşahidə olunur.  

Statik yükün təzyiqindən yer səthinin yatması (çökməsi) müşahidə edilir.  

Yer qabığının yatması bir çox iri şəhərlərin altında da baş verir. Binaların və qurğuların altında qrunt 

bərkiyir və səthi çökür. Müasir şəhərlərdə tikinti yükü o qədər böyükdür ki, ayrı-ayrı binalar altında baş verən 

çökmələr bir-birilə birləşir. Məsələn, Moskvada 15 il ərzində qruntun çökməsi 8 mm təşkil edir. Yaponiyanın 

Tokio və Osaka şəhərləri son illərdə yeraltı suların nasosla çəkilməsi və yumşaq süxurların sıxılması nəticəsində 

4 mm çökmüşdür.  

Yer səthinin antropogen dəyişilməsi həmçinin iri hidrotexniki qurğuların tikilməsi ilə əlaqədardır, 1988-ci 

ilə qədər bütün dünyada hündürlüyü 150-300 m olan 360-dan artıq bəndlər tikilmişdir.  

Bəndlərin çəkisinin təsiri, həmçinin süxurların yuyulması prosesində  bəndin bünövrəsinin çökməsi və 

çatların  əmələ  gəlməsi müşahidə olunur. Belə ki, Sayan-Şuşinski SES-in bəndinin bünövrəsində 20 m 

uzunluğunda çat qeydə alındı. Bratski, Ust-İlimski SES-nin bəndlərinin bünövrəsinin yatması (çökməsi) ildə 10 



 

268


mm-dən çox təşkil edir. Kama su anbarının (sahəsi 1915 km

2

, suyun həcmi 12,2 km



3

) suyu böyük güclə yer 

qabığına təsir göstərdiyi üçün Perm vilayətinin çox hissəsində ildə 7 mm yatma (çökmə) müşahidə olunur.  

Alimlər tərəfindən aşkar edilmişdir ki, su anbarında suyun səviyyəsi 100 m-dən artıq olduqda zəlzələnin 

aktivliyi artır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   499   500   501   502   503   504   505   506   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin