QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə504/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   500   501   502   503   504   505   506   507   ...   706
Dinamik yük.  Nəqliyyat, zərbə  və vibrasiya tikinti maşınlarının, zavod mexanizmlərinin və s. işində 

vibrasiya, zərbə, təkan və digər dinamiki yüklər səciyyəvidir. Yumşaq, bərkiməmiş süxurlar (qum, su ilə 

doymuş löslər, torf və b.) titrəyişə daha həssasdır. Bu süxurların zərbə zamanı davamlığı  aşağı düşür, sıxılır, 

struktur əlaqəsi pozulur, qəflətən sıyıqlaşıb sürüşmə, uçqun, axar tullantı və digər əlverişsiz proseslərin əmələ 

gəlməsinə səbəb ola bilər.  

Dinamiki yükün digər növü zəlzələ  təsirinə  bənzər partlayışlar hesab olunur. Avtomobil, dəmir yolu, 

hidrotexniki qurğular tikintisində, faydalı qazıntılar çıxarıldıqda və s. işlərdə dağ süxurları partlayış üsulu ilə 

dağıdılır. Əksər halda partalyış təbii tarazlığın pozulması ilə müşayiət olunub sürüşmə, uçqun əmələ gətirir.  



İstilik təsiri. Dağ süxurlarında temperaturun yüksəlməsi kömürün yeraltı qazlaşdırılması, domna və marten 

sobalarının  əsasında və s. baş verir. Bir sıra hallarda süxurun temperaturu 40-50

0

C, bəzən isə 100



0

C və daha 

yuxarı qalxır (domna peçlərində). Kömürün yeraltı qazlaşdırılması zonada 1000-1600

0

C temperaturda süxurlar 



bişir, «daşlaşır», öz ilkin xassələrini itirir.  

Digər təsir növlərində olduğu kimi, antropogen istilik axını yalnız dağ süxurlarının vəziyyətinə deyil, həm 

də ətraf təbii mühitin komponentlərinə təsir göstərir: torpaq, yeraltı sular, bitki örtüyü də dəyişir.  

Elektrik təsiri. Dağ süxurlarında yaranan süni elektrik sahəsi (elektriklə işləyən nəqliyyat, elektrik ötürücü 

xətləri və s.) dəyişən elektrik cərəyanı və sahəsi yaradır. Bu, əsasən elektrik enerji mənbələri sıx yerləşən şəhər 

ərazilərində müşahidə edilir. Bu zaman süxurların elektrik keçiriciliyi, elektrikə davamlığı  və digər xassələri 

dəyişir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   500   501   502   503   504   505   506   507   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin