3. Artıq əsas nüvə zərbələrinin ilk günlərində partlayış yerlərində intensiv lokal radioaktiv yağıntılar
düşəcək. Müharibə aparan dövlətlərin geniş ərazilərinə letal (öldürücü) dozada qamma-şüalanma düşəcəkdir.
Xüsusi sığınacaqlar olmadıqda bir qədər az intensivli qlobal radioaktiv yağıntılar uzun zaman ərzində xərçəng
və digər təhlükəli xəstəliklərin yayılmasına səbəb olacaqdır. Radioaktiv hissəciklər orqanizmə qida, su və hava
(nəfəs aldıqda) ilə daxil olacaqdır. Nüvə bombardmanında salamat qalan insanlarda radiasiya daha çox hiss
olunacaqdır – əvvəla onların sağlamlığı digər zərərli təsirlərdən və ətraf mühit şəraitinin pisləşməsi nəticəsində
pozulacaq, ikincisi isə onlara tibbi yardım minimuma enəcəkdir.
Cənub yarımkürəsində lokal radioaktiv yağıntılar, yalnız nüvə partlayışları olan yerlərdən bir neçə yüz ki-
lometrlik məsafədə təhlükəli ola bilər, yüksək dozalı radioaktivlikli qlobal yağıntıların isə nisbətən az olması
ehtimal edilir.
4. Əgər nüvə silahlarının partlayışları atmosferin yuxarı qatlarında baş verərsə, Yerin böyük əraziləri güclü
elektromaqnit şüalanması təsiri altında qalacaqdır, bu isə rabitə, energetik və elektron sistemlərinin işini pozar,
yaxud tamamilə sıradan çıxara bilər. Müharibənin başlanan vaxtında bunların itirilməsi təşviş və hərcmərclik
yaradacaqdır, bu vaxt isə nüvə silahlarının istifadəsi haqqında məsul qərarlar qəbul edilməsi vacibdir.
Dostları ilə paylaş: |