QəRİb məMMƏdov, mahmud xəLİlov


Bioloji tədqiqatların nəticələri



Yüklə 4,26 Mb.
səhifə605/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   601   602   603   604   605   606   607   608   ...   706
 

Bioloji tədqiqatların nəticələri 

1.  İrimiqyaslı nüvə müharibəsinin yaratdığı iqlim və digər təsirlərə qarşı  həm təbii ekosistemlər, həm də 

kənd təsərrüfatı strukturu olduqca həssasdır. Nüvə silahlarının bilavasitə  təsirindən qaçqın düşən milyardlarla 

insan müharibədən sonra olduqca ağır vəziyyətə düşəcəkdir. Hər  şeydən  əvvəl məhsulun məhv olması, 

beynəlxalq  ərzaq ticarətinin pozulması, enerji sistemlərinin dağılması, həmçinin  ərzaq ehtiyatının tükənməsi 

nəticəsində aclıq hökm sürəcəkdir.  



 

360


2. Nüvə konfliktindən sonra dənli bitkilərin məhsulunun azalması və temperaturun aşağı düşməsilə əlaqədar 

xeyli itirilməsi mümkündür.  



3.  Hətta iqlim pozuntusu olmadıqda belə, nüvə müharibəsinin nəticələri kimi – beynəlxalq ticarət 

sistemlərinin və məhsul (ərzaq) nəqliyyatının sıradan çıxması, anbarların, kənd təsərrüfatı texnikasının və enerji 

avadanlıqlarının dağıdılması, gübrə, pestisid, toxum fondu və digər kənd təsərrüfatı vasitələrinin dayanması 

nəticəsində dünya kənd təsərrüfatı istehsalı və məhsulun paylanması sistemi nüvə müharibəsinin nəticələrindən 

ciddi ziyan çəkəcəkdir.  

4.  İqlim və digər faktorların birgə  təsiri nəticəsində  Şimal yarımkürəsinin  əksər hissəsində  və  Cənub 

yarımkürəsinin bir çox vilayətlərində irimiqyaslı nüvə konfliktindən sonra qida (ərzaq) məhsulu istehsalı bir 

ildən artıq praktiki olaraq dayana bilər.  

5. Dünya ticarətinin ümumi pozulması, həmçinin bir çox ölkələrin taxıl ixracatında iştirak etməməsi ilə 

əlaqədar hərbi konflikt zamanı  ərzaq məhsulunun eksportu dayanacaqdır. Bunun nəticəsində  əhalinin böyük 

kütləsi aclıq təhlükəsi qarşısında qalacaqdır. Nüvə konfliktində  iştirak etməyən və bilavasitə nüvə  zərbəsinə 

məruz qalmayan ölkələr də müharibənin nəticəsi olaraq aclıq keçirəcəklər.   



6.  Kənd təsərrüfatı istehsalının dağılması  şəraitində  ərzaq istehsalının  əsas mənbəyi təbii ekosistemlər 

olacaqdır.  Əgər müharibə  nəticəsində mühüm iqlim dəyişkənliyi baş verməsə  də, təbii ekosistemlər Yer 

əhalisinin az bir hissəsini qidalandıra bilər. Hətta  ən  əlverişli nəticədə onlar kənd təsərrüfatı kimi zəngin 

mənbəni əvəz etməyə qadir deyildir.  



7.  Təbii ekosistemlər istənilən halda nüvə müharibəsinin yaratdığı iqlim pozulmalarına olduqca həssas 

olacaqdır. Onların dəyişməsi qütb tundrasından başlamış rütubətli tropik meşələrə, səhradan başlamış okeanlara 

və  şirinsulu hövzələrə  qədər olduqca müxtəlif olacaqdır.  Şimal yarımkürəsində temperaturun aşağı düşməsi 

əsasən quruda özünü göstərəcək, işıqlanmanın azalması ən çox okean ekosistemlərinə təsir edəcəkdir, halbuki 

yağıntıların xarakter və intensivliyinin dəyişməsi başlıca olaraq Cənub yarımkürəsinin bozqırlarına və digər 

ekosistemlərinə öz təsirini göstərəcəkdir.   



8. Bioloji sistemlər hətta nüvə müharibəsinin yaratdığı nisbətən az iqlim dəyişkənliyinə o qədər həssasdır 

ki, məhvedici ekoloji nəticələr zəif iqlim dəyişmələri zamanı da baş verə bilər və bunun nəticəsi olaraq Yer 

əhalisinin böyük hissəsi ziyan çəkər.  

9.  İqlim pozulması uzun müddət davam edərsə, bu vəziyyət prosesin kəskin dövründə, işıqlanmanın ek-

stremal azalması və temperaturun aşağı düşməsi qədər insan həyatına faciəli təsir göstərə bilər.  



10. Qlobal radioaktiv yağıntılar, ehtimal olunduğuna görə, insan, ekosistem və kənd təsərrüfatı üçün böyük 

nəticələr törətməyəcəkdir. Lakin lokal radioaktiv yağıntılar,  şübhəsiz ki, həm müharibə aparan, həm də ona 

qonşu ölkələrin  əhalisinə ciddi təsir göstərəcəkdir. Müxtəlif rəylərə  əsasən lokal radioaktiv yağıntılar 

nəticəsində milyonlarla, bəlkə də yüz milyonlarla insan həlak olacaqdır.  

Şübhəsiz ki, həm təbii ekosistemlər, həm də  kənd təsərrüfatı radioaktiv təsir altında qalacaqdır.  Şimal 

yarımkürəsinin orta enliklərində geniş ərazilər, o cümlədən dəniz və şirinsulu ekosistemlər radioaktivliyə məruz 

qalacaqdır. Radioaktivlik bioloji sistemlərdə toplaşır: qida zəncirinin ən yüksək pilləsində duran canlı orqanizmlər 

( o cümlədən insanlar) radioaktivliyə sirayət etmiş məhsullarla qidalanaraq min dəfə artıq radiasiya dozasını qəbul 

edir. Az ehtimal etmək olar ki, müharibədən sonrakı şəraitdə belə radioaktivlik zəhərlənməyə qarşı kəsərli tədbirlər 

baş tuta bilsin.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   601   602   603   604   605   606   607   608   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin