qayda olaraq canlı orqanizmlərin kütləvi qırğınına və iqtisadi ziyanlara səbəb olur. Antropogen qəzaların
ekosistemlərə təsirləri arasında xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar:
Tankerlərin və neftçıxarma platformaların qəzaları.
ha geniş məsafələrə yayıla bilər.
ölkələrdə də baş verə bilər və onun baş verməsi bir sıra aşağıdakı kompleks səbəblərdən ola bilər: təhlükəsizlik
361
texnikasına riayət edilməməsi, insanların səhvləri, yaxud onların fəaliyyətsizliyi, müxtəlif sınmalar, təbii
fəlakətlərin təsirindən və b. ən təhlükəli ekoloji fəlakətlər radiasiya obyektlərində (atom elektrik stansiyalarında
nüvə yanacağı istehsal edən müssisələrdə, uran filizləri çıxarılan mədənlərdə və b.), kimya müəssisələrində, neft
və qaz borularında, nəqliyyat sistemlərində (dəniz və dəmiryolu nəqliyyatında və s.), su anbarları bəndlərində və
b.
Bəşəriyyət tarixində texnogen xarakterli faciələrlə nəticələnmiş ən böyük qəza 1986-cı il aprelin 26-da
Ukraynada Çernobıl AES-in dördüncü enerji blokunda baş verdi. Çernobıl faciəsinin nəticələri haqqında «Ener-
getika və ekologiya» böləsində ətraflı məlumat verilir.
Çernobıl qəzasından əvvəl, nüvə energetikasında ən ağır qəza 1979-cu ildə Amerikanın Trimayl-Aylend
AES-ində (Pensilvaniya ştatının Qarrisberq şəhərinin yaxınlığında) baş vermişdir. Reaktorun qoruycu örtüyü bu
qəzanın ağır ekoloji nəticələrinin qarşısını alsa da, əhaliyə və ətraf təbii mühitə ciddi ekoloji ziyan dəydi. 30 km-
lik faciə zonasından bütün əhali köçürüldü.
1957-ci il sentyabrın 29-da Çelyabinski vilayətində (Kıştım kəndinin yaxınlığında), müharibədən dərhal so-
nra atom silahı əldə etmək məqsədilə tikilmiş müdafiə müəssisəsində böyük qəza baş verdi. Partlayış
nəticəsində atmosferə radioaktiv məhsullar atılaraq, sonralar 15 min km
2
əraziyə yayıldı. Tullantı 2 mln. 100
min Kü təşkil etmişdir (Çernobıl qəzası zamanı atmosferə 50 mln. Kü atılmışdır).
Ekoloji nəticələr baxımından kimya obyektlərində baş verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu hal-
da atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli maddələrə yoluxur. Zəhərləyici maddələr
yüksək konsentrasiyalı olduqda, insan və heyvanlarda kütləvi zədələnmə (zəhərlənmə) müşahidə edilir. Kimya
sənayesində ən ağır faciəli fəlakət 1984-cü il dekabrın 3-də gecə Hindistanın Bxopala şəhərinin təhlükəli
obyektində, Amerikanın pestisid istehsal edən «Yunion-karbayd» kompaniyasının zavodunda baş vermişdir.
Soyuducu sisteminin və qəza təbilinin nasaz olması ilə əlaqədar iki saat ərzində rezervuardan atmosferə 40 ton-
dan artıq fosgen qarışıqlı metilizosianatın 200
0
C temperaturunda 10 atmosfer təzyiqi ilə buxarı atılmışdır. Meti-
lizosianat CH
3
NCO – güclü zəhər olub, kənd təsərrüfatı ziyanvericiləri və təhlükəli xəstəliklərin daşıyıcılarını
məhv etmək üçün istifadə edilən pestisidlərin istehsalında aralıq məhsul hesab olunur. CH
3
NCO-nun moleku-
lyar çəkisi 57 olub, onun buxarı havadan iki dəfəyə qədər ağırdır. Gecə vaxtı havanın şaquli qarışması zəif ol-
duğundan, zəhərli buludlar əhalisi yatmış şəhərin üzərinə çökmüşdür. Zəhərlənmə nəticəsində 3200-dən artıq
adam ölmüş, 30000-i isə beynindən ciddi xəsarət almasından və iflic olmasından şikəst qalmışlar. Ümumilikdə,
qəzadan bir milyona qədər insan ziyan çəkmişdir. Fəlakətdən sonrakı nəsillərdə də bir sıra eybəcərliklər
müşahidə olunmuşdur. Qəzanın baş verməsinə təhlükəsizlik texnikasının kobud şəkildə pozulması səbəb
olmuşdur. Qəza vəziyyətində personalın davranış qaydaları öyrədilmədiyindən onun nəticələrini daha da
ağırlaşdırmışdır.
1976-cı il iyulun 10-da İtaliyanın Sevezo şəhərində kimya istehsalında dəhşətli qəza üz vermişdir.
Personalın buraxdığı səhvə görə, 2,5 kq yüksək toksikliyə malik olan dioksin maddəsi (tetraxlordibenzodioksin)
axmışdır. Məlum olduğu kimi, bu maddə kanserogen, teratogen və mutagen təsirinə malikdir. Qəza nəticəsində
bir neçə yüz adamda ağır dəri xəstəliyi – xlorakne baş verdi, zəhərlənmiş on minə qədər heyvan kəsildi (məhv
edildi). Ekoloq mütəxəssislərin fikrincə, dioksinin təsiri hələ iki-üç onilliklər davam edəcəkdir, belə ki, bu
maddə uzun müddət öz toksikliyini saxlamaq qabiliyyətinə malikdir.
Su ekosistemləri və bütövlükdə biosfer üçün neft və neft məhsullarının dənizlərə axıdılması böyük təhlükə
hesab olunur. Neftlə doldurulmuş tonkerlərin və neft çıxarılan platformaların qəzaları nəticəsində dənizə
qəflətən olduqca böyük miqdarda neft axıdılır. Bu neft su səthində yayılaraq 100 km-lərlə məsafələrə aparılır.
Hər bir belə qəza dəniz orqanizmlərinin – planktondan tutmuş iri balıqlara, dəniz məməlilərinə qədər canlıların
min kvadrat kilometrlərlə sahədə kütləvi qırğınına səbəb olur. Neftin dünya ixracatının yarıdan çoxu tankerlərlə
daşınır. Hazırda dünyada 1000-dən artıq supertankerlər istismar edilir, onların hər biri 100000 tondan artıq neft
daşıya bilir. Hər il yüzə qədər, o cümlədən 20 ağır tanker qəzaya uğrayır.
Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə əlaqədardır. «Amoko-Kadis»
tankerinin Fransanın sahilləri yanında batması nəticəsində 220 min ton neft okeana buraxılmışdır (1978-ci ildə).
1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması və Alyaskada Prins-Ulliam körfəzində
deşilməsi nəticəsində dənizə 45 min ton neft axmış və 1500 km
2
sahilyanı ərazinin çirklənməsinə səbəb
olmuşdur.
Dostları ilə paylaş: