23.6. TROPİK TSİKLONLAR
Tropik tsiklonlar özündə olduqca böyük enerji ehtiyatı daşıyır və böyük dağıdıcı gücə malikdir. Orta ölçülü
tsiklonun kinetik enerjisini bir neçə nəhəng hidrogen bombasının partlayış enerjisi ilə müqayisə etmək olar və
şimal yarımkürəsinin bütün kinetiv enerjisinin 10%-nə qədərini təşkil edir.
Əksəriyyət ölkələrdə tropik tsiklonların baş verməsi haqqında xəbərdarlıq sisteminin fəaliyyət göstərməsinə
baxmayaraq hər bir tsiklonun keçməsi arzuolunmaz insan tələfatı ilə nəticələnir. İnsan tələfatı və böyük maddi
zərər qasırğalı küləklərlə, güclü leysan tərəfindən yaradılan daşqınlarla, həmçinin suyun fırtınalı qovulması ilə
əlaqədardır. Suyun qovulması nəticəsində tsiklonun quruya doğru hərəkəti zamanı sahil boyu su 8 metr və daha
çox qalxa bilər.
1998-ci ilin oktyabrında Qonduras və Nikaraquada ən dağıdıcı qasırğalardan sayılan «MİTCH» qasırğası 11
min adamın həyatına son qoydu, 2 mln. adam isə evsiz-eşiksiz qaldı. Bu ölkələrdə son 200 ildə ən güclü
daşqınlar baş verdi. Qasırğanın vurduğu iqtisadi ziyanın ümumi miqdarı 2 mlrd. dolları keçdi.
Dostları ilə paylaş: |