QəRİb məMMƏdov, mahmud xəLİlov


mühafizəedici reaksiyalar



Yüklə 4,26 Mb.
səhifə660/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   656   657   658   659   660   661   662   663   ...   706
mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. La-

kin narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə nümunədən, yoxlamadan (mərkəzi sinir sistemi-

nin fərdi xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən asılı olaraq 1-2-dən 5-8-ə  qədər) sonra 

alınan belə xüsusi vəziyyətin təzahürü eyforiya adlanır.    

Bir dəfə eyforiya vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji asılı olur. Bu zaman mərkəzi 

sinir sistemində patoloji ehtiyac mənbəyi yaranaraq, özünü mühafizə etmək (saxlamaq) narkotikin yeni 

porsiyasını tələb edir.  

İnsan narkotik maddənin qəbulunu davam etdirərsə, göstərilən hadisələr möhkəmlənir, güclənir və o , artıq 

dərk edir ki, narkotik maddəsiz keçinə bilməyəcək. Bu onun taleyini təyin edən başlıca  şərtdir.  İnsan seçim 

qarşısında qalır: narkotikdən  əl çəksin, yoxsa davam etdirsin. Onun sonrakı davranışı bu mübarizənin 

nəticəsindən asılıdır. Bəziləri öz ehttiyacı ilə mübarizə aparmağa, özünü saxlamağa cəhd göstərir, təəssüf ki, 

belələrinə nadir halda rast gəlimək olar. Digərləri heç nə düşünmədən həvəslə özünü narkotikə tabe edir. 

Üçüncülər isə öz taleyi ilə razılaşır, öz yaşayışını ona uyğunlaşdırmağa cəhd göstərir, o, bu yeni və üstünlük 

təşkil edən faktora uyğun gündəlik qaydaları və müxtəlif fəaliyyətləri seçir.  

Narkomaniyanın üçüncü, yəni fiziki asılılıq və orqanizmin zəifləməsi mərhələsində – zəiflik, zehni və fiziki 

işə bacarıqsızlığı  və  həddən artıq arıqlama baş verir. Orqanizmin ağır zəhərlənməsi  əlamətləri – dərinin 

quruluğu və saralması, saçlar və dırnaqların kövrəkliyi, parıltısızlığı açıq-aşkar görünür, adam öz yaşından daha 

çox yaşlı görünür və həqiqətən ölüm onu sürətli addımlarla yaxalayır.  

Narkomaniyanın sosial təhlükəsi və ziyanı konkret olaraq aşağıdakılardan ibarətdir:  

 

Narkomanlar obyektiv olaraq pis işçilərdir, çünki onların fiziki vəziyyəti qeyri-kafi olub, dövri olaraq 



başlanan abstinensiya (narkotik olmadıqda əziyyət çəkmək) ümumiyyətlə, onu sıradan çıxarır.  

 

Narkomanlar subyektiv olaraq pis işçilərdir. çünki onların bütün fikri narkotiklə bağlıdır və  əsas 



məqsədi onu əldə etmək üsulu barədədir. 

 

Narkomanlar cəmiyyətə böyük maddi ziyan vurur, nəqliyyatda, ictimai istehsalatda qəza törədərək 



bədbəxt hadisələrin mənbəyi hesab edilir. Xarici məlumatlara  əsasən hər il narkomaniyanın törətdiyi maddi 

ziyan on milyard dollara çatır.  




 

398


 

Narkomanlar cəmiyyətə mənəvi ziyan vurur, belə ki, narkotik əldə etmək üçün lazımi vasitələrə əl ata-

raq ciyanət törədir, onun xatirinə  iəstənilən saxta sənəd düzəltməyə (oğurluq, soyğunçuluq, pozğunluq, saxta 

sənəd düzəltmək, israfçılıq və s.) hazırdır.  

 

Narkomanlar öz ailəsinə dözülməz şərait yaradır, yaxınlarına öz davranışı ilə normal həyat keçirməyə 



imkan vermir, ailəsini yaşamaq üçün lazım olan vasitələrdən məhrum edir. 

 

Narkomanlar nəsil cəhətdən ağır ciyanət törədir, belə ki, valideynlərin narkotik qəbul etmələri ilə 



əlaqədar maddələr mübadiləsinin pozulması  uşaqlara da keçir. Bundan başqa hamiləlik dövründə narkotikin 

qəbulu bilavasitə uşağı zəhərləyir.  

 

Narkomanlar fiziki və  mənəvi deqradasiyaya uğrayır və vaxtsız həyatını  dəyişir. Narkomanlar öz 



cərgələrinə digərlərini, ilk növbədə gəncləri cəlb etməyə də macal tapır. Bundan başqa, narkotik məqsədilə məişət 

kimyasının bəzi vasitələrindən istifadə etdikdə, psixikası xüsusən tez dağılır və müəyyən dövr ərzində (ölənə 

qədər) narkoman və toksikoman demək olar ki, heyvan sifətində yaşayır, cəmyyət üçün yük sayılır.  

 

Narkoman üçün yaxşılış, haqq-ədalət, insaf anlayışı öz əhəmiyyətini itirib. Narkotik maddənin növbəti 



qəbuluna cəhd göstərərkən o, istənilən yalan danışmağa və davranış etməyə qabildir. 

XX  əsrin  əvvəlindən başlayaraq beynəlxalq birliklər narkomaniyaya qarşı birgə mübarizə  tədbirləri 

hazırlamağa çalışır. 1907-ci ildə alkoqolizmə  və narkomaniyaya qarşı mübarizə  məqsədilə Beynəlxalq  Şura 

yaradıldı. 1917-ci ildə  qəbul olunmuş Qaaqa konvensiyasında məqsəd bütün dünyada kokain və opiya 

preparatlarından istifadəyə nəzarət çox mühüm mərhələ sayılır.  

BMT-nin nəzdində narkotiklərə Beynəlxalq nəzarət şürası yaradıldı, bu məsələlərlə BMT-nin katibliyinin 

narkotik vasitələr şöbəsi, həmçinin ÜST və İnterpol məşğul olur.  

Narkomaniya və toksimaniyanın qarşısını almaq üçün valideynlər üç funksiyanı yerinə yetirməlidir: birinci 

– oğluna və ya qızına əməlində, rəftarında müstəqillik aşılasın; ikinci – uşaqlarda narkotik maddələrin zərəri, 

onlardan istifadənin təhlükəsini inandırmaq; üçüncü – cari antinarkotik nəzarəti həyata keçirmək.       

Ədəbiyyat materiallarında narkomanın beş əsas «əlaməti» təsvir olunmuşdur: 

1. Uşaq gözlənilmədən olduqca aktiv və ya həddindən artıq passiv olur – adi vaxtdakına nisbətən çox yatır, 

çətinliklə oyanır. Onda ya qurd (canavar) iştahası yaranır, yaxud heç yemək istəmir. Onda tez-tez ürək 

bulanması əmələ gəlir, otaqda gəzişir, ayaqüstə çox dayana bilmir, hər yerdə oturmağa cəhd göstərir. 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   656   657   658   659   660   661   662   663   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin