Şəkil 24.1.
Alkoqolda «qalib» çıxmaq hiss olunmadan keçdi, lakin bu «qaliblik» rus millətinə baha başa gəldi.
Məsələn, son onilliklərdə alkoqola qarşı kompaniyaya qədər insan ömrünün uzunluğu kişilər üçün 62 yaş (1984-
cü il – 61,7 yaş) idi. Alkoqol kompaniyası dövründə alkoqoldan az istifadə edilməsi ilə əlaqədar ölkədə əhalini
(xüsusən kişiləri) sağlamlaşdıraraq ömrün artmasına səbəb oldu. Belə ki, 1987-ci ildə ömrün uzunluğu 64,9 yaş,
yəni 3,2 il yüksəldi. Lakin bu müvəffəqiyyət uzun sürmədi. Rusiyada 1987-ci ildə spirtli içkilərin yenidən
çoxalması ilə əlaqədar 1988-ci ildə əhalinin ölüm faizi yüksəldi.
1992-ci ildə alkoqolun qəbulu xeyli çoxaldığı üçün ömrün uzunluğu kəskin aşağı düşdü. Bir il ərzində
kişilərin ömrü 1,5 il, qadınlarınkı isə 0,5 il azaldı. 1992-ci ildə Rusiyada kişilərin ömrünün uzunluğu 62 yaş,
qadınlarınkı isə 74 yaş təşkil etdi, bu isə Avropa birliyi ölkələri ilə müqayisədə uyğun olaraq 11 və 6 yaş
aşağıdır. Bu göstəricilər 1993-cü ildə kişilər üçün 59, qadınlar üçün isə 72 yaş oldu.
Əlbəttə, rusların ölüm dərəcəsinin xoşagəlməz vəziyyəti sosial-iqtisadi krizis və cinayətin çoxalması ilə də
bağlıdır. Lakin 24.1 şəkildə verilən rəqəmlər göstərir ki, ömrün uzanmasına ən çox alkoqoldan istifadənin
qarşısıalınmaz yüksəlməsi zərbə vurur.
|