VİTRİFİKASİYA (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (-
20
°C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə
halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi.
VOLF ƏDƏDİ – Günəşin fəallığını xarakterizə edən ədədlərdən bi-
ri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə təqr.
mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K –
müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı
əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə həmin ləkələri
birləşdirən qrupların sayıdır. İsveçrə astronomu R.VOLF elmə daxil
etmişdir.
VULKAN BOMBASI – vulkan püskürməsi vaxtı atılmış lava
parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir.
VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən
sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və
piroklastik süxurlardan ayrılan qazlar.
VULKAN TUFU – vulkan külü, vulkan qumu, lapilli və s. bərk
483
püskürmə məhsulları yığımının sementləşməsindən əmələ gələn süxur.
Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan
inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və
s. rayonlarınlarda) yataqları məlumdur.
Dostları ilə paylaş: |