BİOSENOTİK (SENOTİK) AMİL – mənbəyi yalnız ayrıca orqa-
nizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə
fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir.
BİOSENOTİK REAKSİYA – ekosistemin suksessiyasının sonun-
cudan əvvəlki mərhələsi.
BİOSENOTOP – 1) ekosistemin abiotik tərkibi: biosenozların bio-
topu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin si-
nonimidir.
BİOSENOZ – Quru və su hövzəsinin müəyyən, nisbətən eyni
(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən
əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu.
Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu
ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən
üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3.
redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər.
Yerüstü biosenozların biokütləsini əsasən ali bitkilər (produsentlər)
təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-
0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir
qədər çox olur.
Dostları ilə paylaş: |