BİOLOJİ TƏRƏQQİ – üzvi aləmin təkamülündə iki əsas
istiqamətdən birincisi. B.t. keçirən hər hansı bir növün və ya sistematika
qrupunun (cins, fəsilə, dəstə və s.) fərdləri getdikcə çoxalır, onların
yayılma sahəsi genişlənir; növ daxilində müxtəliflik artır.
BİOLOJİ TOPLANTI (YIĞINTI) ƏMSALI – orqanizmdə topla-
nan maddələrin (radionuklid, pestisid, dərman, mikroelementlər və s.)
miqdarının ətraf mühitdəki miqdarına nisbəti.
BİOLOKASİYA – heyvanların ətraf mühitdə öz mövqeyi, və öz
vəziyyətinə nəzərən hər hansı bir obyektin mövqeyini (istiqamətini,
məsafəsini və s.) müəyyənləşdirməsi.
Dostları ilə paylaş: |