BİOSENOZDA BİTKİNİN SIXLIĞI – Bitkinin boşluğu örtmə
dərəcəsi. Yarus və biohorizontlarda çətirlərin və kök sisteminin həm
üfiqi sıxlığı, həm də şaquli sıxlığı təyin olunur. Faizlə ifadə olunur.
Meşəlikdə bu termin çətirlərin birləşmə dərəcəsi adlanır.
BİOSENOZLARIN AKUSTİKASI – havanın hərəkəti vaxtı
(küləkli havada) yarpaq və budaqların əsməsi və ya tez-tez bir-birinə
toxunması nəticəsində əmələ gələn səslərin dəyişməsi. Dominantlıq
edən növün morfologiyası ilə sıx əlaqədardır. Məs. küləyin sürəti 3 m/s
olduqda palıd ağacının orta səs tezliyi 250-400, titrəkyarpaq qovağınki
630-1200 qs təşkil edir. Tozağacı meşəliyində küləyin sürəti 2 m/s ol-
duqda maksimum səsin spektri 166-250 qs, küləyin sürəti 4 m/s
qalxdıqda bu rəqəm 1000-2500 qs təşkil edir. Bura həmçinin müxtəlif
heyvanların səsi, o cümlədən quşların oxuması daxil olur. B.a. maqnito-
fon və akustik analizatorların köməyi ilə tədqiq edilir.
Dostları ilə paylaş: |