QəRİb məMMƏdov mahmud xəLİlov


BİTKİNİN MÜHAFİZƏ METODLARI



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə156/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   152   153   154   155   156   157   158   159   ...   1096
BİTKİNİN MÜHAFİZƏ METODLARI – xəstəliklərə  və 

zərərvericilərə qarşı mübarizədə bioloji, aqrotexniki, kimyəvi və mex-

aniki üsullardan istifadə olunur. Bioloji üsulla bitki mühafizəsi zamanı 

faydalı quş, cücü, göbələk, bakteriya və s. canlıların köməyi ilə 

zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Aqrotexniki tədbirlər 

sisteminə düzgün növbəli əkin dövriyyəsi, alaq otlarının məhv edilməsi, 

mineral və üzvi gübrələrin tətbiqi, bitki qalıqlarının məhv edilməsi, 

zərərvericilər və  xəstəliklərə qarşı davamlı sortlardan, sağlam  əkin 

materialından istifadə zamanı müxtəlif pestisidlər vasitəsilə 

zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Mexaniki üsulla bitki 

mühafizəsi zamanı  zərərvericilər tutucu tor, tutucu kəmər və müxtəlif 

mexaniki vasitələrlə məhv edilir. 



BİTKİÇİLİK  – 1) Kənd təsərrüfatının  əsas sahələrindən biri; 

insanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini 

(yeyinti, qarışıq yem, toxuculuq, əczaçılıq, ətriyyat və s.) bitki mənşəli 

xammalla təmin etmək üçün mədəni bitkiləri hərtərəfli öyrənməklə məş-

ğul olur. B.-in tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura 

aiddir), tərəvəzçilik, meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gül-

çülük və s. kimi sahələri də var. 

2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni 

bitkilər və onların becərilmə üsulları haqqında elm. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin