QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə265/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   261   262   263   264   265   266   267   268   ...   1096
EKOLOJİ İRQ, EKOTİP – eyni coğrafi vilayətdə (lakin müxtəlif 

ekoloji  şəraitlərdə) məskunlaşan müxtəlif genefonda mənsub olan eyni 

növün populyasiyaları. 

EKOLOJİ KAĞIZ  – Makulaturadan 100% istifadə etməklə kağız 

istehsalı. 



EKOLOJİ  KİMYA    təbii  şəraitdə kimyəvi maddələrin davranışı 

(hərəkət tərzi) haqqında elm. Bura hidrosferin kimyası, litosferin 

kimyası, atmosferin kimyası və biosferin kimyası daxildir.  

EKOLOJİ KLİMAKS  – bitki örtüyü, torpaq və ekosistemin 

inkişafının yüksək pilləsi, onların yerli iqlimlə tam vəhdətdə olub 

inkişafının final sabit mərhələsi. Hər coğrafi zona və  əyalətin xas olan 

öz bitki örtüyü, torpaq və ekosistemi klimaksları mövcuddur. Kli-

makslar bir çox min illər ərzində inkişaf etmişlər. Onlar hazırda yalnız 

bitki örtüyünün deyil, həm də torpaq və ekosistemin ən davamlı (sabit) 

forması olub yavaş-yavaş dəyişir. Klimaks ekosistemlər zonal şəraitdə, 

geniş düzənliklərdə  və suayrıclarında yerləşir. Pozulmuş sistemlər dis-

klimaksa aid edilir. Biosenozların klimaks formasiyaları, onların 

ekosistemləri suksessiyaları  şəklində tam qanunauyğun dəyişilmələrə 

məruz qalır. Klimaks ekosistemə misal olaraq orta dağ meşə qurşağında 

fıstıq meşələrini göstərmək olar. 



EKOLOJİ KOD – orqanizmlərin münasibətini nizamlayan stabil və 


 

125 


 

dinamik fərdlərarası  əlaqələrin məcmusu. Termin P.P.Leviçə (1977) 

aiddir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin