NÖV HƏYATININ UZUNLUĞU – əlverişli mühit şəraitində
müəyyən növün fərdlərinin orta maksimum yaşı; fərdin genetik
xüsusiyyətlərilə limitlənir.
NÖV ZƏNGİNLİYİ (NÖVMÜXTƏLİFLİYİ) – biosenozda
növlərin sayının fərdlərin ümumi sayına nisbəti:
1000 fərdə görə; S-növün sayı; N-fərdlərin ümumi sayı.
;
log
1
1
N
S
d
−
=
;
2
VN
S
d
=
S
d
=
3
NÖVARASI MÜBARİZƏ – bax: yaşamaq uğrunda mübarizə.
NÖVARASI RƏQABƏT – müxtəlif növlərin fərdləri arasındakı
rəqabət.
NÖVBƏLİ ƏKİN – tarlalarda müəyyən vaxt ərzində torpağın
münbitliyini bərpa etmək və məhsuldarlığını yüksəltmək üçün kənd
təsərrüfatı bitkilərinin elmi əsaslandırılmış növbələnməsi; əkinçilik sis-
teminin ən mühüm hissəsidir. Bitkilərin bioloji xüsusiyyətlərinin və
onların torpağın xassələrinə təsirinin öyrənilməsi sübut edir ki, intensiv
əkinçilik şəraitində də kənd təsərrüfatı bitkilərinin növbələnməsi
labüddür. N.ə.-lərin iqtisadi məqsədəuyğunluğu torpaqdan səmərəli
istifadədən, sabit və yüksək məhsul əldə edilməsindən, kənd
təsərrüfatında mövsümiliyin ləğv edilməsindən və s.-dən ibarətdir.
Dostları ilə paylaş: |