ODUNCAĞI (AĞACI) QORUMA VASİTƏLƏRİ insektisid və
funqisid maddələri oduncağı zərərvericilərdən qorumaq üçündür. Tipik
nümayəndələri PFX və lindan sayılır.
OKEAN, DÜNYA OKEANI – Yerin materikləri, adaları əhatə edən
və ümumi duz tərkibinə malik olan bütöv su örtüyü. Hidrosferin 94%-
ini təşkil edir və Yer səthinin 70,8%-ini tutur. Dünya okeanı Sakit
okean, Atlantik okeanı, Hind okeanı və Şimal Buzlu okeanından
ibarətdir. Dünya okeanında indiyə qədər Yerdə məlum olan canlı orqa-
nizm növlərinin 20%-ə qədəri yaşayır. Dünya okeananda ümumi
biokütlə 30 mlrd ton (quru üzvi maddə) təşkil edir.
OKEAN İQLİMİ – dənizin atmosferə təsiri çox olan şəraitdə əmələ
gələn iqlim; bax. Dəniz iqlimi.
Dostları ilə paylaş: |