332
si əsasında işləyən elektrik enerji mənbəyi (bloku).
NÜVƏ QƏZALARI – atom elektrik stansiyalarında baş verən
qəzalar. N.q. zamanı ətraf mühitin radioaktiv çirklənməsi güclənir. Bitki
örtüyünün radioaktiv çirklənməsi nəticəsində heyvanat aləmi kütləvi
surətdə məhv olur. Ekosistemdən bir sıra bitki və heyvan növləri sıradan
çıxır və bunun nəticəsində biosenozun davamlığı azalır. Ətraf mühitin
seziy-137 ilə çirklənməsi və yüksək şüalanma bir sıra nəsli xəstəliklərin
çoxalmasına, bunun nəticəsində eybəcərlik, kəmağıllıq və digər nəsli
çatışmazlıqlara gətirib çıxarır. Bununla yanaşı xərçəng xəstəliklərinin
artması və immunitet sisteminin pozulması halları baş verir.
NÜVƏ QIŞI – nüvə münaqişəsi baş verdikdə atmosferdə tozun
kəsgin çoxalması nəticəsində radiasiya balansının dəyişməsilə əlaqədar
qlobal miqyasda katastrofik soyuqlaşma.
NÜVƏ SİLAHI – atom silahı, qlobal biosfer silahı – nüvə
silahlarının məcmusu və onların məqsədə yetirilməsi. Nüvədaxili
enerjidən baş verən partlayış təsirli, ən güclü kütləvi qırğın vasitələrinə
aid edilir. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə
partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin
(zərbədalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv
zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş
sursatlarının partlayışından fərqlənir: inzibati mərkəzləri, sənaye və
hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar
törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. N.s. insan-
lara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq. ABŞ,
B.Britaniya, Rusiya, Fransa, Çin və Yaponiyanın silahlı qüvvələri N.s.-
na malikdirlər.
Dostları ilə paylaş: