OKEAN VİLAYƏTİ – 1) okeanın materik dayazlığından kənarda
yerləşən dərin sulu vilayəti: 2) Abissaldan üstdə yerləşən su qatları.
OKEANIN ÜZVİ ALƏMİ – su qatında yaşayan bütün
orqanizmlərin (mikroorqanizmlər, bitkilər, heyvanlar) cəmi. Onlar hi-
drobiontlar adlanır. Hazırda dünya okeanında 160000-dən artıq heyvan,
10000-ə qədər bitki növü məlumdur.
OKEONOLOGİYA, OKEANOQRAFİYA – Dünya okeanında fi-
ziki, kimyəvi, bioloji, geoloji prosesləri öyrənən elmi fənlərin məcmusu.
OKSİDLƏR – kimyəvi elementlərin oksigenlə birləşməsi: Kimyəvi
xassələrinə görə duz əmələ gətirənlərə (məs., K
2
O, MgO, CaO, N
2
O
5
,
Al
2
O
3
, SO
3
) və duzəmələ gətirməyənlərə (məs., NO, N
2
O, CO) ayrılır.
Dostları ilə paylaş: |