330
NÖVDƏYİŞKƏNLİYİ İNDEKSİ – növlərin sayı ilə hər hansı bir
əhəmiyyətli göstəricilər (say, biokütlə, məhsuldarlıq) arasındakı əlaqə
nisbəti. Şennon, Qlison, Simpsonun indekslərindən istifadə olunur.
NÖVƏMƏLƏGƏLMƏ – bir növün bir neçə növə parçalanması,
yaxud növlərin sayının artması.
NÖVLƏRARASI ƏLAQƏ – növlər arasındakı əlaqə,
yəni bioseno-
zun həyatı.
NÖVLƏRİN ANTROPOGEN YAYILMASI – növlərin bu və ya
digər nəqliyyat yolu ilə yayılması: a) müxtəlif dəniz hövzələrini
birləşdirən kanallar vasitəsi ilə, məs. Volqa-Don kanalı ilə Qara
dənizdən Xəzər dənizinə bəzi yosun və meduza növünün gəlməsi. b)
Qitələr arası və qitələr daxili nəqliyyatla (məs. Şimali Amerikadan
Avrasiyaya bəzi alaq otlarının, zərərli heyvanların gətirilməsi): v) intro-
duksiya zamanı heyvan və bitkilərin təsadüfən gətirilməsi biosenozda
fərdlərin və populyasiyaların yerləşmə xarakteri. Bu, ən çox növün
biologiyasından, qismən onun çoxalma və yayılma üsulundan və biose-
noloji mühit şəraitindən – töküntü qatının paylanmasından, çürümə
dərəcəsindən və s.-dən asılıdır. Qarışmış və ya bərabər paylanmış qrup
(topa) halında və “ləkələrlə” yayılma ayırmaq olar. Müxtəlif növlərin
qrupu (topası) və “ləkəsi” ayrılmış və ayrılmamış ola bilər. Bir sıra
onurğalı və onurğasız heyvanlar yalnız qrup halında normal yaşayıb
yüksək məhsuldarlığa malik ola bilər. Qarışıq halda yayılan biosenozlar
qarışıq, ləkələr halında yayılanlar isə mozaik biosenozlar adlanır.
Qeyd etmək lazımdır ki, biosenozda və ya ekosistemdə orqanizmlər
yalnız bir müstəvi üzərində deyil, müxtəlif biohorizontlarda da yayıla
bilər (yosunlar, şibyələr, buğumayaqlılar, quşlar və digər onurğalılar).
Belə yayılma həmçinin su ekosistemlərinə aiddir.
Biosenozda fərdlərin və populyasiyaların yerləşməsi həm gözəyarı,
həm də dəqiq metodlarla tədqiq edilir.
Dostları ilə paylaş: