QəRİb məMMƏdov mahmud xəLİlov


OV SAHƏSİNİN HƏCMİ (TUTUMU)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə735/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   731   732   733   734   735   736   737   738   ...   1096
OV SAHƏSİNİN HƏCMİ (TUTUMU) – ovçuluqda istifadə 

olunan biosenozda bu və ya digər heyvan növlərinin optimal və davamlı 

sayı (miqdarı). 

OVALIQ  – dəniz (okean) səviyyəsindən 200 m-ə  qədər yüksəkdə 



 

342 


 

yerləşən quru sahəsi. Səthi adətən düzən, qismən təpəlik olur. Əsasən 

tektonik enmələr və çökəkliklərin dəniz, yaxud kontinental çöküntülərlə 

dolması nəticsində yaranır. Dəniz səviyyəsindən aşağıda yerləşən O.-lar 

(məs. Xəzəryanı) da var. Azərbaycan Respublikası  ərazisinin təqribən 

2/5-si O.-dır (Kür-Araz, Samur-Dəvəçi, Lənkəran). 



OVÇULUQ RESURSLARI – heyvanat aləmi resurslarının ovçuluq 

təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya 

ovu). 

OVÇULUQ TƏSƏRRÜFATI  – heyvanların optimal sayını 

populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov 

məhsulları almaq məqsədi ilə  vəhşi heyvanların və quşların  əldə 

olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların 

coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və 

üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların 

yemlənməsi dövründə faydalı heyvanların ovlanması  və s. qadağan 

edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan 

qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   731   732   733   734   735   736   737   738   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin