QəRİb məMMƏdov mahmud xəLİlov



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə746/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   742   743   744   745   746   747   748   749   ...   1096
PALEONTOLOGİYA  – Qazıntı qalıqları  şəklində mühafizə 

olunmuş keçmiş geoloji dövrlərin orqanizmləri, onların həyat fəa-

liyyətinin izləri və oriktosenozlar haqqında elm. Müasir P-ya geoloji 

keçmişdə  həyat hadisələrini orqanizm, populyasiya və ekosistem (bi-

ogeosenoz) səviyyələrində öyrənən bir elm kimi baxmaq olar. 

PALEONTOLOJİ NÖVLƏR – keçmiş geoloji epoxalarda yaşamış 

və sıradan çıxmış (biosferin təkamülü nəticəsində) növlər. 



PALEOSİNEKOLOGİYA  – paleoekologiyanın bölməsi: keçmiş 

biosenoz və biotopların orqanizm qalıqlarının analizi əsasında öyrənir. 



PALEOTORPAQLAR  – basdırılmış torpaqlar; keçmiş epoxalarda 

(holosenə qədər) müasir dövrdən fərqli şəraitdə formalaşan, lakin səthdə 

yerləşən torpaqlar. 

PALEOZOOLOGİYA  – paleontologiyanın bölməsi: geoloji 

keçmişin heyvanat aləmini və onun inkişaf tarixini heyvan qalıqları və 

ya onların fəaliyyət izlərini öyrənmək yolu ilə tədqiq edir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   742   743   744   745   746   747   748   749   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin