PEDOSFER (yun pedon - torpaq) – 1) torpaq, onun altında yerləşən
torpaqəmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin yaşayış
mühiti hesab olunan qat): Yerin torpaqəmələgəlmə prosesi gedən qatı:
2) Litosfer, hidrosfer və Yerin canlı qabığının bir-birilə əlaqəli olan
zonası: 3) Yerin torpaq örtüyü.
PEKTİN MADDƏLƏRİ, PEKTİNLƏR
–
İrimolekullu
polisaxaridlər; quruda yayılmış bitkilərdə və bir sıra yosunlarda həll
olmuş formada olur. Kimyəvi tərkibinə görə P.m. qalakturon turşusunun
polimerləridir. P.m-nə neytral monosaxaridlər də (qalaktoza, ramnoza,
arabinoza, ksiloza) daxildir. Meyvə yetişdikdə pektolitik fermetlərin
təsiri ilə P.m.-nin miqdarının və keyfiyyətinin dəyişməsi nəticəsində
yumşalır.
Dostları ilə paylaş: |