PAYIZLIQ BİTKİLƏR – birillik kənd təsərrüfatı bitkiləri: payızda
səpilir və sonrakı il məhsul verir. P.b. qrupuna payızlıq buğda, çovdar,
arpa, payızlıq paxla, payızlıq çölnoxudu və s. daxildir. Dünya
əkinçiliyində (Avropa və ABŞ-da) əsas taxıl bitkisi olan payızlıq buğda
daha çox yayılmışdır. Azərbaycanda payızlıq buğda və arpa becərilir.
PEDOBİONTLAR – torpaqda yaşayan orqanizmlər.
PEDOFAUNA: – bax torpağın faunası.
PEDOİQLİM – mikroiqlimin komponenti: əsasən yerin torpaq
örtüyünün xüsusiyətləri və onun atmosferlə termik mübadiləsindən
asılıdır.
Dostları ilə paylaş: |