PESTİSİDLƏRLƏ ŞƏRTİ YÜKLƏNMƏ DOZASI – hər hansı bir
rayonda 1 ha şum sahəsinə və ya çoxillik əkinlərə, yaxud rayonun
ümumi torpaq sahəsinin 1 ha-na hər il verilən pestisidlərin ümumi
kütləsi.
PETROBİONTLAR (yun. petros - daş) – qaya çatlarında və
töküntülərdə yaşayan orqanizmlər.
PETROFİLLƏR –qayalıq və daşlı substratı üstün tutan
orqanizmlər. Məs., bəzi kəpənəklər, torpaq malyuskları.
PETROFİTLƏR – Qayalıq və daşlı töküntülərin bitkiləri. Bax:
litofitlər.
PETROQRAFİYA – süxurlar haqqında elm. Onların mineroloji və
kimyəvi tərkibini, quruluşunu, teksturunu, yatım şəraitini, yayılma
qanunauyğunluqlarını, Yer qabığında və səthində əmələ gəlməsi və
dəyişilməsini öyrənir.
Dostları ilə paylaş: |