QəRİb məMMƏdov mahmud xəLİlov


İNDİQASİYA (lat. indicatio – təyin etmə, göstərmə)



Yüklə 8,51 Mb.
Pdf görüntüsü
səhifə464/1096
tarix25.12.2016
ölçüsü8,51 Mb.
#3153
1   ...   460   461   462   463   464   465   466   467   ...   1096
İNDİQASİYA (lat. indicatio – təyin etmə, göstərmə) – ətraf mühit 

obyektlərində, insan və heyvan orqanizmində kimyəvi elementlərin 

keyfiyyətcə aşkar edilməsi və kəmiyyətcə təyini.  

İNDİQATOR QRUPLAŞMASI – strukturu, inkişaf sürəti, ayrı-ayrı 

populyasiyaların müvəffəqiyyəti ilə ətraf mühitin şərait vəziyyəti haqda 

fikir yeritməyə imkan verən canlı orqanizmin qruplaşması. 

İNDİQATORLAR  (lat. indicator – göstərici) – Bu və ya digər 

mühit xüsusiyyətini göstərən (təsdiq edən) bitki, heyvan, mikroorqa-

nizm və biosenozlar. İndiqator bitkilər müəyyən ekoloji şəraitlə sıx bağlı 

olub onların mövcudluğu  şəraitə keyfiyyətcə qiymət verən göstərici 

sayılır.  İndiqator bitkilər ayrı-ayrı növlərlə  və ya fitosenozlarla yayıla 

bilər. İ. fitosenoz halında olduqda indiqatorlar xüsusiyyətini daha dəqiq 

oynayır. İndiqasiya obyekti torpaq ola bilər, o, bu zaman bitki örtüyünə 

görə  təyin olunur. Bəzi ana (dağ) süxurları, ağır metallar və digər 

kimyəvi elementlər də indiqasiya obyekti ola bilər.  İndiqator bitkilər 

ətraf mühitin vəziyyətinə  və onun çirklənmə  dərəcəsinə  nəzarət etmək 

üçün mühüm rol oynayır.  İndiqator bitkilərdən faydalı qazıntılar 

axtardıqda da istifadə edilir. Geoloji və geobotaniki tədqiqatlarda 

aerofotoşəkillərin deşifrləşdirilməsində indiqator bitkilərin və onların 

qruplaşmalarının təyin edilməsi əsas metodlardan biri hesab olunur. 



İNFAUNA  – dəniz, çay, göl və nohurların dibindəki qruntda 

yaşayan heyvanlar. Molyusklar, dərisitikanlılar, həlqəvi və girdə qur-

dlar, həşərat sürfələri, bəzi balıqlar və s. İ-ya aiddir. 


Yüklə 8,51 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   1096




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin