Qərib Məmmədov


§ 32. Torpaq strukturunun aqronomik əhəmiyyəti



Yüklə 5.42 Mb.
Pdf просмотр
səhifə14/52
tarix09.02.2017
ölçüsü5.42 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
§ 32. Torpaq strukturunun aqronomik əhəmiyyəti 
 
Strukturun keyfiyyətcə qiymətləndirilməsi onun ölçüləri, məsaməliyi, mexaniki davamlılığı  və 
suyadavamlılığı ilə müəyyən edilir. Ölçüləri 0,25-10 mm arasında dəyişən, yüksək məsaməliyə (> 45%), 
mexaniki davamlığa və suyadavamlılığa malik makroaqreqatlar aqronomik baxımdan daha yüksək 
qiymətləndirilir. Tərkibində ölçüləri 0,25-10 mm arasında dəyişən aqreqatların miqdarı 55%-dən yüksək olan 
torpaqlar strukturlu hesab olunur. 
Strukturun mexaniki təsirə davamlığı (rabitəliyi) və  nəmlikdən dağılmamaq qabiliyyəti (suyadavamlılığı) 
torpağın dəfələrlə becərilməsi və  nəmlənməsi
 
şəraitində  əlverişli halda saxlanmasını müəyyən edir. Bu 

 
97
keyfiyyətlər olmayanda becərilmədən və ya yağış  və suvarmanın təsirindən struktur elementlər sürətlə 
parçalanır və torpaq struktursuz olur. Bu cür torpaq nəm halında əriyib axır, quruyanda isə qaysaq əmələ gətirir. 
Nəzərə almaq lazımdır ki, hər cür suyadavamlı struktur aqronomik baxımdan dəyərli hesab olunmur. 
Suyadavamlı aqreqatların yumşaq yığılmasının, məsaməli olmasının və suyu asanlıqla mənimsəməsinin də 
əhəmiyyəti böyükdür. Suyadavamlı aqreqatların bu cür strukturunda kök saçaqları  və mikroorqanizmlər 
asanlıqla daxil olaraq bioloji və mikrobioloji fəaliyyəti təmin edirlər. Suyadamlı aqreqatların sıx yığılması 
məsaməliyin aşağı düşməsinə (30-40%) gətirib çıxarır, kökcüklərin və mikroorqanizmlərin  məsamələrə daxil 
olması imkanlarını aşağı salır. Bu cür strukturda məsamələrə suyun daxil olması da məhdudlaşmışdır. Bu cür 
struktur aqronomik baxımdan qiymətli hesab olunmur. 
Aqronomik baxımdan strukturun dəyəri ondan ibarətdir ki, o, torpağın aşağıdakı xassə  və rejimlərinə 
müsbət təsir göstərir: fiziki xassələrinə - məsaməliyə, sıxlığa; su, hava, isitlik, oksidləşmə-reduksiya, 
mikrobioloji və qida rejimlərinə; fiziki-mexaniki xassələrə - rabitəliyə, becərilmə zamanı torpağın xüsusi 
müqavimətinə, qaysaq əmələgəlməyə; torpağın eroziyaya qarşı davamlığına. 
Bu müddəaları bir qədər ətraflı nəzərdən keçirək. 
Torpaqda aqronomik baxımdan dəyərli strukturun olması kapilyar və qeyri-kapilyar məsamələrin  əlverişli 
birləşməsini yaradır. Aqreqatlar arasında qeyri-kapilyar məsamələr, aqreqatlar daxilində kapilyarlar üstünlük təşkil 
edir. Qeyri-kapilyar məsamələr (aerasiya məsamələri) kəsəklər daxilində də vardır. 
Struktursuz torpaqlarda mexaniki elementlər sıx yerləşdiyindən əsasən kapilyar məsamələr əmələ gətirirlər. 
Strukturlu və struktursuz torpaqların quruluşunda və məsaməliyindəki bu xüsusiyyətlər torpağın su-hava və qida 
rejimlərinə böyük təsir göstərirlər. 
Struktur torpaqlar qeyri-kapilyar məsamələr sayəsində suyu özünə yaxşı hopdururlar. Bu su hərəkət etdikcə 
kəsəklər tərəfindən sorulur və  kəsəklərarası boşluqlar hava ilə dolur. Hava kəsək daxilindəki aerasiya 
məsamələrində də olur. Bu cür torpaqda səth axınları səbəbindən su itkiləri az olur, o demək olar ki, tamamilə 
torpaq tərəfindən udulur. Qeyri-kapilyar məsamələrin olması isə torpaq səthindən buxarlanmanın qarşısını alır. 
Bununla da, struktur torpaqlarda bitkinin su
 
və hava ilə təminatında eyni vaxtda əlverişli şərait yaranır. Bu cür 
torpaqlarda  ən az su tutumu şəraitində belə yaxşı hava mübadiləsi saxlanıldığından oksidləşmə prosesləri 
hakimdir.
 
Kifayət qədər aerasiya şəraitində suyun əlçatan formalarının kifayət qədər olması struktursuz 
torpaqlarla müqayisədə daha əlverişli qida rejimi şəraiti yaradır. Strukturlu torpaqlarda mikrobioloji proseslər 
daha fəal  şəkildə  təzahür edir, denitrifikasiya prosesləri və biryarım oksidlərin fəal qeyri-silikat formalarının 
yaranması və toplanması mövcud deyildir ki, bu da fosfatların çətin həllolan formalara keçməsinin qarşısını alır. 
Struktursuz torpaqlarda su tədricən udulur, onun bir hissəsi səth axınları vasitəsilə itkiyə  sərf olunur. 
Torpaq profilinin başdan-başa kapilyarlarla örtülməsi nəmliyin buxarlanma səbəbindən böyük itkisinə  gətirib 
çıxarır. Bu cür torpaqlarda
 
tez-tez  nəmlənmənin iki kəskin həddi – izafi nəmlik və  nəmlik qıtlığı müşahidə 
edilir.
 
İzafi nəmlik zamanı boşluqlar su ilə dolduğundan hava kənarlaşdırılmış olur. Bu cür şəraitdə 
denitrifikasiya nəticəsində azotun itirilməsi ilə müşahidə edilən anaerob proseslər inkişaf edir. Anaerob şərait 
bitkilər üçün zərərli hesab olunan dəmir və manqanın iki valentli formalarının yaranmasına, biryarım oksidlərin 
mütəhərrik qeyri-silikat formalarının toplanmasına və fosforun çətin həllolan formada torpaqda bərkiməsinə 
gətirib çıxarır ki, bu cür şərait də qeyri-əlverişli qida rejimi yaradır. Nəmliyin çatışmadığı şəraitdə struktursuz 
torpaqda kifayət qədər hava olsa da, bitki su qıtlığından əziyyət çəkir. 
Aqronomik baxımdan dəyərli struktur torpağa yumşaq quruluş verməklə toxumun yetişməsini və bitkinin 
kök sisteminin yayılmasını asanlaşdırır. Bu cür struktur həmçinin, torpağın becərilməsinə  sərf olunan enerji 
sərfini də aşağı salır. 
Struktursuz torpaqların çox sıx quruluşu və yüksək rabitəliyi torpağın becərilmə zamanı xüsusi 
müqavimətini artırır və bitkilərin kök sisteminin inkişafına mane olur. Yuxarıda qeyd edildiyi kimi, strukturlu 
torpaq suyu yaxşı udur və səth axınlarını, o cümlədən torpağın eroziyasını  kəskin şəkildə aşağı salır. Ölçüləri 1-
2 mm arasında dəyişən struktur elementlər küləyin təsirinə qarşı daha davamlı olur. 
Torpağın aqronomik xassələrinə  məsaməli və suyadavamlı olması  şərtilə torpağın mikrostrukturu da 
əlverişli təsir göstərir. Aqronomik baxımdan ölçüləri 0,25-0,05 və 0,05-0,01 mm arasında dəyişən 
mikroaqreqatlar daha əlverişli hesab olunur.  Orta toz ölçülərində (0,01-0,005 mm) olan mikroaqreqatlar 
torpağın su və hava keçiriciliyini pisləşdirir və torpağın subuxarlandırma qabiliyyətini yüksəldir. 
Struktur elementlərin optimal ölçüləri torpağın zonal xüsusiyyətləri və əkinçilik şəraiti ilə əlaqədardır. Belə 
ki, rütubətli zonalarda iri makroaqreqatlar torpağın yaxşı su və hava keçiriciliyini təmin edir. Quru zonalarda 
buxarlanmanın zəiflədilməsi daha çox  əhəmiyyətlidir. Ona görə də burada kiçik ölçülü aqreqatlar çox əlverişli 
hesab olunur. Lakin nəzərə almaq lazımdır ki, ölçüləri 1-2 mm arasında dəyişən aqreqatların torpaq səthində 
miqdarı 50%-dən az olanda onun külək eroziyasına qarşı dayanıqlığı aşağı düşür. 
                        
 
§ 33. Strukturun yaranması 
 
Torpağın makrostrukturunun formalaşmasında iki əsas prosesi fərqləndirmək tələb olunur: 1) torpağın 

 
98
aqreqatlara mexaniki bölünməsi və 2) davamlı, suda yuyulmayan hissələrin yaranması. 
Göstərilən proseslər strukturəmələgəlmənin fiziki-mexaniki, fiziki-kimyəvi, kimyəvi və bioloji amillərinin 
təsiri altında baş verir. 
Fiziki-mexaniki (və fiziki ) amillər torpaq kütləsinin  əsasən dəyişkən təzyiq  və ya mexaniki təsir altında 
ovulub tökülməsi prosesini şərtləndirir. Bu amillərə torpağın quruluq və nəmliyin dəyişməsi, torpağın donması 
və dondan açılması, bitki köklərinin təzyiqi, yereşən heyvanların və şum alətlərinin təsiri altında  həcmin ( və 
təzyiqin) dəyişməsi nəticəsində strukturlara parçalanması daxildir. 
Torpaqda suyun donması öncə iri məsamələrdə, təqribən 0
0
C temperaturda başlayır. Nazik kapilyarlardakı 
su bir qədər aşağı temperaturlarda donur. Donma zamanı su genişlənərək struktur elementlərin divarlarına təzyiq 
göstərir; bu zaman donmamış suyun olduğu sahə  sıxlaşmaya məruz qalır ki, suyun bir hissəsi bir qədər iri 
kapilyarlara sıxışdırılır. Donmuş suyun əriməsi və suyun buxarlanması zamanı qeyri-bərabər sıxlaşma 
nəticəsində torpaq ən az müqavimət xətti boyunca ovulmaya məruz qalacaqdır. 
Donma torpağın yumşalmasına, aqreqatların yaranmasına yardım etsə  də, onların suyadavamlılığını 
yaratmır. Donmanın torpağa yumşaldıcı  təsiri onun optimal nəmlik (tam sututumundan 90 % çox olmamaq 
şərtilə) şəraitində özünü göstərir. Quru torpağın donması onun ovulmasına müsbət təsir göstərmir. 
Torpaq strukturunun yaranmasına torpağın kənd təsərrüfatı alətləri ilə becərilməsi daha böyük təsir göstərir: 
bu zaman struktur vahidlərin yaranması ilə yanaşı onların parçalanması da baş verir. Üzvi maddələrin kəmiyyət 
və keyfiyyətindən, torpağın qranulometrik tərkibindən, tətbiq edilən alətlərin xarakterindən, becərilən zaman 
torpağın nəmliyindən və başqa şəraitlərdən asılı olaraq struktur yaradan və ya struktur dağıdan proseslər biri o 
birini üstələyə bilər. 
Torpağın fiziki yetişkənlik halında becərilməsi strukturəmələgəlməyə müsbət təsir göstərir və ya əksinə 
torpağın quru vəziyyətdə şumlanması onu toz halına, izafi nəmlik halında şumlanması isə səthində kəltənlərin 
yaranmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yalnız mexaniki becərilmə vasitəsilə torpağın suyadavamlı 
strukturunu yaratmaq mümkün deyildir. 
Strukturəmələgəlmədə  əhəmiyyətli rol fiziki-kimyəvi amillərə - torpaq kolloidlərinin koaqulyasiya və 
sementləşdirici təsirlərinə məxsusdur.  
Suyadavamlılıq mexaniki elementlərin və mikroaqreqatların kolloid maddələr (üzvi və mineral) vasitəsilə 
bir-birinə yapışması  nəticəsində  əldə edilir. Lakin kolloidlər vasitəsilə bir-birinə  bərkidilmiş hissələrin suyun 
təsirindən ayrılmamasından ötrü, kolloidlər dönməz koaqulyasiya olunmalıdırlar. Torpaqlarda bu cür 
koaqulyasiya rolunda iki və üç valentli Ca
2+
, Mg
2+
, Fe
3+
,Al
3+
 kationları çıxış edir. 
Beləliklə, torpaq kolloidləri iki və üç valentli kationlarla doyur, onlar da öz növbəsində suyun yuya 
bilmədiyi davamlı struktur elementlər yaradır. Lakin bir valentli kationların, məsələn, Na
+
 mövcudluğu 
şəraitində dönməz koaqulyasiya baş vermir və davamlı struktur yaranmır. 
Torpaqda bərk bağlayıcı kimi üzvi kolloidlər, ilk növbədə kalsium humatları  çıxış edir. Bununla belə, 
suyadavamlı aqreqatların yaranmasında mineral kolloidlərin iştirakı daha böyükdür. Lakin humus maddələrinin 
iştirakı olmadan, yalnız mineral kolloidlərin iştirakı ilə yaranan torpaq aqreqatları suyadavamlılıq xassəsinə 
malik deyillər. 
Yüksək dispersli minerallar içərisində gilli mineralların və dəmir və alüminium hidrooksid minerallarının 
suyadavamlı strukturunun yaranmasında xüsusi əhəmiyyəti vardır. Daha davamlı suyadavamlı aqreqatlar humin 
turşularının montmorilonit və hidroslyuda qrupundan olan minerallarla qarşılıqlı  təsirindən,
 
zəif suyadavamlı 
aqreqatlar isə kvars və kaolinitlə qarşılıqlı  təsirindən yaranır. Dəmir və alüminium hidrooksid mineralları 
qırmızı gillərin və qırmızı torpaqların strukturlaşmasında əhəmiyyətli rol oynayır. 
Kimyəvi amillər  də torpaq hissəciklərinə yapışdırıcı  və sementləşdirici təsir göstərir. Bura müxtəlif çətin 
həllolan kimyəvi birləşmələrin (kalsium karbonat, dəmir hidroksidi və s.) yaranması daxildir. Bu maddələr 
aqreqatlara hoparaq onları sementləşdirir, həmçinin ayrı-ayrı mexaniki elementləri birləşdirərək aqreqat halına 
salır. Belə ki, müvəqqəti izafi nəmlik şəraitində dəmir birləşmələrinin strukturəmələgətirici rolu üzə çıxır. İzafi 
nəmlik  şəraitində torpaqda iki valentli dəmir oksidlərinin suda həllolan formalarının yaranması ilə müşayiət 
olunan reduksiya prosesləri cərəyan edir. Bu birləşmə aqreqatlara hopur.  Torpaq quruyanda onda oksidləşmə 
prosesi inkişaf edir ki, bu zaman dəmirin iki valentli oksidlərinin mütəhərrik formaları  dəmirin üç valentli 
həllolmayan birləşməsinə çevrilərək torpaq aqreqatlarını    sementləşdirir. Lakin N.A.Kaçinskiyə görə, bu 
aqreqatlar yüksək suyadavamlılıq xassəsinə malik olsa da kiçik məsaməliyi (<40%) ilə  səciyyələnir. Belə ki, 
məsamələrin həcminin bir hissəsi tədricən dəmir oksidinin hidratlatı ilə dolur. 
Strukturəmələgəlmədə  əsas rol bioloji amillərə - bitkilərə  və torpaqda məskunlaşmış orqanizmlərə 
məxsusdur. Butkilər torpağı mexaniki olaraq sıxlaşdırır və onu hissələrə parçalayır və  əsası isə 
humusəmələgəlmədə iştirak edir. 
Daha güclü strukturəmələgətirici təsir çoxillik ot bitkilərinə məxsusdur. Çoxillik ot bitkiləri güclü inkişaf 
etmiş kök sisteminə malikdirlər. Bu sistemlər parçalanan zaman  çoxlu miqdarda kalsiumla bağlı humus əmələ 
gətirir. Ot bitkilərinin inkişafı üçün əlverişli  şəraitin olduğu yerlərdə yüksək strukturlaşmış torpaqlar (çəmən, 
çəmən-qaratorpaq, qaratorpaq və s.) formalaşır. 

 
99
Strukturəmələgəlmədə soxulcanların rolu çoxdan məlumdur. Torpaq hissəcikləri yağış qurdlarının 
bağırsaqlarından keçərək sıxlaşır və kiçik strukturlar – kaprolitlər şəklində bayıra atılır. Kaprolitlər yüksək suya-
davamlılıq xassəsinə malikdirlər. 
Mikroorqanizmlərin həyat fəaliyyətinin kolloid məhsulları torpaqda sementləşdirici maddə kimi çıxış edir 
və strukturəmələgəlməyə səbəb olur.  
Strukturəmələgətirən amillərin səciyyəsindən göründüyü kimi, onların təsnifləşdirilməsi  şərtidir. Belə ki, 
ayrı-ayrı amillər müxtəlif funksiyaları həyata keçirə bilər. Məsələn, bitki kökləri həm bioloji (humusun mənbəyi 
kimi), həm də fiziki-mexaniki (sıxlaşdırıcı  və yumşaldıcı) amil kimi çıxış edir. Donma və  ərimə, təzyiqin 
dəyişməsi fiziki-mexaniki amil kimi özünü göstərir, lakin kolloidləri koaqulyasiya etməklə onlar fiziki-mexaniki 
amillərə müəyyən dərəcədə  təsir göstərirlər. Strukturəmələgətirən amillərin birgə  təsiri torpaqəmələgəlmənin 
təbii  şəraiti ilə  sıx  əlaqədardır. Strukturəmələgətirən amillərin optimal ölçülərdə  təzahür etdiyi (ot bitkilərinin 
güclü inkişaf etməsi, torpaqda humusun yüksək miqdarda olması, torpağın yüksək mikrobioloji fəallığı və s.) 
Rusiyanın qaratorpaq zonasında torpaqlar suyadavamlı aqreqatlarla daha yaxşı təmin olunmuşlar. Bu zonadan 
şimala və  cənuba hərəkət etdikcə suyadavamlı aqreqatların azalması müşahidə edilir. Bu da ot bitkilərinin 
inkişaf  şəraitinin pisləşməsi, humusun və humin turşularının azalması, torpaqların (şabalıdı) uducu 
kompleksində natrium kationunun əmələ gəlməsi ilə əlaqədardır. 
Beləliklə, torpaqda suyadavamlı aqreqatların yaranmasına bir çox amillər təsir göstərir. Lakin 
respublikamızın ərazisində bu amillərin təsiri hər yerdə eyni deyildir. Ərazinin relyef, iqlim, bitki, torpaq əmələ 
gətirən süxurların mineraloji tərkibindən asılı olaraq dəyişir.  Respublikamızın torpaqlarında suyadavamlı 
aqreqatların (R.H.Məmmədov, 1988) paylanması qanunauyğunluğu aşağıdakı cədvəldə  (28) verilmişdir.                            
     Cədvəl 28 
 
Azərbaycan torpaqlarında suyadavamlı aqreqatların miqdarı ( 0-30 sm) 
(R.H.Məmmədov) 
 
Torpaqların adı 
Suyadavamlı aqreqatlar,% 
> 1 
1-0,25 
< 0,25 
 
1 2 


Dağ - çəmən 58 
18 
24 
Qonur dağ-meşə 63 
20 
17 
Qəhvəyi dağ meşə 60 
17 
23 
Bozqırlaşmış dağ-qəhvəyi 37 
37 
26 
Dağ boz-qəhvəyi 26 
32 
42 
Dağ qaratorpaq 
36 
32 
32 
Dağ şabalıdı 20 
30 
50 
Sarı  
42 
28 
30 
Çəmən-qəhvəyi 44 
21 
35 
Şabalıdı  
12 
30 
58 
Çəmən-şabalıdı 6 
28 
66 
Boz-qonur  

16 
75 
Boz  

17 
75 
Çəmənləşmiş-boz 23 
28 
49 
Çəmən-boz 17 
26 
57 
Çəmən-meşə 40 
23 
37 
Allüvial –çəmən 31 
21 
48 
Çəmən-bataqlı  
54 
18 
28 
Şoranlar  

15 
79 
 
§ 34. Torpağın strukturunun itirilməsi və bərpası 
 
Torpağın strukturu dinamikdir. O, müxtəlif amillərin təsiri altında parçalanır və bərpa olunur. Bu prosesin 
idarə edilməsi torpağı lazımi struktur vəziyyətdə saxlamağa imkan verir. Strukturun itirlməsinin səbəbləri 
aşağıdakılardır: mexaniki dağılma, fiziki-kimyəvi və bioloji dağılma. 
Strukturun mexaniki dağılması torpağın becərilməsinin, səthində maşınların, insan və heyvanların hərəkəti, 
yağış damcılarıının zərbələri altında baş verir. Torpaq strukturunun mexaniki dağılmasının qarşısını almağın ən 
əhəmiyyətli yollarından biri – torpağın nəm şəkildə şumlanması, becərilmənin minimum həddə aparılmasıdır. 
Strukturun itirilməsinin  fiziki-kimyəvi  səbəbləri torpaq uducu kompleksində iki valentli kationların ( 

 
100
kalsium və maqnezium) bir valentli  (natrium və ammonium) kationlarla mübadilə reaksiyasıdır. Bu zaman 
qranulometrik elementləri aqreqatlarda bir-birinə  bərkitmiş kolloidlər (əsasən humus maddəsi) nəmliyin təsiri 
altında peptitləşir və struktur elementlər parçalanır. Ona görə  də torpaqların kimyəvi meliorasiyası 
(əhəngləşdirmə, gipsləndirmə  və s.) TUK-ni mübadilə olunan kalsiumla zənginləşdirməklə torpağın 
strukturunun yaxşılaşmasına səbəb olur. 
Torpağın strukturunun itirilməsinin bioloji səbəbləri ilk növbədə strukturun yaranmasında əsas yapışdırıcı 
vasitə kimi iştirak edən torpaq humusunun minerallaşması ilə əlaqədardır. 
Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı strukturun bərpası  və qorunması aqrotexnuki vasitələrlə 
həyata keçirilir. Torpağın strukturluğunun yaxşılaşdırılması süni strukturəmələgətiricilər vasitəsilə  də 
mümkündür. 
Torpağın strukturlaşdırılmasının aqrotexniki metodlarına aşağıdakılar daxildir: çoxillik otların  əkilməsi, 
torpağın nəm halında  şumlanması, turş torpaqların  əhəngləşdirilməsi,  şorakətlərin və  şorakətvari torpaqların 
gipsləndirilməsi, torpağa üzvi və mineral gübrələrin verilməsi. 
Davamlı struktur həm çoxillik otların, həm də birillik kənd təsərrrüfatı bitkilərinin təsiri altında bərpa 
olunur. Buğda, günəbaxan, qarğıdalı güclü kök sistemi yaratmaqla torpağa kifayət qədər güclü 
strukturəmələgətirən amil kimi təsir göstərir. Zəif kök sistemi olan kətan, kartof və    kələm torpağa zəif 
strukturəmələgətirici kimi təsir göstərir. 
Yüksək məhsuldarlıq  şəraitində çoxillik ot bitkiləri (xüsusən də paxlalı-taxıllı otqarışığı  və paxlalılar) 
torpağı birillik kənd təsərrüfatı bitkiləri ilə müqayisədə daha çox strukturlaşdırır. Bu onunla izah olunur ki, 
çoxillik ot bitkiləri güclü və geniş  şəbəkələnmiş kök sistemi yaradırlar. Onların kök və yarpaq-gövdə 
qalıqlarının (əkin qatında 14-18 t/ha) tərkibində xeyli miqdarda zülal, karbohidrat və başqa birləşmələr vardır ki, 
mikroorqanizmlərin fəaliyyətinə və humus maddələrinin əmələ gəlməsinə əlverişli təsir göstərir.  
Torpağın sturkturlaşmasına üzvi gübrələr - peyin, torf kompostu, sideratlar böyük təsir göstərir. Mineral 
gübrələr də  həmçinin torpağın strukturunu yaxşılaşdırır. Onun tətbiqi ilə bitkilərin kök sistemi daha güclü və 
geniş şəbəkə yaradaraq strukturəmələgəlməni sürətləndirir. 
Torpağın süni strukturlaşdırılması üzvi tərkibli strukturəmələgətirən maddələrin – polimerlərin, 
sopolimerlərin tətbiqi ilə həyata keçirilir. 
 
X FƏSİL. TORPAĞIN FİZİKİ XASSƏLƏRİ 
 
Torpağın fiziki xassələrinə strukturu, su, hava, istilik, ümümi fiziki və fiziki-mexaniki xassələri aid edilir. 
Bu xassələrin ölçüləri, dinamikası torpağın bərk, maye, qaz və canlı fazasının tərkibi, nisbəti, qarşılıqlı təsiri və 
dinamikası ilə müəyyən edilir. 
Fiziki xassələr torpaqəmələgəlmə proseslərinin inkişafına, torpağın münbitliyinin formalaşmasına və 
bitkilərin həyat fəaliyyətinə böyük təsir göstərir. Torpağın fiziki xassələrinin öyrənilməsi P.A.Kostıçyev, V. R. 
Vilyams, A.Q.Doyarenko, N.A.Kaçinskiy, İ.N.Antipova-Karateyev, S. V. Astapov, A.F.Lebedyev, 
P.V.Verşinina, A.F.Tyulin, A.A.Rode, S.İ.Dolqov,  İ.İ.Revut, R.Məmmədov, A.Gərayzadə  və başqalarının adı 
ilə bağlıdır. 
 
§ 35. Torpağın ümumi fiziki xassələri 
 
Torpağın ümumi fiziki xassələrinə torpağın sıxlığı, bərk fazanın sıxlığı və məsaməlik aid edilir. 
Torpağın bərk fazasının sıxlığı – 4
0
 C –də torpağın bərk fazasının həmin həcmdə suyun kütləsinə olan 
nisbətidir. Üzvi maddələrdə (bitkilərin quru töküntüləri, torf, humus) bərk fazanın sıxlığı 0,2 - 1,4 q/sm
3
 
arasında, mineral birləşmələrdə 2,1-5,18 q/sm
3
 arasında dəyişir. Əksər torpaqların mineral horizontlarında bərk 
fazanın sıxlığı 2,4-2,65 q/sm
3
,
  
torflu
 
horizontlarda 1,4-1,8 q/sm
3
 arasında dəyişir. 
Torpağın sıxlığı – təbii halda götürülmüş mütləq quru torpaq həcminin kütlə vahididir.  Torpağın bərk 
fazasının sıxlığı kimi torpağın sıxlığı da q/sm
3
 –la ifadə olunur. Torpağın sıxlığı torpağın mineraloji və 
qranulometrik tərkibindən, strukturluğundan, üzvi maddələrin miqdarından asılıdır. Torpağın sıxlığına torpağın 
becərilməsi və onun üzərində hərəkət edən maşınların və texnikanın yaratdığı təzyiq də  təsir göstərir. Torpaq 
becərildikdən sonra yumşaq olur, sonra o tədricən sıxlaşmağa başlayır və bir müddət sonra onun sıxlığı tarazlıq, 
yəni az dəyişən (növbəti becərilməyə  qədər) hala gəlir. Torpağın, tərkibində daha çox üzvi maddələr olan, 
strukturlaşmış  və becərilmə zamanı yumşalmağa daha çox məruz qalan üst horizontları daha aşağı  sıxlığa 
malikdir (cədvəl 29).  
Cədvəl 29 
 
Torpaqların sıxlığı, bərk fazasının sıxlığı və məsaməliyi 
 

 
101
Torpaqlar 
Genetik 
horizont 
Dərin-
lik, sm 
Sıxlıq, 
q/sm
3
 
Bərk 
fazanın 
sıxlığı, 
q/sm
3
 
Məsa-
məlik, 

 
1 2 




Çimli-şiddətli 
podzollaşmış (xam) 
A

5-15 1,23  2,52  51,2 
A

22-32 1,29  2,62 
50,8 
B

64-74 1,66  2,67 
37,8 

104-
114 
1,72 2,71  36,5 
Çimli-şiddətli 
podzollaşmış (əkin) 
A
ə 
0-27 1,14  2,53  54,9 
A
2
 36-46 1,57  2,63  40,3 
B
1
 60-70 1,62  2,69  39,8 
B

74-84 1,79  2,69 
33,5 
Adi qaratorpaq (xam) 
A

2-12 1,15  2,55  54,9 
A

12-22 1,17  2,58 
54,7 
B

30-40 1,31  2,65 
50,6 
B
2
 57-67 1,37  2,68  48,9 
B
k
 87-97 1,51  2,72  44,5 
Adi qaratorpaq (əkin) 
A
ə 
0-10 1,09  2,58  57,8 
A
2
 10-20 1,11  2,60  57,3 
B

29-39 1,28  2,60 
51,9 
B
2
 54-64 1,41  2,70  47,8 
B
k
 86-96 1,53  2,73  44,0 
 
Torpağın sıxlığı  nəmliyin udulmasına, torpaqda qaz mübadiləsinə, bitkilərin kök sisteminin inkişafına, 
mikrobioloji proseslərin intensivliyinə güclü təsir göstərir.  Əksər mədəni bitkilər üçün əkin qatının optimal 
sıxlığı 1,0-1, 2 q/sm
3
 –dir. Əkin qatının sıxlığının qiymətləndirilməsi cədvəl 30-da verilmişdir. 
 
Cədvəl 30 
 
Gillicəli və gilli torpaqların sıxlığının qiymətləndirilməsi 
 
Qiyməti 
Sıxlıq, 
q/sm
3
 
Torpaq yumşaldılıb və ya üzvi maddələrlə zəngindir < 
1,0 
Təzə şumlanmış torpaq  
1,0-1,1 
Sıxlaşmış əkin qatı 1,2-1,3 
Çox sıxlaşmış əkin qatı 1,3-,14 
Əkinaltı qatın tipik göstəricisi 1,4-1,6 
Bərk sıxlaşmış ilüvial horizont 
1,6-1,8 
 
Torpağın məsaməliyi – torpağın bərk fazasının hissəcikləri arasındakı bütün məsamələrin ümumi 
həcmidir. Torpağın məsaməliyi torpağın ümumi həcmindən faizlərlə ifadə olunur və torpağın sıxlığı (dv) və 
bərk fazanın sıxlıq (d) göstəriciləri əsasında hesablanır. Bundan ötrü aşağıdakı düsturdan istifadə edilir: 
 
P
üm
 = (1 – dv/d)·100 
 
Burada, P
üm
- torpağın ümumi məsaməliyi; dv – torpağın sıxlığı; d – bərk fazanın sıxlığı. 
Torpağın sıxlığı qranulometrik tərkibdən, strukturluqdan, torpaq faunasının (soxulcanlar, həşaratlar və s.) 
fəaliyyətindən, üzvi maddələrin miqdarından,  əkilən torpaqlarda isə onların becərilməsindən və 
mədəniləşdirilmə səviyyəsindən asılıdır. 
Məsamələr torpaqda ayrı-ayrı qranulometrik elementlər və aqreqatlar arasında və aqreqatlar daxilində 
yaranır. Məsaməlik üç cür olur: ümumi məsaməlik, kapilyar məsaməlik, kapilyar olmayan məsaməlik. 
Məsamələr su və ya hava ilə dola bilər. Ona görə də yumşaq əlaqəli su ilə dolmuş məsamələr, möhkəm əlaqəli 
su ilə dolmuş məsamələr və hava ilə dolmuş məsamələr (aerasiya məsamələri) bir-birindən fərqləndirilir. 
Kapilyar olmayan məsamələr sukeçiriciliyi, hava mübadiləsini təmin edir; kapilyar məsaməlik torpağın 

 
102
susaxlama qabiliyyətini yaradır. Bitki üçün mənimsənilən su ehtiyatının yaradılmasında kapilyar məsaməliyin 
rolu böyükdür. 
Torpaqda sabit nəmlik ehtiyatı (eyni zamanda əlverişli aerasiya şəraiti) yaratmaqdan ötrü kapilyar olmayan 
məsamələr ümumi məsaməliyin 55-65%-i təşkil etməlidir.  Əgər bu göstərici 50%-dən azdırsa, hava 
mübadiləsinin pisləşməsinə, hətta torpaqda anaerob proseslərin inkişafına gətirib çıxara bilər. Torpaqda su ilə 
dolu kapilyar məsaməliyin daha çox olması da aqronomik baxımdan əhəmiyyətli hesab olunur. 
 Cədvəl 31-dən göründüyü kimi, ümumi məsaməlik torpağın üst horizontlarında daha yüksək göstəriciyə 
(orta hesabla 50-55%) malikdir və aşağı horizontlarda tədricən aşağı düşür. O, gillicəli və gilli torpaqlarda daha 
yüksəkdir.  
Cədvəl 31 
 
Məsaməliyin qiymətləndirilməsi (N.A.Kaçinskiy) 
 
Vegetasiya dövründə 
ümumi məsaməlilik, %-
lə 
Torpaqların keyfiyyətcə qiymətləndirilməsi 
> 70 
Torpaq çox yumşaqdır – izafi məsaməlik 
65-55 Mədəni-əkin qatı üçün  məsaməlik əla 
55-50 
Əkin qatı üçün qənaətbəxş 
< 50 
Əkin qatı üçün qeyri-qənaətbəxş 
40-25 
Sıxlaşmış illüvial qatlar üçün səciyyəvidir –
məsaməlik çox aşağıdır 
 



Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə