Qərib Məmmədov


§68. Çəmən boz-qəhvəyi (şabalıdı)



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   25   26   27   28   29   30   31   32   ...   52
§68. Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqlar 
 
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi (şabalıdı)  torpaqlar zonasında (subtropik çöllər 
qurşağında) kiçik massivlər  şəklində yayılmışdır. Bu torpaqlar əsasən relyefin alçaq elementlərində (dağətəyi 
şleyflər, alçaq çay terrasları, quru çay dərələrinin dibi və s.) formalaşırlar.
 
Torpaqəmələgəlmə prosesində səthə 
nisbətən yaxın yerləşən qrunt suları, eləcə  də nisbətən yüksək  ətraf sahələrdən gələn səth suları mühüm rol 
oynayır. Bu prosesdə suvarma sularının da müəyyən  əhəmiyyəti vardır.  İzafi rütubətlənmə  şəraitndə sürünən 
ayrıq, çayır, südləyən, şoranotu və s. çimyaradan otların fəal iştirakı ilə çiməmələgəlmə prosesi inkişaf edir. Bir 
çox hallarda xam sahələrdə profilin üst hissəsində qalınlığı 10-12, bəzən isə 15 sm-ə çatan çim yarımhorizontu 
(Aç) ayrılır. 
Təsvir edilən torpaqların səciyyəvi xüsusiyyəti olan yarımhirdomorf rejim bu torpaqların çəmənləşməsinə 
səbəb olur. Bu proses isə tünd rəngli çürüntü horizontunun, profildə pas ləkələrinin  əmələ  gəlməsinə, 
çimləşməyə  təsir göstərir. Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi (şabalıdı) torpaqların  əsas 
morfoloji əlamətlərini saxlasa da bir sıra hidromorfluq xüsusiyyətlərini özündə əks etdirir. Bu xüsusiyyətlər hər 
şeydən əvvəl humus horizontunun aşağıya doğru çəkilməsində, profilin orta hissələrində gilləşmə əlamətlərinin 
olmasında və s. özünü göstərir. 
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqlar yüksək münbitliyə malikdir. Bu səbəbdən də göstərilən torpaqların 
böyük hissəsi kənd təsərrüfatı bitkiləri altında istifadə edilir. Şumlanmayan sahələr biçənək və örüş sahələri 
altında istifadə olunur. Bu torpaqların suvarılan, qədimdən suvarılan və  mədəniləşdirilmiş variantlarına rast 
gəlinir.  Ərazinin drenləşmə (parçalanma) dərəcəsindən, qrunt sularının dərinliyindən, hidroloji rejimin 
xüsusiyyətlərindən  asılı olaraq çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqların aşağıdakı yarımtipləri ayrılır: səthdən 
çəmənləşmiş boz-qəhvəyi (şabalıdı), çəmənləşmiş boz-qəhvəyi (şabalıdı), çəmən boz-qəhvəyi (şabalıdı)  
torpaqlar. 
Səthdən çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar daha 
çox drenləşmiş ərazilərdə maili şleyflərdə formalaşırlar. Qrunt suları dərində yerləşdiyindən torpaqəmələgəlmə 
prosesinə fəal təsir göstərə bilmirlər. Torpaqların rütubətlənməsi əsas etibarilə ətraf yamaclardan axıb gələn səth 
sularının hesabına baş verir. Təbii halda torpaqların üst hissəsində çim qatı əmələ gəlir. Təsvir edilən torpaqlar 
kifayət qədər humus ehtiyatına malikdirlər. Tək-tək  hallarda profilin yuxarı hissələrində qleyləşmə əlamətləri 
müşahidə edilir. 
Çəmənləşmiş boz-qəhvəyi (şabalıdı)  torpaqlar. Digər yarımtipə daxil olan torpaqlardan fərqli olaraq 
çəmənləşmiş boz-qəhvəyi (şabalıdı)  torpaqların  formalaşmasında dövri olaraq (rütubətli mövsümlərdə) qrunt 
suları da iştirak  edir. Bu torpaqların yayıldığı nisbətən yüksək və zəif  drenləşmiş çay terraslarında qrunt suları 
adətən 4-6 m dərinlikdə yerləşir. Lakin təsvir edilən torpaqların  əmələ  gəlməsində  səthi rütubətlənmə daha 

 
203
böyük rol oynayır. 
Torpaqəmələgəlmə şəraiti və xüsusilə çəmən bitkilərinin ümumi fitokütləsinin təsiri ilə çəmənləşmiş boz-
qəhvəyi (şabalıdı) torpaqlarda humusun miqdarı kifayət qədər yüksək olur. Bu torpaqlarda humus horizontunun 
aşağı qatlara çəkilməsi ilə  əlaqədar olaraq humuslu profil (A+) qalın olur və  bəzi hallarda  60-70 sm-ə çatır. 
Qleyləşmə prosesi ilə  əlaqədar olaraq profilin orta hissəsində göyümtül pas ləkələri müşahidə edilir. Duzlu 
birləşmələr adətən profilin aşağı hissəsində toplanırlar. Bu torpaqların morfoloji xüsusiyyətləri iilə tanış olmaq 
üçün az meylli dağətəyi düzənlikdə üzümlüklər altında M.E.Salayev tərəfindən qoyulmuş  kəsimin təsvirini 
nəzərdən keçirək. 
A
1
 - qonurumtul-şabalıdı, tozvari, layvari, ağır gillicəli, yumşaqvari, çoxlu köklər, təzə, tədricidir,  
qaynayır. Qalınlığı 0-18 sm.  
A
2
 - qəhvəyi çalarlı, qonurvari, topavari, gilli, bərkvari, soxulcan yolları, çoxlu canlı  və yarımçürümüş 
köklər, tək-tək karbonat damarcıqları, nəmvari, keçidi tədricidir, qaynayır. Qalınlığı 18-32 sm. 
A/B - qonur-sarı, qozvari-topavari, ağır gilli, çatvari, köklər azdır, göyümtül pas ləkələri, qleyləşmiş, 
torpaqeşənlərin  yolları, nəmvari, karbonat ağgözcükləri, keçidi tədrici, güclü qaynayır, Qalınlığı 32-58 sm. 
B
1
 - bozumtul sarı çalarlı, qonurumtul tünd göy, topavari-kəltənvari, ağır gilli, bərkvari, güclü qleyləşmiş, 
çoxlu iri göyümtül pas ləkələri, yumşaq karbonat ağgözcükləri, rütubətli, keçidi hiss olunur. Qalınlığı 58-80 sm.  
B
2
 – qonurumtul-sarı, ağırgilli, iri topavari-kəltənvari, bərkvari, karbonat ağgözcükləri, tək-tək süxur 
qırıntıları, təzə, keçidi tədricidir. Qalınlığı 80-102 sm. 
C – sarımtıl-boz, ağır gillicəli, strukturu ifadə olunmamışdır, laylı, təzə, şiddətli qaynayır. 
Morfoloji quruluşun təsvirindən göründüyü kimi çəmənləşmiş boz-qəhvəyi (şabalıdı)  torpaqlar üçün 
qleyləşmə  əlamətlərinin aydın seçilməsi, qleyləşmiş horizontun isə nisbətən profilin üst hissəsində yerləşməsi 
səciyyəvidir. Təsvir  edilən torpaqlarda karbonatlı  və humuslu horizontların  aşağı qatlara doğru çəkilməsi 
müşahidə edilir. 
Profilin üst hissəsində humusun miqdarı 2,1-2,4% təşkil edir. Aşağı horizontlara doğru onun miqdarı 
tədricən  azalır. Humus humat tiplidir. Humin turşusunun fulvoturşularına nisbəti vahiddən böyükdür. Ümumi 
azotun miqdarı adətən 0,11-0,12% -dən artıq olur. C/N nisbəti 8,5-12,5  arasında dəyişir. Təsvir edilən torpaqlar 
əsaslarla doymuş torpaqlar qrupuna daxildir. Udma tutumunun cəmi (100 q torpaqda 23,8-33,4 mq-ekv) tünd 
boz-qəhvəyi (şabalıdı)   torpaqlardakına yaxındır. Torpaq mühitinin reaksiyası üst horizontlarda neytral və zəif 
qələvi olan (pH 7,3-7,5) dərinliyə  getdikcə qələvidir (pH 7,8-8,0). 
Çəmənləşmiş boz-qəhvəyi (şabalıdı)  torpaqlar qranulometrik  tərkibinə görə gilli və gillicəli növmüxtəlifliklərindən 
ibarətdir. Profilin orta hissələrində (AB və B  horizontlarında) lil hissəciklərinin toplanması müşahidə edilir.  
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar nisbətən yüksək və 
zəif drenləşmiş çay terraslarında, qrunt sularının yer səthinə daha yaxın (2-3 m) yerləşdiyi sahələrdə formalaşır. 
Torpaqəmələgəlmə prosesinə səthə yaxın yerləşən qrunt suları çox böyük təsir  göstərir. Bundan başqa relyefin 
nisbətən alçaq elementlərində yayıldığı üçün bu torpaqların rütubətlənməsində ətraf yamaclardan axıb gələn səth 
suları da müəyyən  rol oynayır. 
Qrunt suları  səthə yaxın yerləşdiyindən torpaqlar uzun müddət həmin sularla rütubətlənir və  
qleyəmələgəlmə üçün əlverişli şərait yaranır. Bu da torpaqların morfoloji quruluşunda öz əksini tapır. Çəmən 
boz-qəhvəyi (şabalıdı)  torpaqlar üçün qleyləşmə  prosesinin profilin aşağı hissəsində daha güclü getməsi 
(profildə göyümtül-pas ləkələrinin aydın seçilməsi), humuslu horizontun aşağı  çəkilməsi və humusla daha 
dərindən rənglənməsi, B və B/C horizontlarının aydın gilləşməsi, karbonat gözcüklərinin ifadə olunmaması və s. 
səciyyəvidir. 
Ağır qranulometrik tərkibə mailk delüvial, prolüvial və eləcə də prolüvial-allüvial çöküntülər bu torpaqların 
yayıldığı ərazilərdə əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. 
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqların  morfoloji quruluşu ilə tanış olmaq üçün onların səciyyəvi 
kəsiminin təsvirini nəzərdən keçirək (M.E.Salayevə görə). 
A
1
 - zəif çimləşmiş yumşaq quruluşu qat, dənəvari-tozvari, yaxşı aqreqatlaşmış, ağır gillicəli, bioloji 
cəhətdən yaxşı işlənmiş, zəif qaynayır, keçidi hiss olunur. Qalınlığı 26±2,6. 
A

– qəhvəyi çalarlı qaramtıl-qonur, xırda topavari-dənəvari, yaxşı aqreqatlaşmış, bir qədər bərkimiş, çoxlu 
ot kökləri, bioloji cəhətdən yaxşı işlənmişdir, soxulcan və qarışqa yolları, tək-tək karbonat damarcıqları, keçidi 
tədrici, qaynayır. Qalınlığı 24±2 sm. 
A/B -  yuxarıdakı horizontun rəngini təkrarlayır, aşağı  sərhədində  zəif göyümtül-oxra rəngli, çoxlu 
kömürləşmiş bitki qalıqları, topavari-qozvari, gilli, gilləşmiş, bərkvari, karbonat nöqtə  və yalançı mitselləri, 
çoxlu canlı və ölü köklər, nəmvari, keçidi tədrici. Qalınlığı 17±8 sm. 
B – yaşımtıl çalarlı qonurumtul-göy, nəm halda struktur seçilmir, quruduqda iri kəltənlərə bölünür, çatvari, 
üst hissəsində humus axıntıları, nəm, tək-tək süxur qırıntıları, qaynayır, keçidi aydın. Qalınlığı 28±2 sm.  
C – xırda çınqıl qarışıq delüvial karbonatlı gillicələr, qonurumtul-sarı rəngli, bərkvari, qleyləşmə əlamətləri, 
qrunt sularının təsiri hiss olunur. 
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqlarda humusun miqdarı digər yarımtiplərdə, eləcə  də tipik boz-

 
204
qəhvəyi (şabalıdı)  torpaqlarda olduğuna nisbətən yüksəkdir. A horizontunda humusun miqdarının orta riyazi 
qiyməti 2,7% təşkil edir (cədvəl  65). Lakin bu torpaqların suvarılan variantlarının  şum qatında humusun 
miqdarı daha yüksək olub bir çox hallarda 3,5-4,0% -ə çatır. Aşağı horizontlara doğru humus tədricən azalır. 
Bəzi hallarda 100-125 sm dərinlikdə belə humusun miqdarı 1%-dən yüksək olur. Bu humuslu qatın aşağı 
çəkilməsi ilə əlaqədar olub mədəniləşdirilmiş torpaqlarda daha çox müşahidə edilir. 
Cədvəl 65 
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların əsas və fiziki-kimyəyi göstəriciləri (M.E.Salayev) 
 
Dərinlik, 
sm 
Humus, 

Azot, 

CO
2
 
Udma 
tutumu, 
mq-ekv 
pH 
<0,001 
mm 
<0,01 
mm 
0-26 2,65 
0,22 
4,60 
29,84 
7,9 
28,10 
67,50 
26-50 2,03 0,18 
4,75 
28,80 
8,1 
29,30 
65,80 
50-78 1,57  - 4,,82 
29,00 
8,2 
31,90 
70,14 
78-104 1,32  -  5,15 29,15 8,3 
30,83 
72,19 
104-132 1,19  -  5,78 25,23 8,3  - 

132-164 0,92  -  5,07 28,92 8,4 31,47 70,50 
 

 
205
 Humus üst qatlarda humat, alt qatlarda isə humat-fulvat və ya fulvat tiplidir. Ch/Cf üst qatlarda 1,4-1,8-ə 
çatır. 
 
Cədvəldən də göründüyü kimi təsvir edilən torpaqlar gilli torpaqlar sırasına daxildir. Qranulometrik 
tərkibinə görə profilin kəskin differensiasiyası müşahidə edilmir. Fiziki gilin profilin orta hissəsində bir qədər 
(3-5%) artıq toplanması müəyyən edilmişdir. Qranulometrik tərkib (torpaqların gilli olması) və humusun 
miqdarının nisbətən yüksəkliyi və tərkibi ilə əlaqədar çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqların udma tutumu da 
kifayət qədər yüksəkdir. Üst qatda onun miqdarı adətən 100 q torpaqda 29-33 m-ekv arasında dəyişir. Lil 
hissəciklərinin profilin orta hissəsində nisbətən çox toplandığı hallarda (məsələn, suvarılan, mədəniləşdirilmiş 
variantlarında) udma tutumunun həmin hissədə bir qədər yüksək olması müşahidə olunur. Udulmuş  əsaslar 
içərisində Ca
2+
 üstünlük təşkil edir. Şorakətli növlərində udulmuş Mg
2+
 miqdarı yüksək olur. 
 
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqlarda mühitin reaksiyası  qələvidir (pH 8,0-8,4). Bu torpaqların 
şoranvari növmüxtəlifliklərinə məhdud sahədə rast gəlinir, əsas sahələr isə demək olar ki, şorlaşmamışdır. Quru 
qalığın miqdarı adətən 0,2-0,3%-dən yüksək olmur. Duzların  tərkibində sulfatların miqdarı üstünlük təşkil edir. 
Karbonatların miqdarı profilin orta hissəsində üst qata nisbətən 1-2% yüksək olub orta hesabla 5,8-1,5% təşkil 
edir. 
 
Çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqların karbonatlı, şorakətvari, şoranvari cinsləri ayrılır. Bu torpaqlar 
yüksək bonitetli torpaqlar olub yüksək potensial münbitliyə malik olması ilə fərqlənir. 
 
§ 69. Çəmən-boz torpaqlar 
 
Çəmən-boz torpaqlar Azərbaycan  Respublikası ərazisində ən geniş yayılmış torpaq tiplərindən biri olmaqla 
əsasən Kür-Araz ovalığında, Naxçıvan MR-in düzənlik rayonlarında, Samur-Dəvəçi ovalığında geniş massivlər 
şəklində  təmsil olunmuşdur. Bu torpaqlar meylli şleyflərdə, Kür və Arazın allüvial
 
düzənliklərində bir çox 
hallarda depresiya çökəkliklərdə formalaşırlar. Çəmən-boz torpaqlarının inkişafına qrunt və  səth suları böyük 
təsir göstərir və bu proses adətən yarımhidromorf şəraitdə əmələ gəlir. Bu torpaqlar keçid tipli olub quru çöllərin 
boz-qəhvəyi (şabalıdı)  və  çəmən boz-qəhvəyi (şabalıdı)  torpaqları ilə daha quraq şəraitdə inkişaf edən boz 
torpaqlar arasındakı zolaqda yayılmışlar. Təsvir edilən  torpaqların çox geniş sahələri suvarma əkinçiliyində 
istifadə olunur. 
Çəmən-boz torpaqlarının profilində müşahidə olunan hidromorfizm əlamətləri (qleyləşmə, şorlaşma və s.) 
bu torpaqların vaxtilə subasar (vadi)-delta rejimində inkişaf etdiyini göstərir. Sonrakı dövrlərdə  Xəzərin geri 
çəkilməsi ilə  əlaqədar olaraq bu torpaqların yayıldığı  ərazilərdə qrunt sularının səviyyəsi aşağı düşmüş,  ərazi 
təbii drenləşməyə  məruz qalmış  və beləliklə, torpaqların bozqırlaşması prosesi getmişdir. Efemerlərin, mayer 
yovşanı, soğanaqlı  qırtıc və s. bitkilərin yayılması, karbonatlı horizontun səviyyəsinin qalxması, çürüntülü 
horizontun rənginin bir qədər açıqlaşması, lövhəvari struktur, bir sıra hallarda səthdə “bozqırkeçəsinin” inkişaf 
etməsi və s. kimi əlamətlər uzun müddət davam etmiş bozqırlaşma prosesinin nəticəsi kimi qeyd edilməlidir. 
Çəmən-boz torpaqların yayıldığı  ərazilər üçün isti və  şaxtasız qışı, quru və isti yayı olan subtropik 
yarımsəhra iqlimi səciyyəvidir. Havanın orta illik temperaturu 12,5-14,6
0
, yağıntıların miqdarı isə 215-310 mm 
arasında tərəddüd edir. 
Təsvir edilən torpaqların genezisində hidroloji rejim, xüsusilə qrunt sularının rejim və səviyyəsi mühüm rol 
oynayır. Qrunt sularının səviyyəsinə torpaqəmələgətirici süxurların xarakteri, relyef şəraiti, insanın təsərrüfat 
fəaliyyəti  əhəmiyyətli təsir göstərir və çox vaxt 3-5 m arasında dəyişir. Kür-Araz ovalığının daha çox 
mənimsənilən şərq hissəsində qrunt sularının səviyyəsi qərb hissəyə nisbətən yüksək olur. 
Çəmən-boz torpaqların inkişaf etdiyi ərazilərdə delüvial-allüvial lösşəkilli gillicələr, bir çox hallarda isə 
karbonatlı, yaxud duzlu allüvial gillicələr əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır. 
Torpaqların profilində keçmiş yüksək rütubətlənmənin  əlamətləri (pas ləkələri, orta hissənin göyümtül 
çalarlığı) aydın seçilir. Bundan başqa ağgözcüklər horizontu, profilin orta və  aşağı hissələrində gips 
damarcıqları  və  dənəcikləri də yaxşı müşahidə edilir. Profilin aydın  şəkildə differensiasiya etməsi, humuslu 
horizontun (A+B) xam sahələrdə 30-35, qədimdən suvarılan sahələrdə 40-45 sm təşkil etməsi, toxunulmamış 
sahələrdə nazik çim qatının olması, illüvial-karbonatlı horizontun çəkilməsi də bu torpaqların morfoloji 
quruluşunun əsas diaqnostik  göstəricilərindəndir. 
Çəmən-boz torpaqlar qrunt sularının rejimi və yerləşmə  səviyyəsindən asılı olaraq aşağıdakı yarımtiplərə 
ayrılır: çəmənləşmiş-boz və çəmən-boz. 
Çəmənləşmiş-boz torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqların yayılma arealı nisbətən 
məhduddur. Çəmənləşmiş-boz torpaqların formalaşmasında səth suları başlıca rol oynayır, qrunt sularının rolu 
isə çox məhduddur. Suvarma mövsümündə qrunt sularının səviyyəsinin müəyyən qədər qalxması müşahidə 
edilir. 
Humus profilinin qısa olması, çürüntü maddələrinin  əsas hissəsinin A

horizontunda toplanması, xam 
sahələrdə çim qatının müşahidə edilməsi bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir. 
Çəmənləşmiş-boz torpaqların üst A
1
 horizontunda humusun miqdarı yüksək olmayıb 1,7±0,45%, humusaltı qatda 

 
206
isə 1,3-1,4% olub, aşağıya doğru kəskin şəkildə azalır (Salayev, 1991). Humus humat tiplidir. Ch/Cf nisbəti vahiddən 
böyükdür. Ümumi azotun miqdarı üst qatda 0,17±0,5% təşkil edir. 
Təsvir edilən torpaqların humus horizontunda karbonatlı birləşmələrin miqdarı nisbətən azdır. Karbonatların 
maksimum miqdarı profilin orta hissələrində (B
1
, B
2
) müşahidə edilir. Torpaqların mənimsənilən və suvarılan 
variantlarında karbonatlı horizontun xeyli aşağı düşməsi müşahidə edilir. 
Udulmuş əsasların miqdarına görə profilin kəskin differensiasiyası müşahidə edilmir. Üst qatda onun orta  
miqdarı 23,4±1,8 m-ekv. təşkil edir. Udulmuş  əsaslar içərisində Ca
2+
  və Mg
2+
 kationları üstünlük təşkil edir. 
Torpaq mühitinin reaksiyası qələvi olub, pH-ın qiyməti üst qatdan aşağıya doğru artır (8,2-8,7). 
Qranulometrik tərkibinə görə bu torpaqlar gilli və  ağır gillicəli torpaqlar sırasına daxildir. Torpağın üst 
qatında lil hissəciklərinin və fiziki gilin orta miqdarı müvafiq şəkildə 21,1±4,7% və 58,1±3,65 təşkil edir. 
Suvarma sularının tərkibində olan narın hissəciklər hesabına torpaqların üst qatında lil hissəciklərin toplanması 
gedir. Qədimdən suvarılan torpaqlarda lil hissəciklərinin profilin orta hissələrinə yuyulub aparılması müşahidə 
edilir. 
Çəmənləşmiş  çəmən-boz torpaqlar  demək olar ki, şorlaşmamışdır, profil boyu duzlar bərabər  şəkildə 
paylanmışdır. 
Çəmən-boz torpaqlar yarımtipi. Yuxarıda təsvir edilən yarımtipdən fərqli olaraq çəmən-boz torpaqlar 
yarımtipi qrunt sularının səviyyəsinin daha yüksək olduğu və  həmin sularla rütubətlənmənin daha intensiv 
olduğu şəraitdə formalaşırlar. Bu ərazilərdə yaz-payız mövsümündə qrunt sularının səviyyəsi daha yuxarı (2,5-
3,5 m) qalxır. 
Çəmən-boz torpaqlar əlverişli rütubətlənmə  şəraitində xüsusilə yovşan-efemer senozları altında inkişaf 
edirlər. Maddələrin bioloji dövranı kifayət qədər intensiv gedir. Təsvir edilən torpaqların morfoloji quruluşu 
əvvəlki yarımtipdə olduğundan xeyli fərqlənir. Belə ki, bu torpaqlarda humus profili bir qədər qalındır (30-60 
sm). Həmin profil humusla nisbətən  bərabər rənglənmiş olur. Aşağı horizontlara doğru  karbonatların iştirakı ilə 
əlaqədar olaraq profilin rəngi açıqlaşır. 
Karbonatların miqdarı üst qatlarda nisbətən az olur. Torpaqəmələgətirici süxurlar və suvarma sularının 
tərkibində olan kalsium-karbonatlı birləşmələr karbonatların əsas mənbəyi hesab olunur. Bu horizontda CaCO
3
 
miqdarı 10-15% arasında tərəddüd edir (cədvəl 66). 
Bütövlükdə suvarma nəticəsində karbonatların aşağı qatlara aparılması müşahidə edilir. Suvarılan 
torpaqlarda adətən illüvial-karbonatlı qat olmur və karbonatların 100-200 sm-lik qatda toplanması (15,2±0,66%) 
müşahidə olunur (M.P.Babayev, 1984). Bununla yanaşı, bulanıq sularla suvarılan sahələrdə asılı  gətirmələr 
hesabına əkin qatında karbonatların müəyyən qədər (4,0-4,5%) artması baş verir. 
Cədvəl 66 
 
Çəmən-boz torpaqların əsas tərkib hissələri 
 
Kəsimin 
qoyulduğu ərazi 
Dərinlik, 
sm 
Humus, 

Azot, 

CO
2
 CaCO
3
 C/N 
 

2 3 4 
5 6 7 
Cənub-qərbi 
Azərbaycan, 
Ş.G.Həsənov, 
1978 
0-5 
2,26  0,19 1,08 2,41 7,08 
5-16  1,87  0,15 4,05 9,01 7,18 
16-37  1,04  0,09 5,04 6,76 6,94 
37-60  0,78  0,06 4,32 9,03 7,18 
60-95 0,78  - 6,06 
13,43 - 
95-125 0,47  - 6,27 
14,95 - 
125-160 0,47  - 6,33 14,10  - 
Naxçıvan MR, 
H.Əliyev,1988 
0-20 2,59 
0,26 
- 9,39 
11,9 
20-33 2,45 0,12 - 10,32 
11,4 
33-53 1,71 0,11 - 14,05 
9,0 
53-75 1,21  -  - 14,74 - 
75-110 0,49  -  - 13,67 - 
110-130 0,54  -  -  15,01  - 
130-170 0,50  -  -  14,19  - 
Mərkəzi Muğan, 
M.Salayev, 1979 
0-12 3,37 - 
3,03 -  - 
12-20 1,27  - 5,33 -  - 
20-44 0,92  - 5,88 -  - 
44-75 0,59  - 5,51 -  - 
75-115 0,59  - 5,51  -  - 

 
207
 
Təbii sahələrdə karbonatlı-illüvial horizontda qleyləşmə  və dövri rütubətlənmə  əlamətləri üzə  çıxır. B 
horizontunda pas-oxra ləkələrinin və axıntıların B
c
 və C horizontlarında isə göyümtül qley ləkələrinin olması bu 
torpaqların səciyyəvi morfoloji əlamətlərindən hesab olunur. Boz-çəmən torpaqların normal inkişaf etmiş profili 
üçün A
1
΄ - A
1
" –A
bg
 – B
g
 – C
g
 horizontlar sistemi səciyyəvidir. 
Çəmən-boz torpaqlarda humusun miqarı yuxarıda təsvir  edilən yarımtiplə müqayisədə nisbətən yüksək 
olub 2,0-3,5% arasında tərəddüd edir (orta qiyməti 2,7%). 0-50 sm-lik qatda humus ehtiyatı 40-200 t/ha təşkil 
edir. Üst qatlarla müqayisədə  əkinaltı  və daha alt qatlarda humusun miqdarının kəskin  şəkildə azalması 
müşahidə olunur. Onun əsas ehtiyatı üst qatlarda toplanır. Suvarılan torpaqlarda isə profil boyu humus nisbətən 
bərabər paylanır.  Şəffaf kəhriz və artezian suları ilə suvarma humusun mütləq miqdarının aşağı düşməsinə 
gətirib çıxarır (M.Babayev, 1984). Humus humat və humat-fulvat tiplidir. Ch/Cf nisbəti vahiddən böyükdür. 
C/N nisbəti 7,0-11,9 arasında dəyişir və bu, humifikasiya üçün müəyyən dərəcədə  əlverişli  şəraitin olduğunu 
göstərir. 
 
Çəmən-boz torpaqların udma tutumu kifayət qədər yüksəkdir və xam torpaqlar udulmuş əsaslarla əsasən 
doymuşdur (cədvəl 67). Xam torpaqların A
1
 horizontunda udulmuş əsasların miqdarı 100 q torpaqda 21-26 m-
ekv arasında dəyişir. Bəzi növmüxtəlifliklərində 40-50 sm-dən zəif  şorakətlilik  əlamətləri müşahidə edilir. 
Udulmuş əsaslar içərisində kalsium və maqnezium üstünlük təşkil edir. Torpaq mühitinin reaksiyası neytral və 
zəif qələvidir. 
Cədvəl 67 
 
Çəmən-boz torpaqların udma tutumu və pH göstəricisi 
 
Kəsimin 
qoyulduğu ərazi 
Dərinlik, 
sm 
Udulmuş əsasların miqdarı, 
m-ekv 
pH 
Ca Mg Na Cəmi 
 

2  3 4 5 6 7 
Naxçıvan MR, 
H.Ə.Əliyev,1988 
0-22  21,3 3,4  0,7 25,4 7,8 
22-50  18,9 2,7  0,7 22,3 8,1 
50-80  21,1 3,4  0,4 24,9 8,0 
80-100 18,1 3,1  0,4 21,6 8,0 
100-140 14,4 3,4  0,6 18,4 8,0 
Cənub-qərbi 
Azərbaycan, 
Ş.G.Həsənov, 
1978 
0-5 15,59 
5,16 1,1 
21,85 
8,0 
5-16 16,33 
7,31 1,6 35,24 
7,3 
16-37 16,31 5,50 1,5 23,31 
7,6 
37-60 10,60 
11,76 2,0 24,36 
7,6 
60-95 10,18 8,56 3,2 21,94 
7,9 
95-125 11,14 8,03  4,0 23,17 8,2 
Şirvan düzü, 
M.Salayev, 1979 
0-30  9,0 3,,4 1,7 14,1 8,6 
30-54  9,0 3,4 2,0 14,4 - 
54-93 11,0 3,8 1,,9 16,7 - 
93-100 8,1 2,2 2,0 12,3 - 
 
Qranulometrik tərkibinə görə çəmən-boz torpaqlarda ağır gillicəli və gilli növmüxtəliflikləri üstünlük təşkil 
edir, profilin differensiasiyası aydın nəzərə çarpır. Lil hissəciklərinin və fiziki gilin orta miqdarı torpağın üst 
horizontunda müvafiq şəkildə 23,5±2,4 və 63,5±4,1% təşkil edir. Profilin orta hissələrində (B) lil hissəciklərinin 
daha çox toplanması  nəzərə çarpır. Xam sahələrlə müqayisədə  qədimdən lilli sularla suvarılan torpaqların üst 
qatında fiziki gilin miqdarı 4-6% yüksək olur. 
Çəmən-boz torpaqların tərkibində nəzərə çarpacaq dərəcədə asan həll olunan duzlar vardır. Dərinliyə doğru 
duzların mütləq miqdarının və ehtiyatının artması baş verir. Üst qatlarda quru qalığın miqdarı 0,15-0,74% 
arasında dəyişir. Duzların əsas hissəsi 25-30 sm-dən 80-100 sm-dək dərinlikdə toplanır. Bu torpaqların arasında 
dərindən şorlaşmış və şorakətvari növlərinə də rast gəlinir. Bu hallarda  quru qalığın miqdarı 1,6-1,8%, udulmuş 
natriumunku isə 1,0-3,5 m-ekv təşkil edir. Duzların tərkibi sulfatlı xloridlidir. 
Çəmən-boz torpaqlarının  şoranvari,  şorakətvari, mergelləşmiş qleyləşmiş, suvarılan cinsləri ayrılır 
(Salayev, 1991). Yüksək bonitetli torpaqlar  sırasına daxil edilən bu torpaqlardan əsasən pambıq, taxıl və bostan 
bitkiləri üçün istifadə olunur. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin