§68. Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi (şabalıdı) torpaqlar zonasında (subtropik çöllər
qurşağında) kiçik massivlər şəklində yayılmışdır. Bu torpaqlar əsasən relyefin alçaq elementlərində (dağətəyi
şleyflər, alçaq çay terrasları, quru çay dərələrinin dibi və s.) formalaşırlar.
Torpaqəmələgəlmə prosesində səthə
nisbətən yaxın yerləşən qrunt suları, eləcə də nisbətən yüksək ətraf sahələrdən gələn səth suları mühüm rol
oynayır. Bu prosesdə suvarma sularının da müəyyən əhəmiyyəti vardır. İzafi rütubətlənmə şəraitndə sürünən
ayrıq, çayır, südləyən, şoranotu və s. çimyaradan otların fəal iştirakı ilə çiməmələgəlmə prosesi inkişaf edir. Bir
çox hallarda xam sahələrdə profilin üst hissəsində qalınlığı 10-12, bəzən isə 15 sm-ə çatan çim yarımhorizontu
(Aç) ayrılır.
Təsvir edilən torpaqların səciyyəvi xüsusiyyəti olan yarımhirdomorf rejim bu torpaqların çəmənləşməsinə
səbəb olur. Bu proses isə tünd rəngli çürüntü horizontunun, profildə pas ləkələrinin əmələ gəlməsinə,
çimləşməyə təsir göstərir. Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar boz-qəhvəyi (şabalıdı) torpaqların əsas
morfoloji əlamətlərini saxlasa da bir sıra hidromorfluq xüsusiyyətlərini özündə əks etdirir. Bu xüsusiyyətlər hər
şeydən əvvəl humus horizontunun aşağıya doğru çəkilməsində, profilin orta hissələrində gilləşmə əlamətlərinin
olmasında və s. özünü göstərir.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yüksək münbitliyə malikdir. Bu səbəbdən də göstərilən torpaqların
böyük hissəsi kənd təsərrüfatı bitkiləri altında istifadə edilir. Şumlanmayan sahələr biçənək və örüş sahələri
altında istifadə olunur. Bu torpaqların suvarılan, qədimdən suvarılan və mədəniləşdirilmiş variantlarına rast
gəlinir. Ərazinin drenləşmə (parçalanma) dərəcəsindən, qrunt sularının dərinliyindən, hidroloji rejimin
xüsusiyyətlərindən asılı olaraq çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların aşağıdakı yarımtipləri ayrılır: səthdən
çəmənləşmiş boz-qəhvəyi (şabalıdı), çəmənləşmiş boz-qəhvəyi (şabalıdı), çəmən boz-qəhvəyi (şabalıdı)
torpaqlar.
Səthdən çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar daha
çox drenləşmiş ərazilərdə maili şleyflərdə formalaşırlar. Qrunt suları dərində yerləşdiyindən torpaqəmələgəlmə
prosesinə fəal təsir göstərə bilmirlər. Torpaqların rütubətlənməsi əsas etibarilə ətraf yamaclardan axıb gələn səth
sularının hesabına baş verir. Təbii halda torpaqların üst hissəsində çim qatı əmələ gəlir. Təsvir edilən torpaqlar
kifayət qədər humus ehtiyatına malikdirlər. Tək-tək hallarda profilin yuxarı hissələrində qleyləşmə əlamətləri
müşahidə edilir.
Çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar. Digər yarımtipə daxil olan torpaqlardan fərqli olaraq
çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqların formalaşmasında dövri olaraq (rütubətli mövsümlərdə) qrunt
suları da iştirak edir. Bu torpaqların yayıldığı nisbətən yüksək və zəif drenləşmiş çay terraslarında qrunt suları
adətən 4-6 m dərinlikdə yerləşir. Lakin təsvir edilən torpaqların əmələ gəlməsində səthi rütubətlənmə daha
203
böyük rol oynayır.
Torpaqəmələgəlmə şəraiti və xüsusilə çəmən bitkilərinin ümumi fitokütləsinin təsiri ilə çəmənləşmiş boz-
qəhvəyi (şabalıdı) torpaqlarda humusun miqdarı kifayət qədər yüksək olur. Bu torpaqlarda humus horizontunun
aşağı qatlara çəkilməsi ilə əlaqədar olaraq humuslu profil (A+) qalın olur və bəzi hallarda 60-70 sm-ə çatır.
Qleyləşmə prosesi ilə əlaqədar olaraq profilin orta hissəsində göyümtül pas ləkələri müşahidə edilir. Duzlu
birləşmələr adətən profilin aşağı hissəsində toplanırlar. Bu torpaqların morfoloji xüsusiyyətləri iilə tanış olmaq
üçün az meylli dağətəyi düzənlikdə üzümlüklər altında M.E.Salayev tərəfindən qoyulmuş kəsimin təsvirini
nəzərdən keçirək.
A
1
- qonurumtul-şabalıdı, tozvari, layvari, ağır gillicəli, yumşaqvari, çoxlu köklər, təzə, tədricidir,
qaynayır. Qalınlığı 0-18 sm.
A
2
- qəhvəyi çalarlı, qonurvari, topavari, gilli, bərkvari, soxulcan yolları, çoxlu canlı və yarımçürümüş
köklər, tək-tək karbonat damarcıqları, nəmvari, keçidi tədricidir, qaynayır. Qalınlığı 18-32 sm.
A/B - qonur-sarı, qozvari-topavari, ağır gilli, çatvari, köklər azdır, göyümtül pas ləkələri, qleyləşmiş,
torpaqeşənlərin yolları, nəmvari, karbonat ağgözcükləri, keçidi tədrici, güclü qaynayır, Qalınlığı 32-58 sm.
B
1
- bozumtul sarı çalarlı, qonurumtul tünd göy, topavari-kəltənvari, ağır gilli, bərkvari, güclü qleyləşmiş,
çoxlu iri göyümtül pas ləkələri, yumşaq karbonat ağgözcükləri, rütubətli, keçidi hiss olunur. Qalınlığı 58-80 sm.
B
2
– qonurumtul-sarı, ağırgilli, iri topavari-kəltənvari, bərkvari, karbonat ağgözcükləri, tək-tək süxur
qırıntıları, təzə, keçidi tədricidir. Qalınlığı 80-102 sm.
C – sarımtıl-boz, ağır gillicəli, strukturu ifadə olunmamışdır, laylı, təzə, şiddətli qaynayır.
Morfoloji quruluşun təsvirindən göründüyü kimi çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar üçün
qleyləşmə əlamətlərinin aydın seçilməsi, qleyləşmiş horizontun isə nisbətən profilin üst hissəsində yerləşməsi
səciyyəvidir. Təsvir edilən torpaqlarda karbonatlı və humuslu horizontların aşağı qatlara doğru çəkilməsi
müşahidə edilir.
Profilin üst hissəsində humusun miqdarı 2,1-2,4% təşkil edir. Aşağı horizontlara doğru onun miqdarı
tədricən azalır. Humus humat tiplidir. Humin turşusunun fulvoturşularına nisbəti vahiddən böyükdür. Ümumi
azotun miqdarı adətən 0,11-0,12% -dən artıq olur. C/N nisbəti 8,5-12,5 arasında dəyişir. Təsvir edilən torpaqlar
əsaslarla doymuş torpaqlar qrupuna daxildir. Udma tutumunun cəmi (100 q torpaqda 23,8-33,4 mq-ekv) tünd
boz-qəhvəyi (şabalıdı) torpaqlardakına yaxındır. Torpaq mühitinin reaksiyası üst horizontlarda neytral və zəif
qələvi olan (pH 7,3-7,5) dərinliyə getdikcə qələvidir (pH 7,8-8,0).
Çəmənləşmiş boz-qəhvəyi (şabalıdı) torpaqlar qranulometrik tərkibinə görə gilli və gillicəli növmüxtəlifliklərindən
ibarətdir. Profilin orta hissələrində (AB və B horizontlarında) lil hissəciklərinin toplanması müşahidə edilir.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqlar nisbətən yüksək və
zəif drenləşmiş çay terraslarında, qrunt sularının yer səthinə daha yaxın (2-3 m) yerləşdiyi sahələrdə formalaşır.
Torpaqəmələgəlmə prosesinə səthə yaxın yerləşən qrunt suları çox böyük təsir göstərir. Bundan başqa relyefin
nisbətən alçaq elementlərində yayıldığı üçün bu torpaqların rütubətlənməsində ətraf yamaclardan axıb gələn səth
suları da müəyyən rol oynayır.
Qrunt suları səthə yaxın yerləşdiyindən torpaqlar uzun müddət həmin sularla rütubətlənir və
qleyəmələgəlmə üçün əlverişli şərait yaranır. Bu da torpaqların morfoloji quruluşunda öz əksini tapır. Çəmən
boz-qəhvəyi (şabalıdı) torpaqlar üçün qleyləşmə prosesinin profilin aşağı hissəsində daha güclü getməsi
(profildə göyümtül-pas ləkələrinin aydın seçilməsi), humuslu horizontun aşağı çəkilməsi və humusla daha
dərindən rənglənməsi, B və B/C horizontlarının aydın gilləşməsi, karbonat gözcüklərinin ifadə olunmaması və s.
səciyyəvidir.
Ağır qranulometrik tərkibə mailk delüvial, prolüvial və eləcə də prolüvial-allüvial çöküntülər bu torpaqların
yayıldığı ərazilərdə əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların morfoloji quruluşu ilə tanış olmaq üçün onların səciyyəvi
kəsiminin təsvirini nəzərdən keçirək (M.E.Salayevə görə).
A
1
- zəif çimləşmiş yumşaq quruluşu qat, dənəvari-tozvari, yaxşı aqreqatlaşmış, ağır gillicəli, bioloji
cəhətdən yaxşı işlənmiş, zəif qaynayır, keçidi hiss olunur. Qalınlığı 26±2,6.
A
2
– qəhvəyi çalarlı qaramtıl-qonur, xırda topavari-dənəvari, yaxşı aqreqatlaşmış, bir qədər bərkimiş, çoxlu
ot kökləri, bioloji cəhətdən yaxşı işlənmişdir, soxulcan və qarışqa yolları, tək-tək karbonat damarcıqları, keçidi
tədrici, qaynayır. Qalınlığı 24±2 sm.
A/B - yuxarıdakı horizontun rəngini təkrarlayır, aşağı sərhədində zəif göyümtül-oxra rəngli, çoxlu
kömürləşmiş bitki qalıqları, topavari-qozvari, gilli, gilləşmiş, bərkvari, karbonat nöqtə və yalançı mitselləri,
çoxlu canlı və ölü köklər, nəmvari, keçidi tədrici. Qalınlığı 17±8 sm.
B – yaşımtıl çalarlı qonurumtul-göy, nəm halda struktur seçilmir, quruduqda iri kəltənlərə bölünür, çatvari,
üst hissəsində humus axıntıları, nəm, tək-tək süxur qırıntıları, qaynayır, keçidi aydın. Qalınlığı 28±2 sm.
C – xırda çınqıl qarışıq delüvial karbonatlı gillicələr, qonurumtul-sarı rəngli, bərkvari, qleyləşmə əlamətləri,
qrunt sularının təsiri hiss olunur.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlarda humusun miqdarı digər yarımtiplərdə, eləcə də tipik boz-
204
qəhvəyi (şabalıdı) torpaqlarda olduğuna nisbətən yüksəkdir. A horizontunda humusun miqdarının orta riyazi
qiyməti 2,7% təşkil edir (cədvəl 65). Lakin bu torpaqların suvarılan variantlarının şum qatında humusun
miqdarı daha yüksək olub bir çox hallarda 3,5-4,0% -ə çatır. Aşağı horizontlara doğru humus tədricən azalır.
Bəzi hallarda 100-125 sm dərinlikdə belə humusun miqdarı 1%-dən yüksək olur. Bu humuslu qatın aşağı
çəkilməsi ilə əlaqədar olub mədəniləşdirilmiş torpaqlarda daha çox müşahidə edilir.
Cədvəl 65
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların əsas və fiziki-kimyəyi göstəriciləri (M.E.Salayev)
Dərinlik,
sm
Humus,
%
Azot,
%
CO
2
Udma
tutumu,
mq-ekv
pH
<0,001
mm
<0,01
mm
0-26 2,65
0,22
4,60
29,84
7,9
28,10
67,50
26-50 2,03 0,18
4,75
28,80
8,1
29,30
65,80
50-78 1,57 - 4,,82
29,00
8,2
31,90
70,14
78-104 1,32 - 5,15 29,15 8,3
30,83
72,19
104-132 1,19 - 5,78 25,23 8,3 -
-
132-164 0,92 - 5,07 28,92 8,4 31,47 70,50
205
Humus üst qatlarda humat, alt qatlarda isə humat-fulvat və ya fulvat tiplidir. Ch/Cf üst qatlarda 1,4-1,8-ə
çatır.
Cədvəldən də göründüyü kimi təsvir edilən torpaqlar gilli torpaqlar sırasına daxildir. Qranulometrik
tərkibinə görə profilin kəskin differensiasiyası müşahidə edilmir. Fiziki gilin profilin orta hissəsində bir qədər
(3-5%) artıq toplanması müəyyən edilmişdir. Qranulometrik tərkib (torpaqların gilli olması) və humusun
miqdarının nisbətən yüksəkliyi və tərkibi ilə əlaqədar çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların udma tutumu da
kifayət qədər yüksəkdir. Üst qatda onun miqdarı adətən 100 q torpaqda 29-33 m-ekv arasında dəyişir. Lil
hissəciklərinin profilin orta hissəsində nisbətən çox toplandığı hallarda (məsələn, suvarılan, mədəniləşdirilmiş
variantlarında) udma tutumunun həmin hissədə bir qədər yüksək olması müşahidə olunur. Udulmuş əsaslar
içərisində Ca
2+
üstünlük təşkil edir. Şorakətli növlərində udulmuş Mg
2+
miqdarı yüksək olur.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqlarda mühitin reaksiyası qələvidir (pH 8,0-8,4). Bu torpaqların
şoranvari növmüxtəlifliklərinə məhdud sahədə rast gəlinir, əsas sahələr isə demək olar ki, şorlaşmamışdır. Quru
qalığın miqdarı adətən 0,2-0,3%-dən yüksək olmur. Duzların tərkibində sulfatların miqdarı üstünlük təşkil edir.
Karbonatların miqdarı profilin orta hissəsində üst qata nisbətən 1-2% yüksək olub orta hesabla 5,8-1,5% təşkil
edir.
Çəmən boz-qəhvəyi (şabalıdı) torpaqların karbonatlı, şorakətvari, şoranvari cinsləri ayrılır. Bu torpaqlar
yüksək bonitetli torpaqlar olub yüksək potensial münbitliyə malik olması ilə fərqlənir.
§ 69. Çəmən-boz torpaqlar
Çəmən-boz torpaqlar Azərbaycan Respublikası ərazisində ən geniş yayılmış torpaq tiplərindən biri olmaqla
əsasən Kür-Araz ovalığında, Naxçıvan MR-in düzənlik rayonlarında, Samur-Dəvəçi ovalığında geniş massivlər
şəklində təmsil olunmuşdur. Bu torpaqlar meylli şleyflərdə, Kür və Arazın allüvial
düzənliklərində bir çox
hallarda depresiya çökəkliklərdə formalaşırlar. Çəmən-boz torpaqlarının inkişafına qrunt və səth suları böyük
təsir göstərir və bu proses adətən yarımhidromorf şəraitdə əmələ gəlir. Bu torpaqlar keçid tipli olub quru çöllərin
boz-qəhvəyi (şabalıdı) və çəmən boz-qəhvəyi (şabalıdı) torpaqları ilə daha quraq şəraitdə inkişaf edən boz
torpaqlar arasındakı zolaqda yayılmışlar. Təsvir edilən torpaqların çox geniş sahələri suvarma əkinçiliyində
istifadə olunur.
Çəmən-boz torpaqlarının profilində müşahidə olunan hidromorfizm əlamətləri (qleyləşmə, şorlaşma və s.)
bu torpaqların vaxtilə subasar (vadi)-delta rejimində inkişaf etdiyini göstərir. Sonrakı dövrlərdə Xəzərin geri
çəkilməsi ilə əlaqədar olaraq bu torpaqların yayıldığı ərazilərdə qrunt sularının səviyyəsi aşağı düşmüş, ərazi
təbii drenləşməyə məruz qalmış və beləliklə, torpaqların bozqırlaşması prosesi getmişdir. Efemerlərin, mayer
yovşanı, soğanaqlı qırtıc və s. bitkilərin yayılması, karbonatlı horizontun səviyyəsinin qalxması, çürüntülü
horizontun rənginin bir qədər açıqlaşması, lövhəvari struktur, bir sıra hallarda səthdə “bozqırkeçəsinin” inkişaf
etməsi və s. kimi əlamətlər uzun müddət davam etmiş bozqırlaşma prosesinin nəticəsi kimi qeyd edilməlidir.
Çəmən-boz torpaqların yayıldığı ərazilər üçün isti və şaxtasız qışı, quru və isti yayı olan subtropik
yarımsəhra iqlimi səciyyəvidir. Havanın orta illik temperaturu 12,5-14,6
0
, yağıntıların miqdarı isə 215-310 mm
arasında tərəddüd edir.
Təsvir edilən torpaqların genezisində hidroloji rejim, xüsusilə qrunt sularının rejim və səviyyəsi mühüm rol
oynayır. Qrunt sularının səviyyəsinə torpaqəmələgətirici süxurların xarakteri, relyef şəraiti, insanın təsərrüfat
fəaliyyəti əhəmiyyətli təsir göstərir və çox vaxt 3-5 m arasında dəyişir. Kür-Araz ovalığının daha çox
mənimsənilən şərq hissəsində qrunt sularının səviyyəsi qərb hissəyə nisbətən yüksək olur.
Çəmən-boz torpaqların inkişaf etdiyi ərazilərdə delüvial-allüvial lösşəkilli gillicələr, bir çox hallarda isə
karbonatlı, yaxud duzlu allüvial gillicələr əsas torpaqəmələgətirici süxurlar rolunu oynayır.
Torpaqların profilində keçmiş yüksək rütubətlənmənin əlamətləri (pas ləkələri, orta hissənin göyümtül
çalarlığı) aydın seçilir. Bundan başqa ağgözcüklər horizontu, profilin orta və aşağı hissələrində gips
damarcıqları və dənəcikləri də yaxşı müşahidə edilir. Profilin aydın şəkildə differensiasiya etməsi, humuslu
horizontun (A+B) xam sahələrdə 30-35, qədimdən suvarılan sahələrdə 40-45 sm təşkil etməsi, toxunulmamış
sahələrdə nazik çim qatının olması, illüvial-karbonatlı horizontun çəkilməsi də bu torpaqların morfoloji
quruluşunun əsas diaqnostik göstəricilərindəndir.
Çəmən-boz torpaqlar qrunt sularının rejimi və yerləşmə səviyyəsindən asılı olaraq aşağıdakı yarımtiplərə
ayrılır: çəmənləşmiş-boz və çəmən-boz.
Çəmənləşmiş-boz torpaqlar yarımtipi. Bu yarımtipə daxil olan torpaqların yayılma arealı nisbətən
məhduddur. Çəmənləşmiş-boz torpaqların formalaşmasında səth suları başlıca rol oynayır, qrunt sularının rolu
isə çox məhduddur. Suvarma mövsümündə qrunt sularının səviyyəsinin müəyyən qədər qalxması müşahidə
edilir.
Humus profilinin qısa olması, çürüntü maddələrinin əsas hissəsinin A
1
horizontunda toplanması, xam
sahələrdə çim qatının müşahidə edilməsi bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir.
Çəmənləşmiş-boz torpaqların üst A
1
horizontunda humusun miqdarı yüksək olmayıb 1,7±0,45%, humusaltı qatda
206
isə 1,3-1,4% olub, aşağıya doğru kəskin şəkildə azalır (Salayev, 1991). Humus humat tiplidir. Ch/Cf nisbəti vahiddən
böyükdür. Ümumi azotun miqdarı üst qatda 0,17±0,5% təşkil edir.
Təsvir edilən torpaqların humus horizontunda karbonatlı birləşmələrin miqdarı nisbətən azdır. Karbonatların
maksimum miqdarı profilin orta hissələrində (B
1
, B
2
) müşahidə edilir. Torpaqların mənimsənilən və suvarılan
variantlarında karbonatlı horizontun xeyli aşağı düşməsi müşahidə edilir.
Udulmuş əsasların miqdarına görə profilin kəskin differensiasiyası müşahidə edilmir. Üst qatda onun orta
miqdarı 23,4±1,8 m-ekv. təşkil edir. Udulmuş əsaslar içərisində Ca
2+
və Mg
2+
kationları üstünlük təşkil edir.
Torpaq mühitinin reaksiyası qələvi olub, pH-ın qiyməti üst qatdan aşağıya doğru artır (8,2-8,7).
Qranulometrik tərkibinə görə bu torpaqlar gilli və ağır gillicəli torpaqlar sırasına daxildir. Torpağın üst
qatında lil hissəciklərinin və fiziki gilin orta miqdarı müvafiq şəkildə 21,1±4,7% və 58,1±3,65 təşkil edir.
Suvarma sularının tərkibində olan narın hissəciklər hesabına torpaqların üst qatında lil hissəciklərin toplanması
gedir. Qədimdən suvarılan torpaqlarda lil hissəciklərinin profilin orta hissələrinə yuyulub aparılması müşahidə
edilir.
Çəmənləşmiş çəmən-boz torpaqlar demək olar ki, şorlaşmamışdır, profil boyu duzlar bərabər şəkildə
paylanmışdır.
Çəmən-boz torpaqlar yarımtipi. Yuxarıda təsvir edilən yarımtipdən fərqli olaraq çəmən-boz torpaqlar
yarımtipi qrunt sularının səviyyəsinin daha yüksək olduğu və həmin sularla rütubətlənmənin daha intensiv
olduğu şəraitdə formalaşırlar. Bu ərazilərdə yaz-payız mövsümündə qrunt sularının səviyyəsi daha yuxarı (2,5-
3,5 m) qalxır.
Çəmən-boz torpaqlar əlverişli rütubətlənmə şəraitində xüsusilə yovşan-efemer senozları altında inkişaf
edirlər. Maddələrin bioloji dövranı kifayət qədər intensiv gedir. Təsvir edilən torpaqların morfoloji quruluşu
əvvəlki yarımtipdə olduğundan xeyli fərqlənir. Belə ki, bu torpaqlarda humus profili bir qədər qalındır (30-60
sm). Həmin profil humusla nisbətən bərabər rənglənmiş olur. Aşağı horizontlara doğru karbonatların iştirakı ilə
əlaqədar olaraq profilin rəngi açıqlaşır.
Karbonatların miqdarı üst qatlarda nisbətən az olur. Torpaqəmələgətirici süxurlar və suvarma sularının
tərkibində olan kalsium-karbonatlı birləşmələr karbonatların əsas mənbəyi hesab olunur. Bu horizontda CaCO
3
miqdarı 10-15% arasında tərəddüd edir (cədvəl 66).
Bütövlükdə suvarma nəticəsində karbonatların aşağı qatlara aparılması müşahidə edilir. Suvarılan
torpaqlarda adətən illüvial-karbonatlı qat olmur və karbonatların 100-200 sm-lik qatda toplanması (15,2±0,66%)
müşahidə olunur (M.P.Babayev, 1984). Bununla yanaşı, bulanıq sularla suvarılan sahələrdə asılı gətirmələr
hesabına əkin qatında karbonatların müəyyən qədər (4,0-4,5%) artması baş verir.
Cədvəl 66
Çəmən-boz torpaqların əsas tərkib hissələri
Kəsimin
qoyulduğu ərazi
Dərinlik,
sm
Humus,
%
Azot,
%
CO
2
CaCO
3
C/N
1
2 3 4
5 6 7
Cənub-qərbi
Azərbaycan,
Ş.G.Həsənov,
1978
0-5
2,26 0,19 1,08 2,41 7,08
5-16 1,87 0,15 4,05 9,01 7,18
16-37 1,04 0,09 5,04 6,76 6,94
37-60 0,78 0,06 4,32 9,03 7,18
60-95 0,78 - 6,06
13,43 -
95-125 0,47 - 6,27
14,95 -
125-160 0,47 - 6,33 14,10 -
Naxçıvan MR,
H.Əliyev,1988
0-20 2,59
0,26
- 9,39
11,9
20-33 2,45 0,12 - 10,32
11,4
33-53 1,71 0,11 - 14,05
9,0
53-75 1,21 - - 14,74 -
75-110 0,49 - - 13,67 -
110-130 0,54 - - 15,01 -
130-170 0,50 - - 14,19 -
Mərkəzi Muğan,
M.Salayev, 1979
0-12 3,37 -
3,03 - -
12-20 1,27 - 5,33 - -
20-44 0,92 - 5,88 - -
44-75 0,59 - 5,51 - -
75-115 0,59 - 5,51 - -
207
Təbii sahələrdə karbonatlı-illüvial horizontda qleyləşmə və dövri rütubətlənmə əlamətləri üzə çıxır. B
horizontunda pas-oxra ləkələrinin və axıntıların B
c
və C horizontlarında isə göyümtül qley ləkələrinin olması bu
torpaqların səciyyəvi morfoloji əlamətlərindən hesab olunur. Boz-çəmən torpaqların normal inkişaf etmiş profili
üçün A
1
΄ - A
1
" –A
bg
– B
g
– C
g
horizontlar sistemi səciyyəvidir.
Çəmən-boz torpaqlarda humusun miqarı yuxarıda təsvir edilən yarımtiplə müqayisədə nisbətən yüksək
olub 2,0-3,5% arasında tərəddüd edir (orta qiyməti 2,7%). 0-50 sm-lik qatda humus ehtiyatı 40-200 t/ha təşkil
edir. Üst qatlarla müqayisədə əkinaltı və daha alt qatlarda humusun miqdarının kəskin şəkildə azalması
müşahidə olunur. Onun əsas ehtiyatı üst qatlarda toplanır. Suvarılan torpaqlarda isə profil boyu humus nisbətən
bərabər paylanır. Şəffaf kəhriz və artezian suları ilə suvarma humusun mütləq miqdarının aşağı düşməsinə
gətirib çıxarır (M.Babayev, 1984). Humus humat və humat-fulvat tiplidir. Ch/Cf nisbəti vahiddən böyükdür.
C/N nisbəti 7,0-11,9 arasında dəyişir və bu, humifikasiya üçün müəyyən dərəcədə əlverişli şəraitin olduğunu
göstərir.
Çəmən-boz torpaqların udma tutumu kifayət qədər yüksəkdir və xam torpaqlar udulmuş əsaslarla əsasən
doymuşdur (cədvəl 67). Xam torpaqların A
1
horizontunda udulmuş əsasların miqdarı 100 q torpaqda 21-26 m-
ekv arasında dəyişir. Bəzi növmüxtəlifliklərində 40-50 sm-dən zəif şorakətlilik əlamətləri müşahidə edilir.
Udulmuş əsaslar içərisində kalsium və maqnezium üstünlük təşkil edir. Torpaq mühitinin reaksiyası neytral və
zəif qələvidir.
Cədvəl 67
Çəmən-boz torpaqların udma tutumu və pH göstəricisi
Kəsimin
qoyulduğu ərazi
Dərinlik,
sm
Udulmuş əsasların miqdarı,
m-ekv
pH
Ca Mg Na Cəmi
1
2 3 4 5 6 7
Naxçıvan MR,
H.Ə.Əliyev,1988
0-22 21,3 3,4 0,7 25,4 7,8
22-50 18,9 2,7 0,7 22,3 8,1
50-80 21,1 3,4 0,4 24,9 8,0
80-100 18,1 3,1 0,4 21,6 8,0
100-140 14,4 3,4 0,6 18,4 8,0
Cənub-qərbi
Azərbaycan,
Ş.G.Həsənov,
1978
0-5 15,59
5,16 1,1
21,85
8,0
5-16 16,33
7,31 1,6 35,24
7,3
16-37 16,31 5,50 1,5 23,31
7,6
37-60 10,60
11,76 2,0 24,36
7,6
60-95 10,18 8,56 3,2 21,94
7,9
95-125 11,14 8,03 4,0 23,17 8,2
Şirvan düzü,
M.Salayev, 1979
0-30 9,0 3,,4 1,7 14,1 8,6
30-54 9,0 3,4 2,0 14,4 -
54-93 11,0 3,8 1,,9 16,7 -
93-100 8,1 2,2 2,0 12,3 -
Qranulometrik tərkibinə görə çəmən-boz torpaqlarda ağır gillicəli və gilli növmüxtəliflikləri üstünlük təşkil
edir, profilin differensiasiyası aydın nəzərə çarpır. Lil hissəciklərinin və fiziki gilin orta miqdarı torpağın üst
horizontunda müvafiq şəkildə 23,5±2,4 və 63,5±4,1% təşkil edir. Profilin orta hissələrində (B) lil hissəciklərinin
daha çox toplanması nəzərə çarpır. Xam sahələrlə müqayisədə qədimdən lilli sularla suvarılan torpaqların üst
qatında fiziki gilin miqdarı 4-6% yüksək olur.
Çəmən-boz torpaqların tərkibində nəzərə çarpacaq dərəcədə asan həll olunan duzlar vardır. Dərinliyə doğru
duzların mütləq miqdarının və ehtiyatının artması baş verir. Üst qatlarda quru qalığın miqdarı 0,15-0,74%
arasında dəyişir. Duzların əsas hissəsi 25-30 sm-dən 80-100 sm-dək dərinlikdə toplanır. Bu torpaqların arasında
dərindən şorlaşmış və şorakətvari növlərinə də rast gəlinir. Bu hallarda quru qalığın miqdarı 1,6-1,8%, udulmuş
natriumunku isə 1,0-3,5 m-ekv təşkil edir. Duzların tərkibi sulfatlı xloridlidir.
Çəmən-boz torpaqlarının şoranvari, şorakətvari, mergelləşmiş qleyləşmiş, suvarılan cinsləri ayrılır
(Salayev, 1991). Yüksək bonitetli torpaqlar sırasına daxil edilən bu torpaqlardan əsasən pambıq, taxıl və bostan
bitkiləri üçün istifadə olunur.
Dostları ilə paylaş: |