§ 73. Şoran torpaqlar
Tərkibində mədəni bitkilərin normal inkişafına mane ola biləcək miqdarda suda həll olan duzlar olan
torpaqlara şoran torpaqlar deyilir. Üst qatların duzlarla zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətidir.
Zonadaxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda Azərbaycanın düzənlik rayonlarında
quru bozqır və səhra-bozqır zonasında daha geniş yayılmışdır. Şoran torpaqlar respublika ərazisinin 1,3-1,5%-ni
əhatə edir. Mil-Qarabağ, Muğan-Salyan, Şirvan düzlərində, Samur-Dəvəçi ovalığı, Naxçıvan düzü və Abşeron
yarımadasının suvarılan zonalarında bu torpaqlar daha geniş yayılmışlar. Bu torpaqların şoranlığı qərbdən
şərqə Xəzər dənizi sahillərinə doğru artır.
Kür-Araz ovalığında relyefin nisbətən çökək elementləri, bataqlıq və laqunların ətrafları, Xəzərin alçaq
terraslarının allüvial düzənlikləri üçün allüvial şorlaşma forması səciyyəvidir. Kür-Araz ovalığı ərazisinin üçdə
iki hissəsində qrunt sularının səviyyəsi torpaq səthinə nisbətən 5m-dən dayazdır. Yayda suvarma mövsümündə
qrunt suları səviyyəsinin daha da qalxması, payızda aşağı düşməsi müşahidə olunur. Torpaq səthinə yaxın
minerallı qrunt suları kapilyar hərəkəti ilə torpağın üst təbəqəsinə daxil olur və buxarlanma nəticəsində torpağı
şorlaşdırır.
Respublikamızın dağətəyi düzənliklərində dağ çaylarının konusları və vadilərində delüvial və delüvial-
prolüvial şorlaşma formalarına təsadüf edilir. Göstərilən ərazilərdə suayrıcı və dağ əkinlərinə düşən atmosfer
yağıntıları yer səthinə yaxın duzları həll edərək özü ilə bərabər dağətəyi düzənlik sahələrinə aparır. Burada
toplanan müxtəlif duzlar torpaq və qruntun duzlaşmasına səbəb olur. Delüvial-prolüvial şorlaşma formasında
çay suları ilə gətirilən duzlar hesabına çay konusu və çay vadisi torpaqlarının şorlaşması gedir.
Respublikamızın şoran torpaqları duzların anion və kationlarının nisbətinə və morfoloji əlamətlərinə görə
müxtəlif qruplara bölünür. Suda həll ola bilən duzların kimyəvi tərkibinə görə bu torpaqları aşağıdakı qruplara
bölmək olar:
Xloridli şoranlar. Bu torpaqlarda xlor ionunun miqdarı (quru qalıqda xlorun faizlə miqdarı) 40%-dən çox
olur. Xloridli şoranlar Muğan düzündə, cənub-şərqi Şirvanda, Abşeron yarımadasında, Siyəzən-Sumqayıt
massivində və s. geniş yayılmışdır.
215
Sulfatlı şoranlar. Bu şoranlarda sulfat ionu üstünlük təşkil edir. Ümumi duzların 40%-dən çoxunu
natrium-sulfat duzu təşkil edir. Göstərilən şoranlar cənubi Muğanda, Şirvan və Qarabağ düzlərində və s. geniş
yayılmışdır.
Soda ilə şorlaşmış torpaqlar. Bu növ şorlaşmış torpaqlarda əsasən natrium-karbonat və bikarbonat duzları
üstünlük təşkil edir. Sodalı şoranlara Qarabağ düzününü mərkəzi və Naxçıvan MR Araz sahili hissələrində
təsadüf olunur.
Qarışıq duzlarla şorlaşmış torpaqlar. Bu şoranlarda xlorlu-sulfatlı, xlorlu, sodalı-sulfatlı, sulfatlı-sodalı
və s. kimi duzların qarışığı əsas yer tutur. Qarışıq şoranlar bircinsli duzlarla şorlaşmış torpaqlarla müqayisədə
daha geniş yayılmışdır.
Morfoloji quruluşuna görə şoran torpaqları yumşaq, yaş və qara şoran adlanan qruplara bölmək olar.
Yumşaq şoranların üst 5-10 sm-lik qatı quru, yumşaq toz hissəciklərindən ibarətdir. Yaş şoranların tərkibində
kalsium, maqnezium xlorid duzları olduğundan üst qatı nəm vəziyyətdə olur. Qara şoranların tünd rəngdə
görünməsinin başlıca səbəbi onun tərkibində olan soda duzlarının humusu həll edərək torpaq məhlulunu qara
boyamasıdır.
Azərbaycanın şoran torpaqlarının duz toplanmanın xarakterindən və şəraitindən asılı olaraq iki genetik tipi
fərqləndirilir – avtomorf və hidromorf şoranlar.
Qrunt suyu dərində yerləşən duzlu ana süxurlar üzərində əmələ gələn torpaqlara avtomorf şoranlar deyilir.
Qrunt suları kifayət qədər dərində yerləşdiyindən torpaqəmələgəlmə prosesində iştirak etmirlər. Ana süxurlar
əsasən üçüncü və dördüncü dövrün elüvial və delüvial süxurlardan ibarət olur. Avtomorf şoranlar yuyucu
olmayan və dövri tərləmə su rejimi şəraitində inkişaf edirlər. Bu tip şoranların üst qatında duzların miqdarı 1-
2% olur, bir çox hallarda səthdə duz “qabığı” əmələ gətirir. Avtomorf şoranlar dağarası çökəkliklərdə Acınohur
və Ceyrançölün meylli şleyflərində, Qobustan və Gəyən düzlərində təmsil olunmuşlar. Bu tip şoranların tipik və
takırlaşmış yarımtipləri fərqləndirilir.
216
Şəkil 22. Azərbaycan torpaqlarının duzluluq xəritəsi
Tipik şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoran torpaqları nəlbəkivari
mikroçökəkliklərdə yayılmaqla əsas zonal torpaqlar fonunda ləkələr şəklində təmsil olunmuşdur. Tipik
şoranların üst qatında duzların miqdarı daha yüksək olur.
Takırlaşmış şoranlar yarımtipi. Bitki örtüyündən məhrum olan bu şoranlar hamar səthə malik
olur. Suda asan həll olan duzlar qabıq altı qatda daha çox toplanmışdır. Torpaq səthindəki (qabıq)
adətən çox kövrək və çatvari olur. Kimyəvi tərkibinə görə avtomorf şoranların xloridli-sulfatlı və
sulfatlı-xloridli cinsləri ayrılır.
Respublikamızın Mil-Qarabağ, Muğan-Salyan düzlərində, cənub-şərqi Şirvanda, həmçinin Xəzər
dənizi sahil zonalarında relyefin nisbətən az parçalanmış sahələrində suvarılan ərazilərdə hidromorf
şoranlar daha geniş yayılmışlar. Bu sahələrdə qrunt suları səthə daha yaxın (1-2 m dərinlikdə) yerləşir
və torpaq proseslərinə ciddi təsir göstərir. Bitki örtüyü çox kasıb olub əsasən halofitlərdən (şorangə,
qarağan, duzlar çoğanı, kərmək, qışotu və s.) ibarət olur. Bu torpaqların səciyyəvi xüsusiyyəti həll olan
duzların torpaqlarının üst qatında (20-40 sm-lik qata kimi və dərində) toplanmasıdır.
Respublikamızda hidromorf şoranların tipik, təpəcikli, nəm (sor), təpəlik, sodalı, təkrar (irriqasiya)
və bataqlıq şoranları yarımtipləri fərqləndirilir.
217
Tipik şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar boz və çəmən-boz torpaqlar fonunda
daha geniş yayılmışdır. Şorlaşma və duzların toplanması yüksək dərəcədə minerallaşmış qrunt
sularının təsiri altında baş verir. Göstərilən şoranların üst horizontu duzlarla zəngin (1,8-3,8%),
qalınlığı az, yumşaq olub, səpələnən (dağılan) yalançı struktura malikdir. Bu torpaqların profili çox
vaxt bütövlükdə qleyləşir, sarı-pas ləkələrə və gipsli yeni törəmələrə təsadüf olunur. Yüksək karbonatlı
olan bu torpaqların ağır gilli növmüxtəliflikləri üstünlük təşkil edir.
Təpəcikli şoranlar yarımtipi. Deflyasion-akkumulyativ formalı bu şoranların əmələ gəlməsi eol
prosesləri ilə əlaqədardır. Onlara Abşeronun dənizsahili zolağında, cənub-şərqi Şirvanda daha çox
təsadüf olunur. Bu rayonlarda küləyin (əsasən şimal istiqamətli) təsiri ilə duzlu hissəciklər hərəkət
etdirilərək ətraf sahələrə yayılır və rast gəldikləri şoran bitkilərinin (kərmək, qara şoran, şorangə və s.)
gövdəsi ətrafında toplanaraq hündürlüyü 5-10 sm-ə çatan kiçik təpəciklər əmələ gətirirlər. Göstərilən
şoranların profili çox primitiv quruluşa malik olur.
Şəkil 23. Şoran torpaqlar (Şirvan düzü)
Nəm (sor) şoranlar yarımtipi. Bu yarımtipə daxil olan şoranlar Xəzərin müasir terraslarında Abşeronun
duzlu göllərinin (şoranların) dibində yayılmışlar. Bu sahələrdə qrunt suları səthə yaxın (0,8-1,0 m) yerləşir.
Yağıntılı mövsümdə qrunt suları səthə çıxır, minerallaşma dərəcəsi çox yüksək (125-95 q/l) olan şoran göllər
218
yaranır. Nəm (sor) şoranların profili çox primitivdir. Səthdə adətən duz qabığı (qaysağı) yerləşir. Təsvir edilən
şoranların morfoloji quruluşu üçün profilin
primitivliyi, onun bütövlükdə qleyləşməsi, qonur-göyümtül duz və
gipslə zəngin gilli kütlədən ibarət olması səciyyəvidir.
Təpəlik (palçıq vulkanı mənşəli) şoranlar yarımtipi. Təpəli şoranlar palçıq vulkanlarının yüksək duzlu
gipsli təpəli brekçiya tullantıları üzərində cənub-şərqi Şirvanda, Abşeron yarımadası və Qobustan massivində
yayılmışdır. Profili çox primitivdir.
Sodalı şoranlar. Sodalı şoranların tərkibində soda (Na
2
CO
3
) və natrium-bikarbonat (NaHCO
3
) üstünlük
təşkil edir. Bu birləşmələrin təsiri ilə torpağın sukeçirmə qabiliyyəti tamamilə itir, strukturu zəifləyir. Sodalı
şoranlarda mühitin reaksiyası qələvi və yüksək qələvidir (pH 8,9-9,9). Udulmuş əsasların 20-30%-i udulmuş
natriumdan ibarətdir. Bu torpaqlar yüksək karbonatlıdır. Sodalı şoranlara Qarabağ düzündə, Tərtər çayının
gətirmə konusunda, Həkəri və Qarqarçayın aşağı axınlarında (Arazsahili zolaqda) təsadüf olunur. Təsvir edilən
torpaqlar Kür-Araz ovalığında çəmən və çəmən-boz torpaqlar fonunda mürəkkəb kompleks yaradırlar.
Bataqlıq şoranları yarımtipi. Bataqlıq şoranları Kür-Araz ovalığının kasa şəkilli mikroçökəkliklərində
rast gəlinir. Səthə yaxın (0,8-1,0m) yerləşən qrunt suları şorlaşmada həlledici rol oynayır. Zonadaxili torpaqlar
kimi bu şoranlara çəmən və çəmən-bataqlıq torpaqları fonunda daha çox rast gəlinir. Bataqlıq şoranları üçün
səthdə duz qabığının (qaysağının) olması, profilin qleyləşməsi, A
O
horizontunun humusla rənglənməsi
səciyyəvidir.
Təkrar (irriqasiya) şoranları yarımtipi. Bu yarımtipə daxil olan şoranlara əsasən Kür-Araz ovalığının
suvarılan torpaqlarında rast gəlinir. Suvarmadan törəyən təkrar şorlaşma başlıca olaraq qrunt sularının
səviyyəsinin yüksəlməsi ilə, suvarma sisteminin kanallarında əmələ gələn filtirasiya ilə və çox vaxt suvarmada
həddindən artıq su sərf edilməsi ilə sıx əlaqədardır. Təkrar şoranlar suda asan həll olan duzların üst qatlarda
daha çox toplanması və gilli tərkibə malik olması ilə səciyyələnir.
Respublikamızda şoran torpaqların mənimsənilməsi duzların torpaqlardan yuyulması və mədəniləşmə
tədbirlərinin aparılması ilə əlaqədardır. Zəif şorlaşmış torpaq sahələrində suvarma norma və rejiminə riayət
olunmalı, sahələr hamarlanmalı, növbəti əkin sistemi tətbiq edilməli, suvarma arx və kanalları boyunca
filtirasiya sularını buxarlandıran ağaclar əkilməli və s. tədbirlər həyata keçirilməlidir. Orta və şiddətli dərəcədə
şorlaşmış və şoran torpaqlarda isə torpaqları su ilə yumaq tətbiq edilməlidir. Qrunt sularının səthə yaxın
yerləşdiyi sahələrdə kollektor-dren şəbəkəsindən istifadə olunmalıdır.
§74. Qumluqlar
Respublikamızın ərazisində qumluqlar başlıca olaraq Xəzərsahili zolaqda çox da geniş olmayan ərazidə
yayılmışdır. Respublikamızın Xəzərsahili zolağı şimalda Samur çayı mənsəbindən başlayaraq, cənubda Astara
çayı mənsəbinə kimi 800 km-dən artıq uzunluğa malikdir. Sahil boyu qumluqların eni 500-700 m-dən bəzi
yerlərdə 5-7 km-ə kimi çatır. Xəzərsahili qumların ümumi sahəsi 80 min hektara yaxın olub zəif istifadə olunur.
Son illərdə Xəzərin səviyyəsinin qalxması
ilə əlaqədar olaraq sahil qumluqlarının müəyyən hissəsi dəniz
sularının altında qalmışdır.
Qumların genezisi əsasən geoloji proseslərlə izah olunur. Aşınma məhsullarına su və küləyin təsirilə
hissəciklər daha da xırdalanır və öz yerini dəyişir. Respublikamızın ərazisində yayılmış qumluq sahələr
genezisinə görə dəniz, eol-göl və allüvial qruplara bölünür.
Dəniz qumları Abşeron yarımadası sahillərində daha geniş təmsil olunmuşlar. Dəniz sahili boyunca uzanan
sahil tirələri də həmin qumlardan təşkil olunmuşlar. Xəzərsahili bitki örtüyünü təşkil edən cil, yulğun, duzlaq
çoğanı, qum dikyarpağı, qum yovşanı, vələmir, nəhəng qım, ətli qaraşoran, dəvətikanı və s. ilə yarımörtülmüş və
örtülmüş qumluqlarla müqayisədə çılpaq sahələrdəki qumluqların (barxan və dyunların) hərəkəti müşahidə
olunur.
Lənkəran ovalığının sahilboyu zolağında maqnetit-avqit qumları yayılmışdır. Balıqqulağı ilə zəngin
qumluqlar Abşeron yarımadası sahillərində daha geniş təmsil olunmuşlar. Eol-göl mənşəli qumluqlar əsasən
Abşeron yarusu (layı) çöküntüləri ilə əlaqədardır və lokal şəkildə Binəqədi rayonunda rast gəlinir. Allüvial
qumlar Lənkəran ovalığı və sahilboyu meylli düzənliklərdə yayılmışlar.
Qumluqlarda üzvi maddələr çox az olub (0,3-0,8%), ümumi azotun, fosforun və kaliumun miqdarı da buna
müvafiq olaraq, cüzi miqdar təşkil edir. Gilli qumluqlar istisna olmaqla qumluqlar əsasən şorlaşmamışdır.
Qumluqlardakı karbonatların miqdarı geniş həddə (3-29%) dəyişir və başlıca olaraq ana süxurların və
balıqqulağı qırıntılarının miqdarından asılı olur. Qumların sukeçirmə qabiliyyəti yüksək, suqaldırma qabiliyyəti
isə zəifdir. Bu səbəbdən alt qatlarda toplanan rütubət buxarlana bilmir və nəmlik alt qatlarda saxlanır. Qumlarda
torpaqəmələgəlmə prosesi üçün nisbətən əlverişli şərait yalnız bitkilərlə bərkimiş sahələrdə mövcud olur.
İqlimin quraqlığı il boyu əsən güclü şimal küləkləri, qumların geniş inkişafı Xəzərsahili zolaqda külək
eroziyasının intensiv inkişafına səbəb olmuşdur. Külək eroziyası özünü şiddətli küləklərin təsiri ilə qumların
sovrulub aparılması və akkumulyasiyası şəklində göstərir. Xüsusilə bitki örtüyünün zəif və çılpaq olduğu sahələrdə
külək eroziyasının inkişafı nəticəsində torpaqəmələgətirən ana süxurlar səthə çıxır, eləcə də sovrulmuş qum
219
toplanaraq əkin sahələrini, yolları, evləri və sənaye obyektlərini basıb örtür.
Qumların külək tərəfindən sovrulub aparılmasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Hər şeydən əvvəl bitki örtüyünün mühafizə edilməsinə, müxtəlif ot, kol və ağac bitkilərinin əkilməsinə diqqət
yertirmək tələb olunur. Qumların hərəkətini məhdudlaşdırmaq üçün mexaniki və canlı çəpərlərin yaradılması, meşə
zolaqlarının salınması, müxtəlif polimer və yapışdırıcı maddələrdən istifadə edilməsi faydalı ola bilər.
XXIII FƏSİL. SUBASARLARIN (ÇAY VADİLƏRİNİN)
TORPAQLARI
§ 75. Subasar çəmən-meşə torpaqları
Respublikamızın subasar çəmən-meşə torpaqları əsasən quru bozqırlar zonasında Böyük və Kiçik Qafqazın
əsas çaylarının subasar və alçaq terraslarında inkişaf etmiş tuqay meşəlikləri altında geniş yayılmışdır.
Bu torpaqlar ilk dəfə olaraq İ.Z.İmşenetski (1928) tərəfindən Quba-Qusar maili düzənliyinə daxil olan
Samur çay deltasında tuqay torpaqları adı altında təsvir edilmişdir. Sonradan subasar çəmən-meşə torpaqları
haqqında məlumatlara biz Smirnov-Loginov (1938), K.Ə.Ələkbərov (1943), A.N.İzyumov (1949), H.Ə.Əliyev
(1964), M.E.Salayev (1991), Ş.G.Həsənov (1961, 1978), B.H.Həsənov (2000, 2002) və b. əsərlərində rast
gəlirik.
Subasar çəmən-meşə torpaqlarının əmələ gəlməsində çayların subasar rejimi və onun
nəticəsində gətirilmiş təzə allüvial çöküntülər əsas rol oynayır. Payız mövsümündə, xüsusilə
daşqınlar dövründə torpaqəmələgəlmə ritmi dəfələrlə pozulur. Bu isə təbiidir ki, həmin torpaqların
xassələrində və morfoloji quruluşunda əksini tapır. Bu səbəbdən torpaqların profilində “laylılıq”,
“basdırılmış qatlar” və s. əlamətlər aydın nəzərə çarpır. Səthdə təzə çökdürülmüş 3-4 sm qalınlıqda
nazik gilli qatın olması təsvir edilən torpaqların subasar rejimi şəraitində əmələ gəlməsini təsdiq
edən səciyyəvi əlamətdir. Yuxarıdakı əlamətlər bu torpaqların allüvial mənşəli olduğunu göstərir.
Subasar çəmən-meşə torpaqlarının yayıldığı ərazilərdə qrunt suları adətən səthə yaxın (1-3 m)
yerləşməklə torpaqəmələgəlmə prosesində böyük rol oynayır. Yaz (aprel, may) və payız (oktyabr,
noyabr) daşqınları dövründə bu suların səviyyəsi yay ayları ilə müqayisədə daha yüksək olur.
Təsvir edilən torpaqlar qovaq, qaraağac, söyüd və s. ağaclardan ibarət olan tuqay meşələri
altında formalaşırlar. Meşəaltı mərtəbədə isə cır alma, armud, əzgil, yemşan və s. bitkilərə rast
gəlinir. Normal şəraitdə inkişaf etmiş torpaqların səthində 1-2 sm qalınlığında meşə döşənəyi
aydın ifadə olunur. Çay yataqlarına yaxın sahələrdə çəmən-ot bitkilərinin inkişaf etdiyi yerlərdə
yarımçürümüş ot qalıqları meşə xəzəli ilə qarışaraq torpaq səthində zəif çim qatı yaradır. Bu
sahələrdə zəif inkişaf etmiş laylı çəmən meşə torpaqları yayılır (V.H.Həsənov).
Subasar çəmən-meşə torpaqların morfoloji əlamətləri ilə tanış olmaq üçün Qanıxçayın subasar
sahilində V.H.Həsənov tərəfindən qoyulmuş kəsimin təsvirini nəzərdən keçirək:
A
O
– yarım çürümüş meşə xəzəli. Qalınlığı 1 sm.
A
1
– tünd boz, təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntü, tozlu, struktursuz, yumşaq az
nəmli, keçidi kəskin, qaynamır.Qalınlığı 3 sm
A
2
- bozumtul-qonur, gilli-gillicəli, tozvari yumşaq, bəzən ağac kökləri, seyrək seçilən qonur
pas ləkələri, nəmli, keçidi kəskin, zəif qaynayır. Qalınlığı 4 sm.
B
1
- açıq bozumtul, gilli, zəif qozvari, yumşaqvari, çoxlu ağac kökləri, aydın seçilən qonur
pas ləkələri, nəmli, keçidi kəskin, orta dərəcədə qaynayır. Qalınlığı 12 sm.
B
2
- qaramtıl basdırılmış qat, göyümsova çalır, gilli, dənəvari-qozvari, yumşaq, ağac kökləri
və onların çürümüş qalıqları aydın seçilən iri göyümtül və qonur pas ləkələri, çox nəmli, keçidi
kəskin, zəif qaynayır. Qalınlığı 35 sm.
BC – bozumtul, gillicəli, qumsal, struktur aydın deyil, çox yumşaq, səpələnir, iri ağac kökləri,
zəif qonur və iri göyümtül ləkələr, çox nəmli, keçidi tədrici, şiddətli qaynayır. Qalınlığı 42 sm.
C
1
- açıq bozumtul, qumlu-qumsal, struktursuz, çox yumşaq, səpələnir, seyrək ağac kökləri,
çox nəmli, qrunt suyunun işi hiss olunur, iri göyümtül və qonur ləkələr, keçidi tədrici, şiddətli
qaynayır.
C
2
- qranulometrik tərkibi daha yüksək olub, qalan əlamətlərinə görə özündən əvvəlki qatla
eynidir, qrunt suyu var.
220
Şəkil 24. Tuqay-meşə landşaftının subasar çəmən-meşə torpağı
(Kürqırağı tuqay meşəsi)
Verilmiş təsvirdən aydın göründüyü kimi, subasar çəmən-meşə torpaqlarının profili üçün səthdə zəif inkişaf
etmiş (1-2 sm) meşə döşənəyinin yerləşməsi, A
1
qatının nazik laylı təzə lilli allüvial çöküntülərdən təşkil olun-
ması, profilin orta və aşağı hissəsində basdırılmış və göyümtül (göyümtül-yaşıl) qleyli horizontun aydın
seçilməsi, torpaqəmələgətirən süxurların qranulometrik tərkibinin çox müxtəlif olması və s. morfoloji əlamətlər
səciyyəvidir. BC və C horizontu özünün qranulometrik tərkibi ilə digər horizontlardan xeyli fərqlənir və adətən
qumlucalı-çınqıllı allüvial materiallardan, bir çox hallarda isə təkrarlanan laylardan ibarət olur. Qeyd olunanlarla
yanaşı, profilin səthindən başlayaraq karbonatlı olması, onun aşağı qatlara doğru artması (basdırılmış horizont
istisna olmaqla), profilin kəskin laylı olması subasar çəmən-meşə torpaqları üçün səciyyəvi diaqnostik gös-
təricilərdir.
Subasar çəmən-meşə torpaqları çürüntülü maddələrlə yaxşı təmin olunmuşdur. İnkişaf dərəcəsindən asılı
olaraq humusun miqdarı çox müxtəlifdir. Məsələn, Alazan çayının subasar və alçaq terraslarında bu torpaqların
nisbətən inkişaf etmiş növlərinin A
1
qatında humusun miqdarı 6,45-7,63% arasında dəyişir. Cədvəldən
göründüyü kimi, profil boyu (cədvəl 69) aşağı qatlara doğru humusun miqdarı kəskin şəkildə azalır. Humus
tərkibinə görə humat, yaxud humat-fulvat tiplidir. Ch/Cf vahiddən böyük, yaxud 0,8-0,9 arasında tərəddüd edir.
Bu torpaqların basdırılmış horizontlarında humusun miqdarı özündən üstdəki və altdakı horizontlara nisbətən 2-
221
3 dəfə çox olur. Təsvir edilən torpaqların üst horizontunda ümumi azotun miqdarı 0,36-0,37%-ə çatır və humusa
uyğun şəkildə alt qatlara doğru azalır. Torpaqların azotla nisbətən zəif təmin olunması ilə əlaqədar olaraq
göstərilən torpaqlarda C/N xeyli genişdir (10-13). Bütövlükdə subasar çəmən-meşə torpaqların profili
karbonatlıdır. Bir sıra hallarda gilli şistlərin aşınma məhsullarından təşkil olunmuş cavan allüvial çöküntülərdə
A
1
qatında karbonatlar müşahidə edilmir.
Cədvəl 69
Subasar çəmən-meşə torpaqlarının fiziki-kimyəvi göstəriciləri (V.H.Həsənov)
Dərinlik,
sm
Humus,% Azot,% C/N CaCO
3
pH
0-1 Meşə döşənəyi
1-0 7,63 0,36
12,3 - 7,4
4-18 4,,80 0,28 9,8
4,,53
7,6
18-30 2,10 0,14 8,3 9,08 7,6
30-65 3,56 - 7,4 4,52 7,4
65-107 0,60 -
- 9,25 7,,9
150-195 0,27
-
- 12,00 7,9
Udulmuş əsaslar, m-ekv
Qranulometrik tərkib
Ca Mg Na Cəmi <0,001 <0,01
Meşə döşənəyi
24,66 4,70 0,58 29,94 24,24 80,00
22,23 3,86 0,,89 26,98 24,52 67,08
16,26 3,45 0,62 20,33 30,52 75,12
18,49 3,86 0,65 23,00 27,84 73,76
5,56 3,65 1,41 10,62 3,76 12,68
5,23 3,28 1,85 10,36 1,64 15,92
CaCO
3
-un miqdarı 4-15% arasında dəyişir və adətən aşağı horizontlara doğru artır. Təbii parçalanmanın
(drenləşmənin) nisbətən yüksək olduğu ərazilərdə subasar çəmən-meşə torpaqlarının yuyulmuş növlərinə də
təsadüf olunur.
Respublikamızın subasar çəmən-meşə torpaqları udulmuş əsaslarla nisbətən yüksək dərəcədə doymuşdur.
Bu torpaqların nisbətən inkişaf etmiş növlərinin üst horizontunda udulmuş əsasların cəmi 100 q torpaqda 28-30
m-ekv, zəif inkişaf etmiş növlərində isə 15-20 m-ekv arasında dəyişir. Profil boyu aşağı horizontlara doğru
udulmuş əsasların miqdarının azalması (5-7 m-ekv) nəzərə çarpır. Profilin üst horizontlarında udma tutumunun
yüksək olması hər şeydən əvvəl torpaqların tərkibində humusun nisbətən yüksək miqdarda olması və həmin
horizontların ağır tərkibə malik olması ilə əlaqədardır. Udulmuş əsasların içərisində əsasən Ca
2+
, bəzi hallarda
isə Mg
2+
kationu üstünlük təşkil edir.
Subasar çəmən-meşə torpaqları zəif qələvi mühitə malikdir. pH-ın qiyməti 7,3-7,9 arasında dəyişir. Profil
boyu aşağı horizontlara doğru pH-ın qiyməti adətən artır, lakin basdırılmış horizontda onun göstəricilərinin
yenidən aşağı düşməsi müşahidə olunur. Göstərilən torpaqlar əsasən yuyucu, yaxud mövsümi yuyucu su rejimi
şəraitində inkişaf etdiyindən onların profili adətən suda həll olan duzlardan yuyulmuş olur. Burada quru qalığın
miqdarı 0,08-0,21% arasında dəyişir. Onun ən yüksək miqdarı A
1
və C horizontlarında müşahidə olunur.
Təsvir edilən torpaqların profili qranulometrik tərkibinə görə yaxşı differensiasiya etmişdir. Profilin üst
hissəsi adətən gilli tərkibə malik olur. Fiziki gilin miqdarı 75-80% arasında dəyişir. Profil boyu aşağı
horizontlara doğru torpaqların tərkibinin yüngülləşməsi müşahidə olunur. BC və C horizontlarında qumlu və
qumlucalı xarakter alır.
Subasar çəmən-meşə torpaqları alüminium və dəmir oksidləri ilə zəngindir. Alüminium birləşmələrinin
yüksək olması, yəqin ki, gilli şistlərdən ibarət olan dağ süxurlarının aşınma məhsulu ilə əlaqədardır. Biryarım
oksidlərin miqdarı 26,9-236% təşkil edir. SiO
2
-nin miqdarı profil boyu 55,6-57,4% arasında tərəddüd edir.
Qleyləşmə prosesləri ilə əlaqədar olaraq SiO
2
/R
2
O
3
nisbəti dardır (3,9-4,4). Profilin orta hissəsinin (B)
mütəhərrik dəmir birləşmələri ilə zəngin olması bu torpaqların səciyyəvi xüsusiyyətlərindəndir.
Subasar çəmən-meşə torpaqları orta bonitetli torpaqlar qrupuna daxildir. Bu torpaqların üst horizontunda
humus ehtiyatı 80-150 t/ha, hidrolizə olunan azot isə 100-160 m/kq təşkil edir. Bu torpaqların xeyli hissəsi
tuqay meşələri, az bir hissəsi isə az məhsuldar biçənək sahələri altındadır. Aqroistehsalat nöqteyi-nəzərdən
yüksək potensial münbitliyə malik olan subasar çəmən-meşə torpaqları son illərdə intensiv şəkildə suvarma
əkinçiliyində (xüsusilə tərəvəz bitkliləri altında) istifadə olunmağa başlanmışdır.
|