Daşqın-Çayların adi səviyyədən artıq daşması nəticəsində ərazinin müvəqqəti su altında qalmasına deyilir.Çaylar adətən, yazda – qarın əriməsi, payızda – leysan yağışları nəticəsində, eləcə də çayların buzu açılan dövrdə məcra qırıntıları ilə tutularkən və külək dənizdən əsərkən daşır.Bunlardan əlavə , zəlzələ ,dağ uçqunları və sel nəticəsində çay yataqlarında təbii sədlər yaranarkən ətrafı su basır. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması,bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axımının 60-80%qədəridaşqın dövrünə düşür. Sahildən çıxan çay və ya dəniz suyu qurunu, ətrafı basır. Güclü yağışlardan sonraçayda daşqın əmələ gəlir. Daşqın zonası - çaykənarı və ona bitişik ərazidə yerləşən və daşqın nəticəsində subasmasına məruz qalan torpaq sahəsidir. Daşqın zonasını müəyyən etmək üçün əlli ildən bir təkrarlanmaq ehtimalı olan daşqın əsas götürülür.Daşqın zonalarının hüdudları, sahil mühafizə zolaqları çayın daşqınının gücünə uyğun təyin edilir. Bu ərazilərdə təbiətdən istifadəyə və təsərrüfat fəaliyyətinə məhdudiyyətlər və qadağalar müəyyən edilərək, onların tətbiq edilməsi xüsusi rejimə uyğun həyata keçirilir.
Daşqınlar vaxtı adamlar və heyvanlar üçün real təhlükə yaranır, qurğular , kommunikasiyalar dağılır, avadanlıqlar sıradan çıxır, əkinlər, maddi sərvətlər tələf olur. Azərbaycan ərazisində daşqın yaradan amillər içərisində bol su kütləsi yaradan termik rejimin, leysan və uzun sürən yağışların, dağlara düşən qarların istilərin birdən düşməsilə əlaqədar yazda tez əriməsinin, əraziyə siklon tipli davamlı yağıntıların gətirilməsinin də rolu böyükdür. Bu baxımdan Kür və Araz çayları və onlara qovuşan qollar xüsusi yer tutur. Kür çayı öz başlanğıcım, əsasən, yüksək dağlardan götürdüyündən və qidalanmasının 36%-i qar sularının payma düşdüyündən onun gursululuq dövrü daha çox mart-iyun aylarında müşahidə edilir. Bu dövrdə qarın birdən-birə əriməsi daşqın yaradan əsas amillərdən biri kimi iştirak edir. Kür çayının qidalanmasının yerdə qalan 30%-ni yeraltı, 20%-ni yağış və 14%-ni buzlaq sulan təşkil edir ki, bunların da hər birinin müxtəlif mövsümlərdə hövzədə daşqın yaranmasında öz paylan var. Böyük Qafqazın cənub yamacının, Kiçik Qafqazın və Naxçıvan MR-in bütün çaylan, əsasən, Kür hövzəsinə aid olub, bu çayların yaz və payız gursululuq dövrü Kür və Araz çaylannın səviyyəsinin qalxmasına və daşqın prosesinin bütün hövzəni, əhatə etməsinə səbəb olur. Daşqın problemi çaylann su rejimində fasilələrlə təkrar olunan dövrü hadisə olsa da, bu proses Kür-Araz ovalığında hətta qışda yağışlann ən çox yağdığı və qismən də qarın və buzlaqlann əridiyi vaxtda da müşahidə edilir. Kür hövzəsində yağış sularının yerə hopması olduqca zəif getdiyindən və ya əksinə, yeraltı suların yer səthinə yaxın yerləşdiyindən burada baş verən daşqın hadisələri çox vaxt böyük fəlakətlərə səbəb olur. Təkcə son 100 ildə Kür və Araz çaylarında 70-ə qədər daşqın hadisəsi qeydə alınmış və respublika iqtisadiyyatına orta hesabla 2 mlrd. ABŞ dolları ziyan dəymişdir. Son 10 ildə belə hal 3 dəfə -2003, 2006 və 2007-ci ildə təkrarlanıb. Hazırda 1,5 mln. əhalinin məskunlaşdığı 150-yə qədər şəhər, qəsəbə, beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları, neft, qaz kəmərlərinin keçdiyi ərazilər potenisal daşqın təhlükəli ərazilərdə yerləşir. Ümumiyyətlə, Azərbaycan ərazisinin 52%-i potensial daşqın və subasma hadisələrinin təkrarlanmasına əvvəllər 5-10 ildən bir təsadüf olunarsa, son illərdə bu proses demək olar ki, hər il təkrarlanır. Kür və Araz çayları hövzəsində 2003, 2006 və 2007-ci illərdə baş vermiş daşqın hadisəsi fəlakət faratmasına görə əvvəlki dövrlərdən xeyli fərqlənir. Belə ki, daşqın nəticəsində 2003-cü ildə Kür çayı sahiləndə yerləşən Neftçala, Salyan, Sabirabad, Saatlı və Hacıqabul inzibati rayonlarının 5,3 min fərdi yaşayış evi, 2006-cı ilin yanvar-fevralaylarnıda isə 2000 şəxsi yaşayış evi daşqının təsirinə məruz qalmışdır. Daşqınlardan zərər çəkən əhaliyə uyğun olaraq 2003-cü ildə 20 mln., 2006-cı ildə isə 37 mln. manat həcmində ödəniş vermişdir. Daşqınlarqan ən çox zərər çəkən sahələrdən biri də avtomobil yollarıdır. Tədqiqat ərazisində 2003, 2006 və 2010-cu illərdə baş verən daşqınlar zaman respublika əhəmiyyətli 366 km və yerli əhəmiyyətli 305 km avtomobil yollarına, 2317,5 km torpaq yollara ciddi ziyan dəyişmişdir.