Qəza-xilasetmə işləri dedikdə


Sel və daşqından sonra nə etməli



Yüklə 0,58 Mb.
səhifə4/11
tarix22.12.2022
ölçüsü0,58 Mb.
#77275
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   11
Sel və daşqından sonra nə etməli:

  • Su çəkildikdə yalnız müvafiq qurumların icazəsindən sonra evə qayıda bilərsiniz;

  • Evə qayıtdıqda qaz və elektrik təchizatı sisteminin sazlığına əmin olmadan onları yandırmayın;

  • Yoluxucu xəstəliklərin yayılmaması üçün daşqın və sel sularının gətirdiyi zibili tez yığışdırıb həyət və evi təmizləyin;

  • İçməli su mənbəyindən müvafiq sanitariya yoxlamasından sonra istifadə edin.


HİDROLOJİ XARAKTERLİ FÖVQƏLADƏ HALLAR HAQQINDA
Hidroloji xarakterli fövqəladə hallar hidroloji təhlükəli dəniz hadisələri, hidroloji təhlükəli hadisələr və hidrogeoloji təhlükəli hadisələr nəticəsində baş verir. Hidroloji təhlükəli dəniz hadisələrinə tropik siklonlar, sunamilər, güclü dalğalar, vaxtından əvvəl buz örtüyünün yaranması, keçilməz buzlaqlar, buzların intensiv hərəkəti, buzların təzyiqi, sahilyanı buzların qopması, hidroloji təhlükəli hadisələrə subasmalar, daşqınlar, yağış selləri, çaylarda buz yığınları, su səviyyəsinin aşağı düşməsi, su nəqliyyatının hərəkət etdiyi çaylarda, göllərdə vaxtından əvvəl buzlaşma, hidrogeoloji təhlükəli hadisələrə qrunt sularının səviyyəsinin aşağı düşməsi və ya yuxarı qalxması hadisələri aiddirlər.
Hidroloji xarakterli FH aşağıdakı səbəblərlə bağlı təsnifata ayrılırlar:

  • Suyun yüksək səviyyəsi ilə - su daşqını. Bu zaman şəhər və yaşayış məntəqələrinin, kənd təsərrüfatı əkinlərinin aşağı hissəsi suya qərq olur, sənaye və nəqliyyat obyektləri zədələnir;

  • Suyun aşağı səviyyəsi ilə. Belə də gəmiçilik, şəhər və xalq təsərrüfatı obyektlərinin, suvarma sistemlərinin su ilə təchizatı pozulur.

  • Sellər ilə (yaşayış məntəqələrinə, yol və digər qurğulara təhlükə yaradan yararsız və dəniz göllərinin daşması ilə);

  • Qar uçqunları ilə (yaşayış məntəqələrinə, avtomobil və dəmir yollarına, elektrik ötürücü xətlərinə, sənaye və kənd təsərrüfatı obyektlərinə təhlükə zamanı)

  • Erkən buz örtüyü və gəmiçiliyə yarar sututarlarda buzun əmələ gəlməsi ilə.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin