Ev təsərrüfatının maliyyə resursları – ailənin sərəncamında olan pul vəsaitləri fondlarının məcmusudur. Ev təsərrüfatının üzvlərinin istehsal fəaliyyəti nəticəsində yaradılmış gəlirlər cəmiyyətin milli gəlirinin bir hissəsi kimi çıxış edir.
Ev təsərrüfatının maliyyə resursları məqsədli təyinatlı fərdiləşdirilmiş pul fondu şəklində çıxış edir. Ev təsərrüfatında aşağıdakı 2 əsas fond yaradılır:
istehlak fondu – ailənin şəxsi tələbatının ödənilməsi üçün (ərzaq mallarının, sənaye istehsalı əmtəələrinin alınması, müxtəlif pullu xidmətlərin ödənilməsi və s.) nəzərdə tutulur.
Yığım fondu – gələcəkdə baha qiymətli əmtəələrin alınmasına və ya mənfəət götürmək üçün kapital kimi istifadə edilir.
Maliyyə resurslarının fond forması ev təsərrüfatının tələbatını bütünlükdə təsərrüfat kollektivinin imkanları ilə əlaqələndirməyə və habelə ailədə hər kəsin tələbatının necə ödənilməsinə nəzarət etməyə imkan verir.
Ev təsərrüfatının maliyyə resurslarının tərkibinə daxildir:
Xüsusi vəsait, yəni ailənin hər bir üzvü tərəfindən qazanılmış əmək haqqı, yardımçı təsərrüfatdan gəlir, kommersiya fəaliyyətindən mənfəət;
Bazarda formalaşmış vəsait – kredit formasında kredit təşkilatlarından alınmış vəsait, dividentlər və faizlər;
Yenidənbölgü qaydasında daxil olmuş vəsait – pensiya, müavinət, büdcədən və büdcədənkənar sosial fondlardan ssuda.
Ev təsərrüfatının maliyyə resursları bütünlükdə cəmiyyətin maliyyə vəsaitlərinin dövriyyəsi ilə qörölmaz surətdə əlaqədə olan qeyri-mərkəzləşdirilmiş resurslarına aiddir.
Ev təsərrüfatının maliyyəsi mərkəzləşdirilmiş maliyyə (büdcə ilə respublika və yerli, büdcədənkənar sosial fondlar və s.) və qeyri-mərkəzləşdirilmiş maliyyə ilə müxtəlif mülkiyyət formalı müəssisələr və habelə maliyyə bazarı ilə qarşılıqlı fəaliyyət göstərir. Onlar arasında fasiləsiz olaraq birtərəfli, iki və çoxtərəfli pul axını meydana gəlir. Ev təsərrüfatı ilə dövlət arasında pul axınlarının daimi hərəkəti həyata keçirilir.
Əmək haqqı
Müxtəlif sosial ödənişlər (pensiya, müavinət, təqaüd)
Sahibkarlıq fəaliyyətindən gəlirlər
Ev təsərrüfatının maliyyə resursları
Tərpənməz əmlakdan gəlirlər
Maliyyə bazarında pul vəsaitləri ilə əməliyyatdan gəlirlər
Şəxsi həyətyanı təsərrüfatdan gəlirlər
Dostları ilə paylaş: |