III Maliyyənin zəruriliyi. Əmtəə-pul münasibətləri və dövlətin meydana gəlməsi ilə əlaqədar olaraq maliyyə münasibətləri XIII-XV əsrlərdə İtalyada istifadə olunmağa başlamışdır. Hər cəmiyyətdə maliyyənin zəruriliyi aşağıdakı şərtlərlə əlaqədardır:
1. Dövlətin fəaliyyət göstərməsi. Cəmiyyəti idarə etmək üçün dövlətin olması məcburidir. F. Engels göstərmişdir ki, dövlətin yaranması onun funksiyalarının həyata keçirilməsinin maddi əsası kimi vergilər meydana gəlmişdi. Dövlət təsərrüfat-təşkilat və mədəni-tərbiyyə funksiyalarını daşıdığına görə o pul fondları formasında müvafiq maliyyə resrslarına malik olmalıdır.
Əgər dövlət varsa, deməli o, hansısa funksiyalar yerinə yetirir. Dövlətin idarəçilik, təsərrüfatçılıq, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. Bu funksiyaları yerinə yetirmək üçün dövlət idarəçilik subyekti kimi əlində müəyyən vəsait cəmləşdirməlidir. Həmin vəsaitlər dövlətin yaradılmasının ilk dövrlərində natural yığımlar hesabına ödənilirdi. Cəmiyyətin inkişafı və idarəetmənin mürəkkəbləşməsi ilə əlaqədar dövlət gəlirləri, xərcləri, bütövlükdə maliyyə münasibətləri meydana gəlməyə başladı.
2. Əməyin kəmiyyət və keyfiyyətinə görə bölgünün fəaliyyət göstərməsi. Təsəvvürünüzə gətirin: siz zavodda işləyir, tutaq ki, soyuducu istehsal edirsiniz. Sizin tələbatınız isə başqa məhsullaradır. Həmin müəssisə ayın axırında, əmək məsrəflərinizi hesablayıb, həmin məhsula sizin məcmu tələbatınızı necə ödəyə bilər. Mümkün deyil. Ona görə də ümumi ekvivalent formada - pulla sizin əməyi ödəyir. Siz isə öz tələbatınıza uyğun əmtəə alırsınız. Əmtəə-pul münasibətlərinə uyğun olaraq maliyyə münasibətləri fəaliyyət göstərir.
3. Bütün normal inkişaf edən cəmiyyətlərdə bir neçə mülkiyyət forması fəaliyyət göstərir. Bu mülkiyyət formaları arasında iqtisadi əlaqələri həyata keçirmək üçün yenə də əmtəə-pul münasibətlərinin və maliyyənin mövcudluğu zəruridir.
Maliyyənin zərurililiyi dövlətin və müəssisələrin ÜDM-in və Milli Gəlirin bölüşdürülməsinə olan tələbatı ilə şərtlənir. Maliyyə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsidir və ona görə də onun rolu və əhəmiyyəti təsərrüfat subyektləri arasında maliyyə münasibətlərinin bazar təsərrüfatında tutduğu yerdən asılıdır.
Dövlətin əhali ilə maliyyə münasibətlərinə, habelə əhalinin büdcəyə və büdcədənkənar fondlara vergi tədiyyələri, əhali tərəfindən dövlətin kreditləşdirilməsinin müxtəlif formaları (xüsusi istiqrazlar, lotoreyalar, əhalinin müvəqqəti pul vəsaitlərinin banklara qoyduqları əmanətlər) aiddir. Dövlət öz növbəsində əhaliyə mənzil tikintisinə, əmtəə alınmasına, sahibkarlıq layihələrinə və s. kreditlər verir.
Maliyyəyə zərurət müntəzəm əmtəə-pul mübadiləsinin təşkil edilməsi, dövlətin maliyyə resurslarına olan tələbatının (kapitalizmə qədərki formasiyalarda dövlətin ehtiyyatlarının çox hissəsi natual töycü və rüsumlar, biyar hesabına təmin edilirdi) artması ilə əlaqədar olaraq kapitalizm cəmiyyətində əmələ gəlmişdir.
Kapitalist dövləti xərclərinin sürətlə artması maliyyənin inkişafına təkan vermişdir. Maliyyənin maddi əsasını pul təşkil edir. Elmi-texniki tərəqqqinin inkişafı prosesində pul məhsul istehsalına çəkilən məsrəflərin, iş qüvvəsinin və vergi yığılmasının əhəmiyyətli ölçü vahidi olur.
Maliyyənin fəaliyyəti iqtisadi qanunlarla sərtləşir. Iqtisadi qanunlar maddi istehsalın inkişafının və əhəmiyyət növlərinin şəxsi tələbatlarının ödənilməsinin iqtisadi zərurililiyini müəyyən edir. Onların təmin edilməsi istehsal vasitələrinin büdcə fondunun, sığorta və ehtiyyat fondlarının, şəxsi və ictimai fondların yaradılması məqsədilə məhsulun bölgüsü ilə əlaqədardır.
Bazarın formalaşması və inkişafı şəraitində maliyyənin zərurililiyi durmadan artır.
“Bazar” anlayışı və onun iqtisadiyyatda rolu müxtəlif cür şərt edilir. Bir sıra iqtisadçılar bazar dedikdə alqı-satqının tam azad olduğunu, kortəbii qüvvələrin tüğyan etdiyini, möhtəkirliyinin heç nə məhdudlaşdırılmadığı kimi başa düşür və yalnız bazarın əsas kateqoriyalarının tənzimlənməsini istisna sayırlar. Digərləri isə bazar iqtisadiyyatı bütün bəlalarından müalicə etməyə qabil olan möcüzə təsirli dərman kimi görür və təkid edirlər ki, guya bazar hər şeyi tənzimləyəcəkdir. Tcrübədə və nəzəriyyədə heç də belə olmur.
İqtisadi mənada bazar-mübadilə kateqoriyasıdır. Sivil bazar əmtəə istehsalı və tədavülü qanunu üzrə təşkil edilmiş mübadilədir, əmtəə və pul tədavülü münasibətlərinin məcmusudur.
Planlı təşkil edilmiş bazar, ona müvafiq olan kateqoriyalarla (qiymət, tələb, təklif və b.) və səmərəli tənzimləmə metodları ilə birlikdə sosializmdə olmuşdur. Sosializmdə tənzimlənən bazar iqtisadiyyatının planlı inkişafının təmin edilməsinin mühüm amili xidmətini görürdü.
Aparılan islahatlar nəticəsində mütəsəkkil sosializm bazarı kateqoriyası bazarı dağıdıldı, əvəzində kapitalist qeyri-mütəşəkkil bazarı yaratmağa başladı. Nəticədə iqtisadiyyatın bütün sahələrində (neft sektoru istisna olmaqla) azalma müşahidə edilmiş böhran vəziyyəti güclənmişdir. Bununla əlaqədar olaraq hökumətin iqtisadiyyatın sabitləşməsi, böhran vəziyyətinin qarşısının alınması üzrə ciddi tədbir görməlidir.
Xalq təsərrüfatının ümumi sistemində bazar istehsal ilə istehlak arasında əlaqələndirici halqa kimi çıxış etməli, istehsal xərclərinin aşağı salınmasının qüdrətli aləti kimi xidmətini görməlidir.
Bazar münasibətləri pul tədavülü və maliyyə ilə sıx əlaqədə və vəhdətdədir.
Maliyyə - iqtisadi kateqoriyadır, onun xüsusiyyətləri funksiyalarında təzahür edir. İctimai təkrar istehsalda maliyyə bölgü münasibətlərini ifadə edir. Maliyyə istehsal kateqoriyası deyil, bölgü kateqoriyası kimi geniş təkrar istehsal prosesinə xidmət edir.
Beləliklə, maliyyə münasibətləri praktiki olaraq cəmiyyətin iqtisadi həyatının bütün tərəflərini əhatə edir. Maliyyə münasibətləri cəmiyyətin istehsal münasibətinin təzahürünün başlıca formalarından biridir. Eyni zamanda maliyyə istehsal münasibətlərindəki və təsərrüfat əlaqələri sistemindəki dəyiçikliklərə fəal təsir göstərir. İstehsalın səmərəliliyinin yüksəldilməsi xeyli dərəcədə maliyyə münasibətlərinin təkmilləşdirilməsindən asılıdır.
Dostları ilə paylaş: |