2. Maliyyənin mahiyyəti onun üç funksiyasında təzahür edir.
1) cəmiyyətin milli gəlirinin strukturunu dəyişdirən – yenidənbölgü funksiyası;
2)cəmiyyətin bu və yaxud digər inkişaf mərhələsində məqsədlərə nail olmaq naminə təsərrüfat subyektlərinin motivasiyasını dəyişdirən tənzimləyici funksiya;
3)yenidənbölgünün parametrlərini dəyişmək məqsədilə yenidən bölüşdürülmüş pul vəsaitlərinin səmərəliliyini qiymətləndirən və müqayisə edən nəzarət funksiyası.
Финансы.
Учебник.
Под ред.
Г.Б.Поляка.
М., 2008
ст. 703.
3. Maliyyənin 2 əsas funksiyası fərqləndirilir:
1)Ümumi Daxili Məhsulun (ÜDM), xarici iqtisadi fəaliyyətdən gəlirlərin və milli sərvətin bir hissəsinin bölgüsü ilə bağlı olan - bölüşdürücü funksiya;
2) nəzarət funksiyası – onun köməyi ilə təşəkkül tapmış bölüşdürücü prosesin və təkrar istehsal prosesinin fasiləsizliyinə nəzarət həyata keçirilir.