Sxem. Kommersiya təşkilatlarının maliyyə resurslarının formalaşmasının mənbələri
Kapital – istehsala qoyulan və dövriyyənin başa çatması üzrə gəlir gətirən maliyyə resurslarının bir hissəsidir. başqa sözlə, kapital maliyyə resurslarının çevrilmiş formasıdır. Formalaşması mənbələrinə görə maliyyə resursları xüsusi (daxili) və müxtəlif şərtlərlə (xarici) cəlb edilmiş resurslara bölünür.
Xüsusi maliyyə resurslarının əsas hissəsini təşkilatın sərəncamında qalan və idarəetmə orqanı tərəfindən bölünən mənfəət təşkil edir. Ölkə iqtisadiyyatı inkişaf etdikcə müəssisə və təşkilatların mənfəəti də durmadan artır.
Əhəmiyyətinə görə xüsusi maliyyə resurslarının tərkibində II yer amortizasiya ayırmalarına mənsubdur. Amortizasiya ayırmaları əsas istehsal fondlarının və qeyri-material aktivlərinin köhnəlməsinin pul ilə ifadəsidir. onlar ikili xarakter kəsb edir, yəni bir tərəfdən məhsul istehsalına çəkilən xərclərə daxil edilir, digər tərəfdən məhsul satışından daxilolmalara aid edilir və təşkilatın hesablaşma hesabına daxil olur. Toplanmış amortizasiya ayırmaları amortizasiya fondunu əmələ gətirir və bu da köhnəlmiş əsas fondların təkrar istehsalı üçün istifadə edilir.
Müəssisənin gəlirləri
Əsas fəaliyyətdən mənfəət
Sair fəaliyyətdən daxilolmalar (əmlakın satışından)
Maliyyə əməliyyatlarından mənfəət (qiymətli kağızların satışı)
Təsərrüfat üsulu ilə yerinə yetirilən tikinti işlərindən mənfəət
Pul fondları
Nizamnamə fondu
Amortizasiya fondu
Ehtiyat və digər fondlar
İstehsalın inkişaf fondu
Cəlb edilmiş vəsaitlər
Pay əsasında cəlb edilmiş maliyyə resursları və kreditor borcları
Bankların və təşkilatların uzunmüddətli kreditləri
Sığorta ödəmələri
Büdcə subsidyası
Dostları ilə paylaş: |