Qilman eyvazov iNTİqam əSGƏrov


Təbii fəlakətlərin əsas növlərinin siyahısı



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə100/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Təbii fəlakətlərin əsas növlərinin siyahısı
Təbii fəlakət 
Əsas göstəriciləri
Təsiredici amil və nəticələr
zəlzələ
gücü və ya intensiv liyi 
12 bala qədər
süxurun titrəməsi, çatlar, yanğınlar, 
partlayışlar, dağıntılar, insan tələfatı
sel axını, sürüşmə
axının kütləsi, sürəti
daş-palçıq axını, insan tələfatı, maddi 
sərvətlərin məhvi
güclü külək
(qa sırğa, burulğan) küləyin sürəti
küləyin gücü, maddi sərvətlərin məhvi, 
insan tələfatı
buzlaşma, qar 
yağması
yağıntıların miqdarı 12 
saatda 20 mm-dən çox
qar qalağının səviyyəsi, naqillərin 
qırılması, insan tələfatı 
toz fırtınası
küləyin sürəti
küləyin gücü, əkinlərin və münbit 
torpaqların məhvi
daşqın
suyun səviyyəsinin 
qalxması
qurunu su basması, dağıntılar,
insan tələfatı 
sunami
dalğaların hündür lüyü 
və sürəti
qurunu su basması, dağıntılar, insan 
tələfatı
Layih
ə


149
Zəlzələ
Vurduğu ziyana, insan tələfatına və törətdiyi dağıdıcı təsirlərə görə zəlzələ 
təbii fəlakətdir. O, tektonik, vulkanik, uçqun təbiətli olmaqla meteoritlərin düş-
məsi nəti cəsində və ya dənizin dibində baş verə bilər. MDB-də il ərzində orta 
hesabla 500, təkcə Yaponiyada isə 7500 zəlzələ qeydə alınır.
Zəlzələ nəticəsində baş verən dağıntılar. 
Seysmik dalğalar zəlzələ mər kə-
zindən çox böyük məsafələrə yayılaraq dağıntılar və kombinasiyalı təsir ocaqları 
yaradır. Yeraltı zərbənin yaranma ərazisi zəlzələnin ocağı, ocağın mər kəzində 
yerləşən nöqtənin yer səthindəki proyeksiyası isə 
episentr 
adlanır. Güclü zəlzə-
lələr zamanı süxurun bütövlüyü pozulur, tikililər dağılır, kom muni kasiyalar, ener-
getik obyektlər sıradan çıxır, yanğınlar olur və insan tələfatı baş verir. Zəlzə-
lələr, adətən, müxtəlif intensivlikli xarakterik səslərlə müşayiət olu nur ki, bunlar 
da ildırım çaxmalarına, gurultu və partlayış səslərinə bənzəyir. Bu əlamətlər 
barədə məlumatlı insanlar üçün ilk saniyələr də xilasedici ola bilər. Yaşayış 
rayonlarında və meşə massivlərində qalaqlanmalar, böyük ərazilərdə torpaq 
sürüşmələri baş verir və nəticədə avtomobil və dəmir yolları sıradan çıxır, ya-
xud deformasiyaya uğrayır. Zəlzələ suyun altında baş verdikdə böyük dalğalar 
– sunami yaranır ki, bunlar da sahilyanı rayonlarda güclü dağıntı və daş qınlara 
səbəb olur. 

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin