Qilman eyvazov iNTİqam əSGƏrov



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə108/139
tarix25.12.2023
ölçüsü3,72 Kb.
#194915
növüDərs
1   ...   104   105   106   107   108   109   110   111   ...   139
quot-cagirisaqadarki-hazirliq-quot-fanni-uzra-11-ci-sinif-ucun-darslik-1671017202-190-backup

Kimyəvi zəhərlənmə ocağı
Kimyəvi silah tətbiq olunan ərazilərdə kimyəvi zəhərlənmə ocağı yaranır.
Kimyəvi zəhərlənmə ocağı
kimyəvi silahın zəhərli maddələri (ZM) və ya 
güclü təsirə malik zəhərli maddələr (GTZM) nəticəsində həmin ərazidə əha linin, 
heyvanların və bitkilərin zədələnməsi baş verdiyi əraziyə deyilir. Kim yəvi zəhər-
lənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqya sından, növün-
dən, tətbiq edilmə üsulundan, meteoreoloji şəraitdən və yerin relyefindən asılı 
olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya – ZM ilə bilavasitə zəhərlənən əsas 
zonaya, ZM-in buxar və ya aerozolları yayılan ikinci zonaya ayrılır. GTZM-dən 
mühafizə olunmaq üçün sənaye əleyh qazlarından və xüsusi respiratorlardan 
istifadə olunur.
Ərazinin, eləcə də kənd təsərrüfatı heyvanlarının saxlanıldığı yerin zəhər-
ləyici maddələrdən təmizlənməsi böyük qüvvə və vasitələrin sərfiyyatını tələb 
M
maraqlı
Qapalı şəraitdə saxlanılan heyvanlar radioaktiv maddələrdən etibarlı mühafizə 
edilir. Tikilidən kənarda təhlükə sovuşmayana qədər onlar tikili daxilində saxlanılır.
Layih
ə


161
edir. Məsələn, 1 hektar sahədə deqazasiya işlərinin görülməsi üçün 10 ton de-
qazasiya məhlulu işlədilir. Ona görə də zəhərsizləşdirmə yalnız insanların 
yaşayaraq işlədiyi, heyvanların və ərzağın saxlanıldığı ərazilərdə aparılır. Digər 
ərazilər isə xüsusi məhdudedici işarələrlə qeyd olunaraq öz-özünə zəhərsiz-
ləşdirmə üçün saxlanılır. Dağıdıcı amilin növündən asılı olaraq ərazinin, yemin, 
suyun və digər əşyaların zəhərsizləşdirilməsi dezaktivasiya, deqazasiya və 
dezinfeksiya adlandırılır. Kənd təsərrüfatı heyvanlarının saxlanılma yerlərinin, 
ərazinin, kənd təsərrüfatı texnikasının, ərzağın, suyun təmizlənməsi müxtəlif 
mexaniki, fiziki, kimyəvi, fiziki-kimyəvi və kombinəedilmiş üsullarla aparıla bilər.

Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   139




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin